Güc bilikdədir, yaxud kitab oxumaq nəyə lazımdır?

Güc bilikdədir, yaxud kitab oxumaq nəyə lazımdır?İnsan doğulandan bilməyə can atır və müəmmalardan qaçır... Bu, fitri bir hissdir. İnsan böyüdükcə məlumatlanır, məlumatlandıqca da böyüyür.

Alman filosofu İmmanuel Kantın bir sözü var: "Bilmək – irəlini görmək, irəlini görmək – güclü olmaqdır". Deməli, güc təkcə birlikdə yox, ilk öncə BİLİKdədir.

Uca Allah da Qurani-Kərimdə dəfələrlə elmin əhəmiyyətini vurğulayır: "Bilənlərlə bilməyənlər eyni ola bilərmi?.."(Zumər surəsi, ayə 9)

Deməli, insanın dəyəri əldə etdiyi biliklər və onlara əməl etməklə ölçülür. Məlum məsələdir ki, biliyin ən gözəl mənbəyi kitablardır. Hər hansı sahədə məlumat əldə etmək üçün oxumaq lazımdır. Oxumağın əhəmiyyəti o qədər böyükdür ki, sonuncu səmavi kitab olan Quranı belə, Allah "OXU!" kəlməsiylə nazil etməyə başlayıb. Amma görəsən, biz oxumağa nə qədər əhəmiyyət veririk?...

Niyə məhz kitab?

Güc bilikdədir, yaxud kitab oxumaq nəyə lazımdır?Kompüter və texnologiya əsrində bir çoxlarımız ədəbiyyatdan uzaq düşmüşük. Artıq yaşlı nəsil məlumatları televizordan, gənclər isə internetdən alır və bunun tam kifayət etdiyini düşünürlər. Lakin kitab oxumağın daha faydalı olmasını dərk etmək üçün bir neçə məsələni vurğulamaq yəqin ki, bəs edər.

Əvvəla, fiziki baxımdan televizor, kompüter, telefon və digər cihazlar insan bədəninə mənfi təsir edən şualar buraxır. Bu isə insanın dincəlib rahatlıq tapmaq əvəzinə, daha da yorulmasına səbəb olur. Bəlkə də cəmiyyətdə yayılan xroniki yorğunluğun səbəblərindən biri də bizim virtuallaşmağımızdır.

Digər tərəfdən, televizor və sosial şəbəkələrdə verilən məlumatlarla insanlara səhv ideologiya və düşüncələr təlqin oluna bilər. Onları araşdırmaq üçün isə ya mütəxəssilərə müraciət etmək lazımdır, ya da yenə də kitablara. Bundan əlavə, məsələn, televizordakı məlumatlar məhduddur və onları sən seçmirsən, kimsə seçib sənin beyninə yeridir. Oxuduğun kitabları seçmək isə öz əlindədir. Zamanəmizdə istədiyin sahəyə dair istədiyin ədəbiyyatı tapmaq mümkündür.

Habelə, kompüter və televizordan fərqli olaraq, həcmi daha az olan kitabı insan özüylə gəzdirə və boş vaxt tapan kimi oxuya bilər.

Kitab oxumağı necə sevək?

Bəziləri deyə bilər ki, bura kimi anladıq, bilirik ki, oxumaq çox yaxşı şeydir, amma biz bacarmırıq. Kimsə bunun darıxdırıcı olduğunu, kimsə buna vaxt tapmadığını bəhanə edə bilər.

Lakin bir şeyi sevmək üçün o şeyin faydalarını və gözəlliyini bilmək bəzən bəs edir.

Bəzən isə sadəcə, başlamaq lazımdır. Düzgün başlanğıc çox mühümdür. Hansısa məşhur əsərdən yalnız "MƏŞHUR" olduğu üçün başlamaq bir ömür oxumağa nifrət etməyə səbəb ola bilər. Və əksinə, maraqlı bir kitab insanı ədəbiyyat aşiqinə çevirməyə qadirdir. Ona görə də kitabları kiminsə yox, öz maraq dairənizə uyğun seçin.

Vaxt tapmamaq isə sadəcə bəhanədir. Bir çoxları oxuduğu kitabları avtobus və metrolarda, dayanacaqlarda, növbələrdə oxuyur. Evdar xanımar isə uşaqlarını yatırdarkən, yaxud seriallara baxmaq əvəzinə, mütaliə edə bilər. Oxumağı adətə çevirmək üçün günə bir səhifə də oxumaq kifayətdir. Bir sözlə, istək olsa, insan vaxt tapar, istək olmasa – bəhanə.

Kitab oxumağın faydaları

Dedik ki, bir şeyi sevmək üçün onun müsbət tərəflərini bilmək lazımdır. Sizi yormamaq üçün kitab oxumağın faydalarından cəmi onunu qeyd edək:

1. İnsanın söz ehtiyatı artır.

2. İnsan başqalarıyla daha rahat ünsiyyət qura, fikirlərini daha dolğun ifadə edə bilir.

3. Stress və gərginlik azalır. İnsanın beyni dincəlir.

4. Mütaliə beyin hüceyrələrini cavanlaşdırdığı üçün qocalmanı gecikdirir.

5. Yuxusu pozulan insanlar üçün də faydalıdır. Yatmadan öncə kitab oxumaq yuxu gətirə bilər. Uşaqlara belə, nağıllar oxunduqda daha tez yuxuya gedirlər.

6. Kitab oxumaq yaddaşın güclənməsinə də təsir edir.

7. Tez-tez diqqəti yayınan insanlarda təmərküzləşməni yaxşılaşdıra bilər.

8. Alzheimer xəstəliyindən qoruyur.

9. İnsan bilik əldə etdikcə, özünə inamı da artır. Hər hansı bir sahədə işləmək istəyən kəs öncədən o sahədə bir neçə kitab oxumuş olsa, daha çox uğur əldə edə bilər.

10. İnsanda kreativlik artır, yeni ideyalar yaranır. Bəzən də sıxıcı problemlərdən çıxış yolunu kitablar öyrədir.

Düzgün ədəbiyyat seçimi

Kitab ruhun qidasıdır. Yediklərimizə fikir verməli olduğumuz kimi, oxuduqlarımıza da fikir verməliyik. Qızıldan dəyərli vaxtımızı nəyə sərf etdiyimizə diqqət edək və faydalı ədəbiyyata üz tutaq ki, sağlam düşüncəyə malik olaq. Bəzi qidalar bədəni zəhərləyir, bəzi kitablar isə ruhu. Beyinin zəhərlənməsi isə cismin zəhərlənməsindən daha təhlükəlidir. Bir xəstə ruh bir cəmiyyəti korlaya bilər. Məsələn, kütləvi intiharlara işarə edən "Verter effekti".

Psixologiyada "Verter effekti (sindromu)" deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə, dahi alman yazıçısı Yohann Volfqanq Hötenin "Gənc Verterin iztirabları" adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür. Məhz bu fenomenin güclü səviyyəyə çatması ilə bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir.

Digər tərəfdən, tarixdə bir çox insanların həyatı cəmi bir kitabla dəyişib. Bəzən hətta bir cümlə belə insana təkan verib, həyatında müsbətə doğru çevriliş edə bilər. Necə deyərlər, insan hər şeyi, kitab isə insanı dəyişir. Həyatımız baxışlarımızdan və düşüncələrimizdən birbaşa asılıdır. Hər şey beyindən başlayır.

Unutmayaq ki, bizə ayrılan zaman çox qısadı. Vaxtımızı hədərə vermədən, düşüncələrimizi sağlam "qidalarla" bəsləyək və doğru bildiklərimizə əməl edək ki, həyatımızdan zövq alaraq, bərəkətli ömür yaşayaq... (Islaminsesi.info)

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1635   Tarix: 20 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364