"Mənim xanımım hara gedəcəyini bilən qadındır" - İmamoğlu

"Mənim xanımım hara gedəcəyini bilən qadındır" - İmamoğluİstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) rəhbəri Əkrəm İmamoğlu Fransada öldürülən Kürd Fəhlə Partiyasının yaradıcılarından biri Səkinə Cansızın "Hep kavgaydı yaşamım" adlı kitabının qurumun nəzdində fəaliyyət göstərən İstanbul Kitabçısı tərəfindən satışa çıxarılmasına münasibət bildirib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, İmamoğlu jurnalistlərə açıqlamasında kitabın Türkiyə ərazisində hər yerdə satıldığını bildirib.

"Bu şəkildə aparılan müzakirələr bizi incidir. Kitab mövzusu illər öncə də başqa formada tənqidlərə səbəb olmuşdu. Cənab Dəmirtaşa (Xalq Demokratik Partiyasının (HDP) keçmiş həmsədri- red.) aid kitab hər yerdə satılır. Dövlətin qurumları da buna daxildir. Poçt və Teleqraf Təşkilatının (PTT), Türkiyə Böyük Millət Məclisinin (TBMM) saytında var, girib baxın.

İqtidara çox yaxın kitabçıda da var. Başqa yerlərdə də var. Ola bilər, olmalıdır da. Hər hansı bir kitabın ölkə ərazisində qadağan edilməsinə məhkəmələr, hakimlər qərar verməlidirlər. Digər kitabla ("Hep kavgaydı yaşamım"-red.) bağlı deyim ki, 5 ildir satışdadır. Yeni deyil yəni...5 ildir ki, İstanbul Kitabçısında satılır. Amma səsləndirilən haqlı tənqidlərdən sonra o kitabın satışını saytımızda ləğv etdik", - İBB rəhbəri vurğulayıb.

Əkrəm İmamoğlu bir müddət öncə xanımı Dilək İmamoğlunun Dəmirtaşın xanımı Başak Dəmirtaş və CHP sədri Kamal kılıçdaroğlunun xanımı Selvi Kılıçdaroğlu ilə birlikdə HDP-nin sabiq həmsədrinin "Devran" əsəri əsasında səhnələşdirilən tamaşasını izləməsindən sonra onun haqqında səsləndirilən tənqidi fikirlərə də reaksiya verib:

"Mənim xanımım yaxşı təhsil almış, universitet bitirmiş, magistratura, doktorantura təhsili alan bir türk qadınıdır. Xanımım hara gedəcəyini yaxşı bilir. Türkiyə və dünya ilə bağlı şərh verə bilən, ona görə də hara gedə biləcəyini bilən türk qadınıdır. Sadəcə mənim xanımımın deyil, ora gedən digər qadınların da eyni şəkildə olduğunu düşünürəm. Elədir də... Düşünürəm ki, qadınlar bu ölkənin birliyinə və qardaşlığına ən böyük töhfəni verəcəklər. Kaş ki, kişi çənələri bu mövzuda az danışa...".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1713   Tarix: 15 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır

Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur. "Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsind

14.12.2025 129
.

Zelenski: Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketi qüvvəyə minib

Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. "Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resurslar

14.12.2025 139
.

Levon Ter-Petrosyan yenidən EMK Partiyasının sədri seçilib

Levon Ter-Petrosyan dekabrın 14-də keçirilən partiya qurultayında yenidən Ermənistan Milli Konqresinin (EMK) sədri vəzifəsinə seçilib. "Report" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bu qərar 29 üzv arasında keçirilən gizli səsvermə nəticəsində qəbul olunduğu bildirilib

14.12.2025 120
.

Bəqayi: İran və Livan arasında diplomatik münasibətlər davam edir

İran və Livan arasında uzun və möhkəm tarixə malik diplomatik münasibətlər davam edir. "Report" "Tasnim News"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib. "Livanın yeni səfiri bu yaxınlarda Tehrana gəlib. İran

14.12.2025 118
.

Bu tarixdə GÜCLÜ KÜLƏK OLACAQ - SARI XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında, Xızı

14.12.2025 363
.

Honkonqdakı güclü yanğının vurduğu zərərin məbləği açıqlandı

Honkonqdakı yaşayış kompleksində baş vermiş güclü yanğının vurduğu zərərin məbləği beş milyard Honkonq dollarını (642 milyon ABŞ dollarından çox) keçib. bildirir ki, bu barədə məlumatı "South China Morning Post" qəzeti faciədən sonra iqtisadi itkilərin qiymətləndirilməsi ilə məşğul olan ekspertlər

14.12.2025 143
.

WSJ: Heç bir ölkə ABŞ-nin Qəzzaya sülhməramlı yerləşdirmək təklifinə razılıq verməyib

Hələ heç bir ölkə ABŞ-nin öz qoşunlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin bir hissəsi kimi Qəzza zolağına yerləşdirmək barədə təklifinə razılıq verməyib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki

14.12.2025 143
.

Qəzzanın mərkəzində HƏMAS-ın yüksək rütbəli zabiti güllələnib

HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzə

14.12.2025 114
.

Minlərlə il əvvəl yoxa çıxan göl Ölüm vadisinə qayıtdı

100 00 il əvvəl ABŞ-də yoxa çıxan Menli gölü indi yenidən Ölüm vadisində peyda olub. "Fox News"a istinadən xəbər verir ki, ərazidəki rekord miqdarda yağışlardan sonra su hövzəsi canlanıb. Alimlərin fikrincə, göl bir vaxtlar 257 kilometrədək uzanıb və təxminən 200 metr dərinliyə çatıb. Böyü

14.12.2025 155
.

TOP MP3