"Pokrov Məhərrəm" hara qaçırmış? Lənkəranskiyə xəyanət, 9 milyon borc...

"Pokrov Məhərrəm" hara qaçırmış? Lənkəranskiyə xəyanət, 9 milyon borc...Bir qədər əvvəl Rusiyanın Volqoqrad vilayətinin Novonikolayevsk rayon məhkəməsinin haqqında deportasiya qərarı çıxardığı "Pokrov Məhərrəm" ləqəbli Məhərrəm Quliyev barədə Rusiya KİV-ə maraqlı məlumatlar daxil olub. Söhbət Məhərrəm Quliyevin harada və necə saxlanıldığından, onun indiyədək yaşadıqlarından gedir.

BiG.AZ lent.az-a istinadən bildirir ki, Məhərrəm Quliyev "Kaspi" federal yolunun 650-ci kilometrliyində təsadüfən ələ keçib. Söhbət ondan gedir ki, həmin ərazidə Quliyevin maşınını saxlayan yol polisi onun pasport qeydlərini yoxlayarkən Rusiya Federasiyası ərazisində müddətdən artıq qaldığını müəyyən edib. İlkin tədqiqat zamanı o da məlum olub ki, onun 1996-cı ildə Novqorod vilayətində aldığı Rusiya ümumvətəndaşlıq pasportu belə saxtaymış.

Bundan sonra məhkəmə önünə çıxarılan Məhərrəm Quliyev miqrantların müvəqqəti saxlanma məntəqəsinə göndərilib.

Amma rusiyalı həmkarlarımız "Pokrov Məhərrəm"lə bağlı maraqlı araşdırma aparıblar.

Məlumata görə, Məhərrəm Quliyev azərbaycanlıların əksəriyyəti kimi Moskvaya 90-cı illərin əvvəllərində gəlib. O, qardaşı Rövşənlə birgə Moskva metropoliteninin stansiyalarının qarşısında pərakəndə meyvə-tərəvəz satırmış. Bir qədər sonra Moskvanın cənubunda yerləşən "Pokrovsk" topdansatış bazasına köçüblər.

Bazar işində bacarıqlı olan Məhərrəm tezliklə "Pokrovsk"da bir neçə konteyner əldə edir. Bir qədər sonra bazanın idarəçiliyi ona tapşırılır. O, burada özünü bacarıqlı menecer kimi göstərə bilir.

Araşdırmalara görə, "Pokrovsk" boyda "böyük tikəni" Moskvadakı bu və ya digər kriminal qruplaşmalardan qorumaq üçün o, azərbaycanlı avtoritetlərlə əlaqə yaradır. Əvvəlcə nardaranlı Mirseymur onu hamiliyə götürür. Seymurun qətlindən sonra Lotu Hikmət və Ağbaş Çingizin qanadı altına sığınır. Onların qətlindən sonra isə bu dəfə Rövşən Lənkəranski onu himayə etməyə başlayır.

Məşhur Orxan Zeynalov hadisəsindən sonra "Pokrovsk" bazası bağlanır. Bu dəfə o, Domededovadakı "Dörd fəsil"" meyvə-tərəvəz bazasına, təbii ki, Rövşən Lənkəranskiyə sığınıb. Amma bu bazarda o, özünü necə deyərlər, təmiz menecer kimi aparmayıb. Məşhur avtoritetdən pul gizlətməsi, eyş-işrətə meyllik onu nüfuzdan salır. Onun bir neçə adama üst-üstə 8 milyon dollara yaxın borcu yaranır. Deyilənə görə, o, eyni zamanda kazinolara və vətənindən olan şou-biznes nümayəndələrinə səxavətlə pul xərcləyib.

Məhərrəm uzun illər məhz Rövşən Lənkəranskinin patronajlığı altında çalışıb. Həmin bazanın əsl sahibləri Ananyev qardaşları və keçmiş avtoritet Timofey Kurqin olsa da, Moskvada heç kimə sirr deyildi ki, oranın "krışalığını" məhz Rövşən edirdi. Təkcə "Pokrovsk" bazasında yox, Moskvada bağlanmış bütün irili-xırdalı bazarlarda çalışan azərbaycanlılar Rövşənin timsalında etibarlı hami kimi məhz bu bazanı seçmişdilər. Qubalı milyarderlər Nisanov və İliyevin təzə tikdirdiyi "Fud siti"nin mağaza və piştaxtaları isə həmin vaxt bomboş qalmışdı.

Məlumatda deyilir ki, "Dörd fəsil"in qara günləri Məhərrəm və ortağı Nuruşun Rövşənə və bazar rəhbərliyinə pul atmasından sonra başlayır. Amma bəxti gətirir ki, Rövşən həmin ərəfədə qətlə yetirilir. Bir yandan da illərdir Moskvada bazar idarəçiliyi ilə məşğul olan Məhərrəm və Nuruş "Fud siti" rəhbərliyi tərəfindən şirnikləndirilərək, ora cəlb edilirlər.

Rusiya KİV-in yazdığına görə, bu müddətdə o təkcə bazar idarəçiliyi ilə məşğul olmur, necə deyərlər, əl altdan "Stenton Qrup" və "MRV-Loqistika" şirkətlərini də təsis edir. Necə deyərlər, Zarah İliyev və Qod Nisanovdan xəbərsiz "Fud Siti"də kölgə biznesi qurur.

Quliyevin qara günləri isə ötən ilin martından başlayır. O, 13 milyon dollarlıq dələduzluqda ittiham edilir. Prokurorluğa təkcə "Dörd fəsil"dən onun haqqında 9 şikayət verilir.

Sonra məlum olub ki, onun Azərbaycan Beynəlxalq Bankına belə 1 milyon 500 min ödənilməmiş kredit borcu var.

2018-ci il martın 31-də o, Moskvadakı evində həbs edilsə də, sonradan məhkəmənin qərarı ilə haqqında ev dustaqlığı qərarı çıxarılıb. Amma o, məhkəmənin qərarını saymayıb. Tez-tez "Oqni Baku" restoranında görünməyə, dəbdəbəli məclislər keçirməyə başlayıb. Və bununla da hüquq-mühafizə orqanlarının diqqətinə düşür. Ən son olanı isə Volqoqrad vilayətində saxlanılması, miqrantların saxlanılma məntəqəsinə köçürülməsidir. Bəs, Məhərrəm Qulyiev "Kaspi" federal trası ilə hara gedirmiş? Bu artıq başqa bir yazının mövzusudur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1561   Tarix: 17 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin Livanın cənubunda hava hücumu: 3 ölü

İsrail ordusunun Livanın cənubunda evə hava hücumu edib. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, xeyli dinc sakin yaralanıb. Bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb. İsrail döyüş təyyarələri ölkənin cənubundakı Meiş əl-Cəbəl qəsəbəsindəki evi hədəfə alıb. Hava hücumu zaman

06.05.2024 166
.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

06.05.2024 162
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

06.05.2024 226
.

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq

Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada

10:20 145
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

10:45 199
.

"Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizi

06.05.2024 218
.

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-

06.05.2024 329
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

06.05.2024 540
.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

06.05.2024 467