"Olympus Park" tikinti şirkəti piyada səkisini "zəbt etdi"-FOTO FAKT

"Olympus Park" tikinti şirkəti piyada səkisini "zəbt etdi"-FOTO FAKTBu gün inkişafda olan ölkəmizdə yeni-yeni tikinti işləri aparılır, müasirləşməyə doğru addımlar atılır. Tikilən uca binalar və yenilənən yollar göz oxşayır. Lakin bu gözəlliklərin ürəkaçmayan tərəfləri də var. Belə ki, tikinti işləri aparılan ərazilərdə bəzi problemlər baş qaldırır. Bu ərzilərdə əhali küçələrin tozlu və keçilməz vəziyyətdə olmasından şikayət edirlər. Bəzi tikinti şirkətləri qaş düzəldərkən vurub göz çıxarırlar. Yəni bir tərəfdən tikinti işləri aparıb, şəhəri abadlaşdırmağa cəhd göstərərkən, digər tərəfdən də sakinlərin istifadə etdikləri ərazilərdə maneələr yaradırlar. Bu da bir çox vətəndaşın narazıçılığına səbəb olur.

BiG.AZ-a gələn şikayətlərdən biri də elə bu məsələ ilə bağlıdır. Şikayətçinin sözlərinə görə, "Olympus Park" tikinti şirkəti Xırdalan şəhərində tikinti işləri apararkən əhalinin istifadə etdiyi səkini zəbt edib:

"Tikinti işləri aparırlar çox gözəl. Bəs sakinlərə hörmətsizlik niyə edirlər? Ətrafın toz, palçıq, çınqıl olması bir yana, üstəlik səkini də zəbt ediblər. Axı bu səkidən əlil, uşaq, qoca və.s sakinlər istifadə edir".

Müraciət olunan şikayətlə bağlı sözügedən şirkətlə əlaqə saxladıq. "Olympus Park" tikinti şirkətinin operatoru Elşən Qəhrəmanlı deyib:

"Yolun zəbt olunması kimi bir şey yoxdur. Bizim şirkətin əməkdaşları orada işini görür və daha sonra uzaqlaşırlar. Ola bilər ki, iş gedən müddətdə kran lazım olub və səkiyə yaxın hissədə saxlanılıb. Buna görə sakinlərin səkidən istifadə etməsi çətinləşib. Belə hallarla qarşılaşanda sakinlərin müəssisəmizə yaxınlaşıb problemlərini deməsi xahiş olunur. Bizim əməkdaşlar lazım olan tədbiri görəcək və problemi aradan qaldıracaqlar. O ki, qaldı yolun tozlu və palçıqlı olmasına, bu bizim yaradığımız problem deyil. Hazırda orada su xətlərinin dəyişməsi işləri gedir. Buna görə də, yol belə vəziyyətdədir".

Qeyd edək ki, şirkətin operatoru tikinti işlərinin tezliklə bitəcəyini də bildirib.

Lamiyə Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 09 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xoşqədəmlə Doğuş efirdə əkizlərinə ad günü etdi - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun əkiz övladlarının 8 yaşı tamam olub. xəbər verir ki, cütlük oğulları üçün "Günaydın Azərbaycan" verilişində ad günü ediblər. Həmin görüntüləri təqdim edirik:

05.05.2024 852
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

05.05.2024 150
.

Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Qeyd olunub ki, Cənubi Koreyanın doqquz hərbi qulluqçus

05.05.2024 130
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 112
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

05.05.2024 167
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

05.05.2024 141
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 91
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

05.05.2024 223
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 171