7 illik tarixində unudulmaz oyunlara və nüfuzlu komandalara qucaq açmış stadion - VİDEOREPORTAJ

7 illik tarixində unudulmaz oyunlara və nüfuzlu komandalara qucaq açmış stadion - VİDEOREPORTAJAzərbaycanda stadion infrastrukturunun inkişafı baxımından 2011-2012-ci illər xüsusən effektiv hesab oluna bilər. Təsadüfi deyil ki, Bakıdakı 17 yaşadək qızlar arasında dünya çempionatı ərəfəsində 4 yeni stadion - "Dalğa Arena", "Bakcell Arena", "ASCO Arena" ("Bayıl Arena") və Binə stadionu istifadəyə verilib. UEFA-nın maliyyə dəstəyi ilə inşa olunan Milli Komandaların Məşq Mərkəzi 2015-ci ilin sentyabrında tam hazır olub. Ölkənin ən böyük arenası sayılan Bakı Olimpiya Stadionunun tikintisi isə 2015-ci ildə başa çatıb.

2012-ci ildə AFFA-nın inşa etdirdiyi "Bakcell Arena" ilk olaraq 8-ci km stadionu adlandırılıb. Həmin il 17 yaşadək qızlar arasında dünya çempionatının bir neçə oyunu burada baş tutub. Mundial başa çatdıqdan sonra AFFA və "Neftçi"nin qarşılıqlı razılaşmasına əsasən arena paytaxt klubunun ixtiyarına verilib. Flaqman bu stadiondakı ilk matçını 2012/2013 mövsümünün XIII turunda "Sumqayıt"a qarşı keçirib və rəqibini 8:1 hesabı ilə məğlub edib. Bakcell ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək "Bakcell Arena" adlandırılıb.
7 illik tarixində unudulmaz oyunlara və nüfuzlu komandalara qucaq açmış stadion - VİDEOREPORTAJStadionun meneceri Kənan Minayev "Report"açıqlamasında bildirib ki, indiyədək 60 beynəlxalq, 116 yerli çempionat oyununu təşkil ediblər: "Menecer olmamışdan öncə "Neftçi"də işləmişəm və arenada inzibatçı kimi də çalışmışam. Bu arenada ilk olaraq 17 yaşadək qızlar arasında dünya çempionatı keçirildi. Daha sonra daxili çempionatın oyunları təşkil olunmağa başladı. Stadionda Avropa Liqası matçları və milli komandanın oyunları da baş tutub və istənilən beynəlxalq matçdan sonra yüksək rəy alıb. Bu baxımdan, heç bir problemimiz olmayıb. Qonaqlar hər zaman öz razılıqlarını bildiriblər. Həm UEFA nümayəndələri, həm də gələn xarici komandalar razı qalıblar. "Bakcell Arena"da İngiltərənin "Çelsi" və "Arsenal" kimi klublarının məşqləri olub. "Çelsi" "Qarabağ"la Çempionlar Liqasının, "Arsenal" isə Bakıdakı Avropa Liqasının final oyununa hazırlıq məqsədilə bu stadionu seçib. Hər şey yüksək səviyyədə təşkil olunub".
Bütün bunlarla yanaşı, Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki 4 ev oyununun hamısının "Bakcell Arena"da təşkili qərara alınıb. Son belə qarşılaşma noyabrın 16-da Azərbaycan və Uels yığmaları arasında olacaq.
7 illik tarixində unudulmaz oyunlara və nüfuzlu komandalara qucaq açmış stadion - VİDEOREPORTAJK.Minayev stadiona həm AFFA, həm də "Neftçi" klubunun yüksək səviyyədə diqqət göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, "Bakcell Arena" eyni gündə 4 komanda və 2 hakimlər briqadasını qəbul etməyə qadirdir. Meydanın uzunluğu 105, eni isə 68 metrdir. Bu isə stadionun bütün standartlara uyğun olduğunu göstərir. Konfrans otağı 70 jurnalist qəbul edə bilər. 17 skayboks da mövcuddur. Əlavə olaraq, burada 800-900 nəfər qəbul etməyə qadir VİP-tribunalar var. "Neftçi"nin matçlarını qonaqlar və sponsorlar skayboksda izləyirlər. Stadionun işıqlandırılmasına da, diqqət göstərilir. Hər yay mövsüm başlamamışdan öncə müvafiq şirkət gəlir və meydanın vəziyyətini yoxlayır, işıqlandırma sahəsinin genişliyinə nəzarət edirlər.
7 illik tarixində unudulmaz oyunlara və nüfuzlu komandalara qucaq açmış stadion - VİDEOREPORTAJMenecer "Bakcell Arena"da bir sıra unudulmaz oyunun olduğunu sözlərinə əlavə edib: "Əsas milli komandamızın Rusiya ilə matçını qeyd etmək olar. "Neftçi"nin avrokubok görüşlərini misal göstərmək olar. Millinin bu seçmə mərhələdə Xorvatiya ilə oyunu da unudulmaz olub. Yaddaqalan və gərgin oyunlarımız yetərincədir".
"Bakcell Arenada "Neftçi" klubunun muzeyi və fan şopu da fəaliyyət göstərir. Muzeydə klubun titulları və tarixi əksini tapıb, sərgilənən eksponatların sayı 40-dan çoxdur. 2 otaqdan ibarət muzeyi ziyarət edənlər əvvəlcə komandanın yaranma tarixi ilə tanış ola bilərlər. Bundan savayı müxtəlif dövrlər haqqında məlumatlar, klubun prezidentləri, 16 ən yaxşı futbolçu haqqında məlumat, klubun tarixində rekord vurmuş futbolçuların adları, statistik göstəricilər və klubun müxtəlif dövrlərə aid loqoları göstərilib.

7 illik tarixində unudulmaz oyunlara və nüfuzlu komandalara qucaq açmış stadion - VİDEOREPORTAJİkinci otaqda isə klubun SSRİ çempionatlarında geyindiyi formalar, müstəqillik dövründə qazanılmış kuboklar sərgilənir.
Kuboklar arasında "Neftçi"nin 2006-cı ildə MDB və Baltikyani ölkələrin Birlik Kubokunda qazandığı baş mükafat da nümayiş edilir. 1966-cı ilə aid stenddə isə komandanın SSRİ çempionatında qazandığı bürünc medal, istifadə etdiyi top, yekun turnir cədvəli, həmçinin həmin mövsüm mükafatlara layiq görülmüş əfsanəvi heyət haqqında məlumatlar sərgilənir. Bundan əlavə burada klubun yarandığı ilk dövrlərdə istifadə etdiyi dəri top və butslar da qoyulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 750   Tarix: 16 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789