Səbuhi Abbasov Mingəçevir əhalisinə müraciət etdi, platformasını açıqladı – VİDEO

Səbuhi Abbasov Mingəçevir əhalisinə müraciət etdi, platformasını açıqladı – VİDEOTanınmış QHT sədri, internet-media ekspert, 47 Saylı Mingəçevir Seçki dairəsindən qeydə alınmış namizəd Səbuhi Abbasov təbliğat-təvqat prosesinin başlanması ilə əlaqədar olaraq şəhər əhalisinə müraciət edib. Bu barədə Səbuhi Abbasovun rəsmi qərargahından məlumat verilib. Müraciət videosunu və platformanın mətnini təqdim edirik:

"Mingəçevir üçün YENİLƏNƏK" şüarı ilə qatıldığım seçkidə özləri üçün yeni imkanlar, yeni hədəflər, yeni nailiyyətlər, yeni iş yerləri və nəhayət, yeni həyat arzulayanları səsvermədə fəal olmağa dəvət edirəm.

Doğma şəhərimizin sakinlərinin arzularının reallığa çevirmək üçün bu yola atılmışam və əgər mənə etimad göstərilərsə aşağıdakı məsələlərin həllini həyata keçirəcəyəm:

1.İqtisadi islahatların daha da dərinləşdirilməsi yolunda əlimdən gələni əsirgəməyəcəyəm, bu sahədə qanunların qəbulu üçün çalışacağam.

2. Mill Məclisdə sosial yönümlü qanunların, habelə, əhalinin təminatı nisbətən aşağı olan hissəsinin pensiya və müavinətlərinin artırılmasınahesablanmış qanun layihələrinin qəbulu üçün çalışacağam.

3. Seçicilərlə hər ay görüşlər keçiriləcək və onların problemlərinin həlli təmin olunmayana qədər qaldırılan məsələlər bağlanmayacaqdır.

4. Deputatın qəbulu prosedurunu sadələşdirmək məqsədilə elektron qaydada qəbula yazılmaq və müraciət etmək üçün seçicilərə lazımi şərait yaradılacaqdır. Bundan başqa şəhərdə millət vəkili yanında müxtəlif KORPUSLARIN (iş adamları korpusu, gənclər korpusu, əlillər korpusu və s.) yaradacaq, ümumi işə faydasını vermək şərti ilə innovativ- texniki vatələrdən istifadə olunacaq.

5. Şəhərimizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə işinin önündə gedəcəyəm və belə hallara yol verən məmurların qanun çərçivəsində cəzalandırılmasıüçün bütün mövcud imkanlardan istifadə edəcəyəm.

6.Mingəçevir əhalisinin elektrik enerjisi, su və qazla etibarlı təminatını yenə də diqqət mərkəzində saxlamaqla yanaşı, elektrik enerjisi istehsal olunan şəhərin sakinləri üçün enerji və su tariflərində güzəşt olunması məsələsini qaldıracağam.

7.Şəhərdə həyətyanı sahələrin suvarılması üçün əvvəlki su xətlərinin əhalinin istifadəsinə verilməsini təmin edəcəyəm.

8.Şəhərimizdə binaların istilik təchizatı ilə təmin olunmaması problemini yuxarı instansiyalar qarşısında qaldıracaq və problemin qısa müddətdə öz həllini tapmasına nail olacağam.

9.Şəhərin Günəşli, Bağlar, Vaqonlar kimi yaşayış yerlərində mövcud olan kanalizasiya xətlərinin olmaması, əkin yerlərinin suvarılması üçün texniki suyun verilməməsi, yolların bərbad vəziyyətdə olması, evlərin sənədləşdirilməməsikimi problemlərin qısa müddətdə həllinə çalışacağam.

10.Şəhərin əsas problemlərindən biri olan işsizlik probleminin həlli üçün yeni iş yerlərinin açılmasına çalışacağam. Bu məqsədlə iri sahibkarların Mingəçevir şəhərinə cəlb edilməsini, yeli sahibkarların inkişafına köməklik göstərilməsi, dövlət investisiya layihələrinin Mingəçevir şəhərinə salınmasına calışacağam. Gənclərimiz arasında işsizliyinin aradan qaldırılması, onların intellektual, sağlam mühitdə inkişaf etmələri üçün bütün zəruri addımlar atacağam. Eyni zamanda, sənaye şəhəri kimi tanınan Mingəçevirdə qapısı bağlı qalan zavodlarının yenidən fəaliyyətə başlaması üçün dövlət proqramının hazırlanaraq reallaşmasına nail olacağam.

