Şəmkir RİH sosial şəbəkələrdə yayılan fotoya münasibət bildirib - FOTO

Şəmkir RİH sosial şəbəkələrdə yayılan fotoya münasibət bildirib - FOTOŞəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaşlı qadının əlindən öpdüyü fotoya görə sosial şəbəkələrdə yaranmış müzakirə ilə bağlı rəsmi açıqlama verilib.

Şəmkir rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, həmin foto 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun ailəsinə baş çəkilən zaman çəkilib.

"Həmin gün şəhidin məzarı ziyarət edilib, ailəsinə baş çəkilib, onların problemləri ilə maraqlanılıb. Görüşdə Şəmkir rayon icra hakimiyyətinin başçısı şəhid anası, Cəfərova Lyuda Feafovnanın əlindən öpüb. Hər bir ölkə vətəndaşı kimi icra başçısının da şəhid anasının əlindən öpməsi normal haldır. Bunun müzakirəyə çıxarılması gərəksizdir və bu hal ilk dəfə deyil ki, yaşanır. Cənab başçı əvvəllər də Aprel döyüşləri zamanı şəhid olan övladlarımızın ailələrinə baş çəkib, özünü o anaların övladı hesab edərək həmin yaşlı şəhid analarının əlindən öpüb.

Şəmkir rayon icra hakimiyyətinin başçısı onlarla bir rayon rəhbəri kimi yox bir oğul kimi davranıb və özünü həmin ailədən hesab edərək öz anası kimi həmin analara hörmətlə yanaşıb və özünü bir şəhid anasının övladı sayaraq onların əlindən öpüb. Hər bir şəhid anası bilir ki, Alimpaşa Məmmədov onlar üçün tək rayon rəhbəri yox, həm də bir övladıdır. Yəni bu cür davranış heç bir fərqli məqsəd daşımır sadəcə böyüyə, şəhid valideyninə olan hörmətdir. Onu da bildirək ki, Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hətta vətəndaş görüşləri zamanı hər bir vətəndaşı səmimi şəkildə qəbul edir, onları bir dost kimi bir yaxınları kimi dinləyir, problemlərilə maraqlanır".

Qeyd edək ki, Ağstafa rayon icra hakimiyyətinin başçısı və onun birinci müavinin saxlanılması barədə yayılan məlumatlardan sonra sosial şəbəkələrdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaşlı qadının əlindən öpdüyü foto müzakirələrə səbəb olub.
Şəmkir RİH sosial şəbəkələrdə yayılan fotoya münasibət bildirib - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1579   Tarix: 20 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yer

06.05.2024 1961
.

Putin Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. "İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasını

06.05.2024 242
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 94
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

06.05.2024 214
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

06.05.2024 244
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 235
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 222
.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

06.05.2024 735
.

"Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizi

06.05.2024 216