Oqtay Gülalıyev yenə əməliyyat olundu - beyninə "trubka" qoyuldu

Oqtay Gülalıyev yenə əməliyyat olundu - beyninə "trubka" qoyulduTürkiyədə müalicə olunan və 20 gündən çoxdur ki, komadan ayılmayan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində bir yenilik yoxdur. Hər keçən gün onunla bağlı narahatlıqlar artmaqdadır.

Hüquq müdafiəçisinin səhhəti ilə bağlı son məlumatlardan biri sosial şəbəkələrdə onun "gözlərini açdığı" yönündə yayılan xəbərdir. Bu xəbər onun oğlu Təbriz Gülalıyev tərəfindən təkzib edilib.

T.Gülalıyevin oğlunun "Facebook" profilində statusunu təqdim edirik: "Əziz dostlar, atam Oqtay Gülalıyev "gözlərini açıb" məlumatı yanlışdır. Xahiş edirəm ki, qardaşım Əli Gülalıyev və mən belə bir məlumat vermədiyimiz halda bu cür paylaşımlar edib, insanları səhv məlumatlandırmayın. Tezliklə atamın aramıza qayıtması ümidi ilə..."

T.Gülalıyev son statusunda atasının başqa xəstəxanaya köçürüldüyü barədə məlumat verib: "Az öncə atam Oqtay Gülalıyev İstanbulda yerləşən Amerikan xəstəxanasına köçürüldü. Həkimlər köçürülməsində heç bir təhlükə olmayacağını deyiblər".

Gülalıyev ailəsinin yaxın dostlarından biri olan Şirin Cəfərli hüquq müdafiəçisi barədə insanları yalan məlumatlar yaymamağa çağırıb: "Son vaxtlar Oqtay bəydən məlumat ala bilməmişik. Amma vəziyyətinin yaxşı olmadığı faktdır. Ailəsinə istinadən məlumatlar yayırıq. Nə məlumat verilirsə, onun həyat yoldaşı tərəfindən verilir. Gözlərini açdığı barədə xəbərlər yayılıb. Amma bu xəbəri ailəsi verməyib. Yanında olan ailəsi olduğu üçün bu barədə onlar dəqiq danışa bilərlər. Bu xəbərə o qədər də inanmıram. Oğlu tərəfindən məlumat verilib ki, bu xəbər yalandır. Belə yalan məlumatlar verilməməlidir".

O.Gülalıyev barədə son məlumat odur ki, hüquq müdafiəçisi noyabrın 20-də əməliyyat olunub. Modern.az-ın məlumatına görə, bu barədə onun dostları bildiriblər. "Oqtay bəyin əməliyyatı bitib. Beyindən ödəmi təmizləyiblər və bundan sonra yığılan ödəm axsın deyə "trubka" qoyulub. Həkimlər xəstənin komadan çıxması üçün müalicənin davam etdiriləcəyini desələr də, hələ ki ümidverici bir şey yoxdur".

Xatırladaq ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

///musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 935   Tarix: 21 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 124
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 80
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 177
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 211
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 131
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 82
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

04.05.2024 430
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 461