Azərbaycan millisinin futbolçusu həbs oluna bilər

Azərbaycan millisinin futbolçusu həbs oluna bilərAzərbaycan milli komandasının və İspaniyanın "Albasete" klubunun futbolçusu Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır.

Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onlar üstəlik, sonradan digər şəxslərə də göndəriblər. Sözügedən oyunçularla yanaşı, İsrafilov da həmin görüntüləri yayıb.

Artıq araşdırmalar yekunlaşdığı üçün 1 saylı Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb. İttiham olunan şəxslərin vəkillərinə işlə tanışlıq üçün 10 gün vaxt verilib.

Prokuror Enriç və Lunaya 5 il, İsrafilova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Lakin xüsusi ittihamçı İsrafilov üçün 3 il iş tələb edib.

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir. Onun anası azərbaycanlı, atası isə toqoludur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 920   Tarix: 05 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 389
.

"Barselona"nın futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

"Barselona" klubunun gənc müdafiəçisi UEFA Çempionlar Liqasının tarixinə düşüb. Bu barədə məşhur futbol jurnalisti Fabritsio Romano məlumat verib. Belə ki, kataloniyalıların 17 yaşlı müdafiəçisi Pau Kubarsi ÇL-in dörddəbir final mərhələsində meydana çıxan ən gənc futbolçu olub. İspaniyalı müdafiəç

11.04.2024 560
.

Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq 1993-cü ildən bəri ən yaxşı nəticəni əldə edib. "Report"un məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarixə düşüb

28.04.2024 648
.

İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

"Milan"ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq. Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğ

27.04.2024 287
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 492
.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 960
.

Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dubai Police Global Chess Challenge" şahmat turniri başlayır. Məlumata görə, üç kateqoriya üzrə təşkil olunan yarışda beş Azərbaycan şahmatçısı mübarizə aparacaq. Güclülərin döyüşündə Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321

04.05.2024 134
.

Xarici klubların maraqlandığı futbolçu "Qarabağ"da qalacaq

Mövsümün ikinci yarısında xarici klubların diqqət mərkəzinə düşən futbolçu "Qarabağ"da qalacaq. xəbər verir ki, Premyer Liqa klubu 27 yaşlı oyunçunun sözləşməsini uzadıb. Tərəflər arasında razılıq əldə olunub və yaxın zamanda rəsmi açıqlama olacaq. Qeyd edək ki, Bəhlul 2021-ci ilin yayında

04.05.2024 159
.

Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm

Oyunçulardan razı qaldım. Onları "Neftçi"yə qarşı o qədər də çox motivasiya etmirəm. "Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi" ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransınd

01:54 0