Yaşar Lətifov: "Azərbaycanda qaz hasilatı ilə bağlı ümumi tendensiya artıma doğrudur"
"Biz istər "Dayazsulu Günəşli", istərsə də "Bulla dəniz" və digər mövcud yataqlarda ənənəvi olaraq tanınan məhsuldar qatlardan daha dərinlərdə daha çox ehtiyatlar aşkar edirik. Bu, perspektivdən xəbər verir".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov "Petroleum Economist"ə bildirib.
O qeyd edib ki, bir çox yataqların yaşlanmasına baxmayaraq, onlar yüksək intensivlikdə saxlanılır: "Bərpa olunma səmərəliliyi nisbətinə baxsaq, qalıq ehtiyatları orta hesabla 5% dərəcəsi ilə inkişaf etdiririk. Yataqların çox köhnə olduğunu nəzərə alsaq, bu rəqəm çox yaxşı göstəricidir. Lakin daha səmərəli yataqlarda bu göstərici daha yüksəkdir. Məsələn, "Dayazsulu Günəşli" yatağında səmərəlilik nisbəti göstəricisi 8-9%-dir".
Azərbaycanda indiyədək 2 mlrd. tondan çox neft və 850 mlrd. kubmetrdən çox qaz hasil edilib.
"Bu yataqlardan hasilat bizim enerji təhlükəsizliyimizi təmin edir. Ötən il ölkədə 39 mln. tona yaxın neft hasil edilib. Bunun da 7,5 mln tondan çoxu SOCAR-ın payına düşür. Azərbaycanda qaz hasilatının həcmi isə 30 mlrd. kubmetrdən çox olub ki, onun da 6,5 mlrd. kubmetri SOCAR-ın payıdır", - Y.Lətifov bildirib.
Y.Lətifov qeyd edib ki, bu il ölkədə qaz hasilatının ötən ildən, təxminən, 7 mlrd. kubmetr çox olacağı gözlənilir: "Bu il "Şahdəniz" yatağından, təxminən, 19 mlrd. kubmetr qaz hasilatı planlaşdırılır. Gələn il isə yataqdan 22 mlrd. kubmetr, 2021-ci ildə isə 24 mlrd. kubmetr qaz hasilatı gözləyirik. Qaz hasilatı ilə bağlı ümumi tendensiya artıma doğrudur".
Mənbə: Report.Az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 489 Tarix: 15 noyabr 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109