11.Günəşli, Bağlar və Vaqonlar yaşayış massivləri yaxınlığında orta məktəb və uşaq bağçasının inşa olunması üçün Təhsil nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldıracağam. Məktəb və bağçaların müasir dünya standartlarına cavab verəcək səviyyəyə çatdırılmasına nail olacağam.

12.Mingəçevir şəhərinin ərazisinin yaxınlıqda olan ətraf ərazilər hesabına genişləndirilməsi məsələsini Milli Məclisdə qaldıracağam

13.Mingəçevir şəhərində idman kompleksinin tikintisi və müxtəlif idman növlərinin inkişafı üçün lazımi şəraitin yaradılması məsələsini Gənclər və İdman Nazirliyi qarşısında qaldıraraq problemin həllinə nail olacam. Eyni zamanda şəhərimizi adını respublika və beynəlxalq tribunalarda yüksəkliklərə qaldıran idmançılara diqqət göstərilməsini və yeni sağlam, idmançı nəslin yetişdirilməsi üçünbütün mümkün addımları atacağam. Bu sahədə həm fərdi, həm də komanda şəklində olan bütün idman növlərinə diqqət və qayğının artırılmasına nail olacağam. Şəhərimizinfutbol imicinin yenidən bərpa olunmasınaçalışacağam.

14.Mingəçevir şəhərində əhaliyə xidmət göstərən marşrut xətlərindəki avtobusların yenilənməsi məsələsini Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyi qarşısında qaldıracaq və həllinə nail olmağa çalışacağam.

15.Mingəçevir çimərliyi və ümimiyyətlə sahilboyu ərazilərin qanunsuz zəbt olunmasının aradan qaldırılması və əhalinin sərbəst şəkildə çimərlikdən istifadə etməsi üçün bütün lazımi tədbirlər görüləcək, məsələ Daxili İşlər Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Şəhər Bələdiyyəsi qarşısında qaldırılacaq.

16.Şəhərin Samux küçəsində piyada və nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yolun genişlənməsi, səkilərin çəkilməsi və müvafiq yol-hərəkət nişanları ilə təmin olunması məsələsini Mingəçevir Şəhər İcra Hakimiyyəti qarşısında qaldıracağam

17. Şəhərimizdə olan şəhid, aztəminatlı, ahıl və əlilliyi olan ailələr üçün dövlət qayğısının artırılmasına, onların hərtərəfli, layiqli diqqətlə təmin olunmasına nail olacağam.

18. Mingəçevir şəhəri Azərbaycanın bir nömrəli turizm mərkəzidir. Fəaliyyətimin mühüm bir hissəsini şəhərimizin turizm imkanlarının düzgün qiymətləndirilməsi, mövcüd turizm infrastrukturunun formalaşdırılması və real investorların cəlb edilməsi təşkil edəcəkdir."

Rəsmi sayt: www.sabuhiabbasov.com

Facebook ünvanlar:

https://www.facebook.com/yenilenek/?modal=admin_todo_tour

https://www.facebook.com/sebuhi.abbasov.9

https://www.facebook.com/sabuhimubarizogluabbasov/?modal=admin_todo_tour


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1155   Tarix: 17 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra daha da möhkəmlənəcək" - DEPUTAT

"Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir. İkitərəfli əməkdaşlığın inkişafında dövlə

29.04.2024 247
.

Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi

Bakıda yaşadığı evdə atasını bıçaqlamaqda təqsirləndirilən qızın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ülviyyə Şükürova (soyad şərti) 22 avqust 2023-cü il tarixdə, saat 13:30 radələrində ailə münaqişəsi zəminind

29.04.2024 624
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

29.04.2024 910
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 279
.

İsti hava şəraiti ilə əlaqədar imtahanların saatı dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbə

29.04.2024 656
.

Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Binəqədi, həmçinin Masallı, Kürdəmir və Yardımlı rayonlarında qaz təchizatında fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, "Alatava" qazpaylayıcı stansiyasınd

09:58 338
.

BDU-nun müəlliminə vəzifə verildi

Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin Naxçıvan Regional İdarəsi yaradılıb. xəbər verir ki, idarəyə yeni rəhbər də təyin edilib. Belə ki, Vəfa İsgəndərova Regional İdarənin rəhbəri təyin edilib. Qeyd edək ki, Vəfa İsgəndərova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsind

11:44 250
.

Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də Moskva vaxtı ilə saat 12:00-a planlaşdırılan andiçmə mərasiminə getməyəcək. Bu barədə "MediaHub" öz mənbələrinə istinadla xəbər verib. Bildirilib ki, Ermənistan mahiyyətcə müttəfiq kimi Rusiyadan narazı olduğun

29.04.2024 335
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

29.04.2024 195