3-cü mikrorayon bazarındakı yanğın söndürülüb - YENİLƏNİB+VİDEO

3-cü mikrorayon bazarındakı yanğın söndürülüb - YENİLƏNİB+VİDEO
Bakı şəhəri, Nəsimi rayonunda, “3-cü mikrorayon bazarı” adlanan ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə BiG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

xxxx

Bakıda 3-cü mikrorayon bazarında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

3-cü mikrorayon bazarındakı yanğın söndürülüb - YENİLƏNİB+VİDEO



BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2166 Tarix: 14.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol