Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: "Lazımsız məlumatların efirdən səslənməsi..."

Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: "Lazımsız məlumatların efirdən səslənməsi..."Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi efirdə uşaq hüquqlarının pozulması ilə bağlı müraciət yayıb.

Müraciətdə deyilir:

"Son illər ölkədə demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində məqsədyönlü addımlar atılıb, institusional və qanunvericilik islahatları həyata keçirilib.

Azərbaycan Respublikasının Konstitusiyası, "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya əldə etmək haqqında" və digər qanunlar KİV-lərin maneəsiz informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Qanuna görə, KİV-lərin və jurnalistlərin qanuni fəaliyyətinə hər hansı müdaxilə inzibati və cinayət məsuliyyəti doğuran hal hesab edilir.

Lakin yaradılmış şəraitdən sui-istifadə hallarına da yol verilir. Belə ki, qadın və uşaqlarla bağlı baş verən hadisələrdə araşdırması davam edən, əsassız məqamları qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq, dövlətə və dövlətçiliyə qarşı əhali arasında aqressiv münasibət formalaşdırmaq, insanlardan öz məqsədləri üçün istifadə etmək, ictimai-siyasi vəziyyəti gərginləşdirmək, vətəndaşlarda dövlət orqanlarına qarşı inamsızlığın yaradılmasına xidmət edən proqramlar və verilişlər yayımlanır.

2019-cu il noyabr ayından 2020-ci ilin yanvar ayınadək Nərmin Quliyeva ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müxtəlif məlumatların yayılması buna misal ola bilər. Bu hadisə nəticəsində bir daha əmin olduq ki, lazımsız məlumatların efirdən səslənməsi xoşagəlməz halların baş verməsinə səbəb olur.

Eyni zamanda, bəzi verilişlərdə milli qanunvericilik və Azərbaycan Respublikası qoşulduğu beynəlxalq konvensiyaların müddəaları pozulur (xüsusilə də BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası). Ailə, qadın və uşaq hüquqlarının müdafiəsini özünə əsas mövzu kimi seçən verilişlərdə aparıcılar psixoloq və ya sosial işçi kimi müraciət qaydasını, qaldırılan mövzuların vətəndaşa mənfi təsiri nəzərə alaraq məsələyə həssaslıqla yanaşmalıdır.

Çox təəssüf ki, praktikada veriliş aparıcıları qaldırılan mövzuları düzgün açıqlamırlar, dəvət edilən vətəndaşların, xüsusilə də uşaqların maraqlarını və hüquqlarını pozurlar.

Bildiririk ki, "Uşaqların zərərli informasiyadan qorunması" haqqında Azərbaycan Respublikasının Qanunu 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minib.

"Uşaqların zərərli informasiyadan qorunması" haqqında Azərbaycan Respublikasının Qanununda uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən, informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması prinsiplərini özündə ehtiva edir.

Digər bir önəmli məsələ isə sosial işdə etik davranış qaydalarıdır. Zorakılıq qurbanı olmuş, əqli və fiziki geriliyi olan və başqa qadınların məsələlərinin işıqlandırılması zamanı hüquq pozuntusuna yol verilir.

Beynəlxalq səviyyədə sosial işin etik davranış qaydaları, digər insan hüquqları haqqında olan konvensiya və qaydalara görə çətin vəziyyətdə olan şəxslə qınayıcı formada davranış, onun təhqir edilməsi, baş vermiş hadisələr fonunda onun efir vasitəsilə ifşa edilməsi yolverilməzdir. Bundan əlavə, yeri gəldi-gəlmədi ayrı-ayrı şəxslərin, dövlət qurumlarının adlarının çəkilməsi xoşagəlməz hallarla nəticələnir.

Nəzərə alınmalıdır ki, "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunların tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsinin 388-ci, 388-1, 388-2-ci maddələrinə əsasən məsuliyyət yaradır. Həmçinin AR Cinayət Məcəlləsinə əsasən şəxsi həyatın toxunulmazlığı hüququnu pozma (AR CM-nin 156-cı maddəsi) kimi əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Yuxarıda göstərilənləri əsas götürərək gələcəkdə bu kimi neqativ halların baş verməməsi üçün kütləvi informasiya vasitələrinin məsul şəxsləri və jurnalistlər kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməmələrini, ictimai maraqları nəzərə almalarını, uşaq və qadınların hüquqlarının müdafiəsinə dair məsələlərə daha diqqətlə və həssas yanaşmalarını xahiş edirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2872   Tarix: 16 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568