Bakıda bu ünvanda məskunlaşan ailələr köçürülə bilər
Bakının Nərimanov rayonu, Nazim Hacıyev 6 ünvanındakı yataqxanada baş verən uçqun zamanı vətəndaşa ziyan dəyməyib.
Bu barədə Trend-ə Nərimanov Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov məlumat verib.
Onun sözlərinə görə, hadisə yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsində baş verib: "Çökən hissə Cəbrayıl rayonundan olan məcburi köçkün İbayev Həbib Məhəmmədəli oğlunun yaşadığı 47 saylı otağın sahəsinə aiddir. Otağın 16 kvadratmetrlik tavanı çöküb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisə yerinə Rayon İcra Hakimiyyətinin, polis idarəsinin rəhbərliyi və Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə əməkdaşları gəlib".
İ.Əsədov bildirib ki, yataqxanada Cəbrayıl, Zəngilan və Laçın rayonlarından olan məcburi köçkünlər məskunlaşıb: "Bina Fövqəladə Hallar Nazirliyinin qəzalı binalar siyahısındadır. Binanın qəzalı olması barədə müvafiq akt tərtib olunaraq aidiyyəti qurumlara təqdim edilib. Artıq ailə həmin yataqxanadan köçürülüb, binanın cari təmiri ilə bağlı hazırlıq işləri görülür. Qısa vaxtda bina təmir ediləcək və ya binada məskunlaşan ailələrin köçürülməsinə başlanacaq".
Qurum rəsmisi bildirib ki, binanın çökən hissəsi vətəndaşın yaşayış hissəsinə daxil deyil: "Həmin hissə vətəndaşın istifadəsində olan yardımçı hissədir".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1209 Tarix: 12 noyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşHəbsdə olan generalın müraciəti geri qaytarıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin
03.05.2024 400 Əli Əsədov Türkiyəyə səfər edəcək
Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək. Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib. Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətləraras
14:07 76 Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO
Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal
10:31 419 İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə
14:09 97 Adil Əliyevin ailəsinə ağır itki
Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!
10:09 317 Azərbaycanda universitetin baş müəllimi vəfat etdi
Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv
12:52 159 Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO
Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:
03.05.2024 211 Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar
Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə
16:20 0 Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır", - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımınd
16:48 0