Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada

Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu AntarktidadaBestseller kitablar müəllifi, həmçinin dünyanın ən az ziyarətçisi olan yerlərinə səfərləri ilə daim öz oxucularını təəccübləndirən yazıçı Rövşən Abdullaoğlu bu dəfə yaşayış olmayan buzlar ölkəsinə - Antarktidaya yola düşüb.

Fiziki hazırlıqla yanaşı böyük maddi vəsait tələb edən bu səfərin "EGE hospital"ın sponsorluğu ilə reallaşdığını açıqlayan Rövşən Abdullaoğlu gələcəkdə bu tibb müəssisəsi ilə birlikdə başqa maraqlı layihələr həyata keçirəcəklərini də bildirib. Noyabrın 21-də yola çıxmış yazıçının öz rəsmi sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, o, artıq Antarktidadadır.

Səfər müddətində Argentinanın paytaxtı Buenos Ayresdə və bir çox başqa şəhərlərində olmuş yazıçı bir çox tarixi abidələri, muzeyləri, dinozavrların qədim məskənlərindən olan İsçiqualasto və Talampaya milli parklarını da ziyarət edib. Ümumi ərazisi 2800 kv.km olan, bir zamanlar tamamilə yaşıllıqlarla, çaylar və sıx meşəliklərlə örtülmüş Talampaya vadisi müxtəlif dinozavrların məskəni olub. Hazırda isə bu vadi hündürlüyü 145 metrə qədər olan qayalıqlardan, daşlıqlardan ibarət susuz, quraq bir səhradır. Milli parkın nəzdində olan muzeylərdə yaşı 300 milyon il əvvələ gedib çıxan çox qiymətli arxeoloji və paleontolji qazıntılar, milyonlarla il əvvəl yaşamış dinozavr qalıqları saxlanılır. Xatırladaq ki, hər iki milli park YUNESKO-nun Dünya İrs siyahısına daxil edilib.

Argentina ilə Braziliyanın sərhədində yerləşən, ümumi eni 3 km, hündürlüyü 80 metrə çatan yüzlərlə ayrı-ayrı şəlalənin birləşməsindən yaranmış möcüzəvi İquasu şəlaləsindən də maraqlı paylaşımlar edən yazar daha sonra Argentinanın və ümumiyyətlə, cənub yarımkürəsinin ən cənub şəhərinə - "dünyanın sonu" adı ilə məşhur olan Uşuayaya yola düşüb. Odlu Torpaq arxipelaqında yerləşən və bir zamanlar hindu tayfalarının məskəni olan bu kiçik şəhər hazırda səyyahlar üçün Antarktidaya açılan qapı rolunu oynayır. Buradan səyyahlar, araşdırmaçılar gəmi yolu ilə Dreyk boğazından keçib pinqvinlərin vətəni olan Antarktidaya yola düşürlər.

Xatırladaq ki, Antarktida barədə qəbul edilmiş beynəlxalq sazişə görə, materik heç bir dövlətin ərazisi sayılmır və orada yalnız bir neçə ölkənin elmi-araşdırma stansiyaları fəaliyyət göstərir. Yer kürəsində öz ibtidai təbiətini qoruyub saxlamış yeganə böyük ərazi olan Antarktidada təbii mühitin qorunması son dərəcə önəmli olduğundan gəmini kənarda saxlayıb buzlu torpağa xüsusi ekspedisiya qayıqlarında gedirlər. Hətta motorlu qayıqlara yanacaq belə yalnız gəminin özündə doldurulur ki, suya bir damcı da olsun yanacaq tökülməsin. Antarktik stansiyalara getmək, onların elmi fəaliyyəti ilə yaxından tanış olmaq da yazıçının səfər planına daxildir.

Deyirlər, Antarktidaya səfər edənlərin bir şüarı olur: ˝Antarktidadan özünüzlə şəkildən, xoş təəssüratlardan, şirin xatirələrdən və gözəl əhval-ruhiyyədən başqa heç nə götürməyin". Biz də yazıçımıza bu maraqlı və təhlükəli səfərdə uğurlar diləyir, gözəl təəssürat və maraqlı məlumatlarla vətənə geri dönməsini arzu edirik. (Milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1087   Tarix: 06 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188