Azərbaycandakı "qanuni oğru" və "avtoritet"lərlə bağlı — RƏSMİ AÇIQLAMA

Azərbaycandakı "qanuni oğru" və "avtoritet"lərlə bağlı — RƏSMİ AÇIQLAMASon vaxtlar ölkədə baş verən cinayətlərdə adı hallanan şəxslərin bəziləri kriminal avtoritet və ya kriminal aləmin tanınmış üzvü kimi təqdim edilir. Bəs hazırda Azərbaycanda "qanuni oğru" və ya "avtoritet"lər varmı?

BiG.AZ xəbər verir ki, baku.ws bu suala cavab tapmaq üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, ölkədə bunun üçün real şərait yoxdur.

"Etiraf edək ki, müxtəlif adlar altında cinayətkarların ölkəmizdə fəaliyyət göstərməsi üçün heç bir real zəmin yoxdur. Cəmiyyət, ictimai münasibətlər dövlət qanunları ilə tənzimlənir".

Qeyd edək ki, Azərbaycanda bu məsələ 90-cı illərin əvvəllərində aktiv idi. Lakin ulu öndər Heydər Əliyevin ölkə təhlükəsizliyilə bağlı yürütdüyü siyasət bir çox sahələr kimi bu məsələdə də müsbət nəticələr verdi.

Orxan Mansurzadə deyir ki, ümumiyyətlə bu məsələdə KİV də son dərəcə diqqətli olmalıdır.

"Bu xüsusda zəruri bir xatırlatma etmək istərdik ki, xüsusilə son zamanlar bir sıra KİV-lərdə "qanuni oğru" və ya "avtoritet"lər adı ilə kriminal aləmin bəzi tanınmış simalarının, islah olunmayan qatı cinayətkar-residivistlərin törətdikləri ağır cinayətlərin və bunun məntiqi nəticəsi kimi məhkəmələr tərəfindən uzunmüddətli həbs cəzalarına məhkum edilməklə yaşadıqları məhbəs həyatlarının faktiki təbliğ olunması gənc nəslin mili vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması işinə xələl gətirir.

Bu ölkəmizdə yürüdülən fəal hüquq-mühafizə siyasətinə, cəzanın labüdlüyü prinsipinə kölgə salır. Hüququn aliliyinin təmin olunduğu cəmiyyətlərdə, o cümlədən respublikamızda belə ifadələrin gündəlik dövrü mətbuatda işlədilməsi və yayılması əvvəllər məhkum olunmuş şəxslərin təbliği və təşviqi baxımından qətiyyən yolverilməzdir", - deyə qurum rəsmisi bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3654   Tarix: 15 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

10:40 153
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1521
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 199
.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

19:30 0
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

17:40 81
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

17:10 98
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

18:00 80
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 206
.

"Real Madrid" Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

"Real Madrid" klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək. Məlumata görə, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib. "Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıya

04.05.2024 389