SOCAR-ın zavodları üçün kadr hazırlayan Mərkəzdən - VİDEOREPORTAJ

SOCAR-ın zavodları üçün kadr hazırlayan Mərkəzdən - VİDEOREPORTAJSon illərdə Azərbaycanda neft-kimya sənayesinin sürətli inkişafı və yeni zavodların inşa olunması ilə yaranan ixtisaslaşmış kadr tələbatının ödənilməsi kadrların hazırlığını labüd edib. Sənaye üçün tələb olunan peşəkar kadrların hazırlığını isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi həyata keçirir. Bu mərkəz əsasən kimyaçılar üçün nəzərdə tutulub və Sumqayıtda yerləşən SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin, Karbamid və "SOCAR Polymer" zavodlarının kadr hazırlığı ehtiyaclarını ödəyir.

Burada təhsil alan şagirdlər Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olanlardır. Müvafiq imtahandan keçərək qəbul olunan şagirdlər 10 aylıq təhsil zamanı Mərkəzin ixtisaslaşmış emalatxanaları ilə yanaşı, yuxarıda adları çəkilən zavodlarda da əmək təcrübəsi keçirlər.Tədris prosesinin sonunda yekun imtahan keçirilir, imtahandan uğurla keçən şəxslər beynəlxalq sertifikata yiyələnir, həmçinin zavodlarda işlə təmin olunurlar. Burada təlimlər beynəlxalq standartlara uyğun keçirilir.

Təlim-Tədris Mərkəzində təhsil aldıqları müddətdə şagirdlər aylıq təqaüd və pulsuz yeməklə təmin olunurlar.

Hazırda Mərkəzdə "Yeni fəhlə kadrlarının hazırlanması" proqramı daxilində 7 peşə üzrə 8 qrupda 111 nəfər şagird təhsil alır.

Mərkəzdə 2019-cu ilin 11 ayı ərzində 323 nəfər dinləyici kursları bitirib və attestasiyadan keçib.

Mərkəz müasir avadanlıqlarla təchiz olunub. 2017-ci ildə Mərkəzdə Yaponiyanın tanınmış "Yokogawa Electric Corporation" şirkətinin (Yokogawa Electric CİS Ltd - MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağı qurulub. Bu da avtomatik idarəetmə sistemləri, proqram təminatı, CENTUM və ProSafe sistemləri üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada əsas məqsəd Azərbaycanda avtomatika və nəzarət-ölçü cihazları sahəsində ən son texnologiyaların tətbiqi və yerli mütəxəssislərin bu sahələr üzrə biliklərinin artırılmasıdır.

Beləliklə, "Report" Sumqayıt Təlim, Tədris Mərkəzindən videoreportajı təqdim edir:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1159   Tarix: 07 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

TOP MP3