Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO

Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO
Yeni il bəzəyinin kəskin iyindən şübhələnən ata onu sökəndən sonra dəhşətə gəlib: əklilin içindən ölü ilan çıxıb.

Bu barədə “Metro” xəbər verib.

Məlumata görə, 43 yaşlı Karl Qaskell və 40 yaşlı xanımı Niki Yeni illə əlaqədar qapılarından asmaq üçün 12 funt sterlinq dəyərində əklil alıblar. Lakin sonrakı bir neçə gün kəskin qoxu hiss ediblər. Nəhayət, qoxunun qapının üzərindən gəldiyini görüb, bəzəyi söküblər.

Gördüyü mənzərədən dəhşətə gələn ev sahibi bunun Çindən gələ biləcəyindən ehtiyatlanıb: “Mən qəfil düşündüm ki, bəlkə, bu Asiyadan gəlib? Axı zəhərli ilanlar öldükdən uzun müddət sonra da zəhərli qalırlar”.

Qaskell əklili Təbiət Elmləri Muzeyinə aparıb. Orada bu canlının adi su ilanı ("Natrix natrix") olduğunu bildiriblər.

Karl Qaskell tapıntı ilə bağlı şikayət etdikdən sonra şirkət bunun onlar üçün də sürpriz olduğunu deyərək, üzrxahlıq edib.(oxu)

Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO
Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO
Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1393 Tarix: 14.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol