Bakıda gənc oğlan sevgilisi ilə öpüşən şəxsi öldürdü – "Mənim anam, bacım.."

Bakıda gənc oğlan sevgilisi ilə öpüşən şəxsi öldürdü – "Mənim anam, bacım.."

Bakıda sevgilisi ilə öpüşən oğlanı qətlə yetirən şəxs yenidən Ali məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, bir neçə ay əvvəl Ali Məhkəməyə müraciət etsə də, sonradan şikayətini geri çəkən Kamran Həsənzadə dekabr ayında ikinci dəfə kassasiya şikayəti verib.

O, ittiham edildiyi Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni, xuliqanlıq niyyətilə adamöldürmə maddəsi üzrə işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İşə haki Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Kamran Həsənzadə 29 iyun 2015-cı il tarixdə, gecə saat 04.25-də tanışları Sultan Sultanlı və Ərəhman Məmmədov ilə yaşadığı Nərimanov rayonu, Heydər Əliyev küçəsi, 54 saylı binanın həyətinə gəlib. Onlar binanın 2-ci girişinin qarşısında dayanaraq söhbət ediblər. Bu zaman həmin girişin ikinci mərtəbəsində yaşayan qadının mənzilinə Nazim Ələkbərli sevgilisi Aytəni ötürüb.

Həmin zaman Nazim Ələkbərli blokda Aytəni qucaqlayaq öpüb. Sonra oradan ayrılan Nazim Ələkbərli binanın həyətinə çıxaraq evlərinə getmək istəyib.Həmin vaxt Kamran Həsənzadə Nazim Ələkbərlinin yanına çağırıb və ona etdiyi hərəkətə görə iradını bildirib. O, bu həyətdə yaşadığını deyib.

Nazim Ələkbərliyə iradını bildirən Kamran Həsənzadə ona gələcəkdə belə hərəkətlərə yol verməməsini tapşırıb. Ona deyib ki, bu binada anası və bacısı yaşayır.

Nazim Ələkbərli isə Kamran Həsənzadənin iradına kobud cavab verib. O, Kamrana "bu vaxt anan, bacın blokda nə gəzir?" - deyib. Bu zaman onların mübahisəsi böyüyüb. Həmin vaxt Nazim Ələkbərli tapança gətirəcəyi ilə Kamran Həsənzadəni hədələyib, beysbol bitası ilə ona xəsarət yetirib. Nazim Ələkbərlinin bu hərəkətindən əsəbiləşən Kamran Həsənzadə onu qisas almaq məqsədilə öldürmək qərarına gəlib.

Kamran Həsənzadə özündə olan bıçaqla Nazim Ələkbərliyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Orada olan şəxslərin müdaxiləsindən sonra Kamran Həsənzadənin dostları Nazim Ələkbərlini 5 saylı xəstəxanaya aparıb. Həkimlər tərəfindən göstərilmiş müvafiq tibbi tədbirlərə baxmayaraq Nazim Ələkbərli almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmədən ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Həsənzadə 16 il müddətinə azadlıqdan məhrum olunub.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1160 Tarix: 11.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər