Bakıda doğulan qorxunc körpə ilə bağlı baş ginekoloqdan açıqlama: "Həkim cinayət edib"

Bakıda doğulan qorxunc körpə ilə bağlı baş ginekoloqdan açıqlama: "Həkim cinayət edib"Xəbər verdiyimiz kimi, Bakıda ötən həftə anormal, görüntüsü dəhşət doğuran bir körpə doğulub. Cinsiyyəti qız olan körpənin qulaqları boynunda bitib, ağzı isə yoxdur, burnu heyvana bənzəyir. Amma körpənin ürəyi, ağciyərləri normal fəaliyyət göstərir.

Bu hadisə barədə Səhiyyə Nazirliyi rəsmi məlumat yaymayıb.

Məsələ ilə bağlı Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova Medicina.az-a açıqlamasında bildirib ki, baş mama-ginekoloq olaraq bu anormal körpəni görməyib, ana ilə bağlı araşdırma apara bilməyib:

"Çünki bu hadisə özəl klinikada baş verib, ora isə icazəsiz bizim müdaxilə etməyimizə ixtiyarımız yoxdur. Qanunla əmr var ki, özəl tibb xidməti göstərən müəssisələrin yoxlanılması aparılmır. Bu anormal doğulmuş körpəni nə ölkənin baş neanotoloqu, nə mən, nə baş pediatrı görməyib, dəvət etməyiblər. Bizi həmin özəl klinika çağırmalıdır ki, gəlin, belə bir uşaq doğulub, yığışın gəlin, görək nədir, nə etməliyik".

Sevinc Məmmədova deyib ki, belə anomaliyalar nadir olsa da, tibbdərast gəlinir: "Azərbaycanda ginekoloji təcrübədə bir gözü olan təpəgöz uşaq, beyni olmayan uşaq, başı normal inkişaf etməyən körpələr doğulub.

Bu anomaliya hamiləliyin III ayında USM müayinəsi zamanı aşkar olunmalı və abort olunmalıdır.

Həmin hamilə qadın özəldə doğuş etdiyi üçün görünür, çox imkansız da olmayıb. Çox güman ki, onun elə hamiləliyi də, USM müayinələri də hansısa özəl xəstəxana və ginekoloq tərəfindən aparılıb.

Doğuşa qədər bunun aşkarlanmaması cinayətdir. Ailə bu faktı vaxtında aşkarlamayan həmin USM mütəxəssisindən və ginekoloqdan şikayət edə bilər. Amma göründüyü kimi, nə hamiləliyi aparan həkimin adı açıqlanır, nə də doğumun olduğu özəl klinikanın adı. Çünki bu, onların imicinə zərərdir, antireklamdır, sabah xəstələr qorxub ora getməzlər".

Həkim onu da vurğulayıb ki, Sankt Peterburqda hələ I Pyotrun dövründən muzey kimi yaradılmış kunskamera var ki, orda belə anomal doğulmuş körpələr eksponat kimi saxlanılır.

Bəs valideynlərin istəyi ilə körpənin həyatına son qoyula bilərmi?

Həkim buna qanunun icazə vermədiyini söyləyib:

"Azərbaycanda evtanaziyaya icazə yoxdur. Körpənin ürək fəaliyyəti varsa, nə qədər yaşaya bilərsə yaşamalıdır. Ata-ana imtina etsə də, xəstəxana tərəfindən və ya dövlətə müraciət olunarsa, o uşaq nəzarətə alınmalıdır. Heç bir həkim süni olaraq, hansısa iynəni vurub, onun ürəyinin fəaliyyətini dayandıra bilməz. Bu cinayətdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2946   Tarix: 13 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 199
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

12:40 150
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 164
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

17:40 81
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

13:49 7785
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 210
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

17:18 251
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 129
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662