Əbu-Dabidə beynəlxalq neft-qaz məsələləri müzakirə edilib - FOTO - VİDEO

Əbu-Dabidə beynəlxalq neft-qaz məsələləri müzakirə edilib - FOTO - VİDEODünyanın 30 neft-qaz və kimya sənayesinin rəhbərləri enerji sahəsində qarşıda duran zəruri məsələləri müzakirə etmək üçün noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) təşkil etdiyi və aparıcı neft və qaz şirkətlərinin qatıldığı dəyirmi masada bir araya gəliblər.

"Report" xəbər verir ki, SOCAR prezidenti Rövnəq Abdullayev dünyanın aparıcı neft və qaz şirkətlərinin qatıldığı dəyirmi masanın işində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

Rövnəq Abdullayev Abu Dabidə keçiriləcək Beynəlxalq Neft Sərgi-Konfransı ərəfəsində - noyabrın 10-da dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərləri üçün təşkil etdiyi dəyirmi masanın işində iştirak edib. Dəyirmi masanı giriş sözü ilə ADNOC-un icraçı direktoru Dr. Sultan Əhməd Əl Cabir açıb, tədbirə moderatorluğu isə IHS Markit məlumat xidmətinin sədr müavini alım Dr. Daniel Yergin edib. Dəyirmi masada neft və qaz sənayesinin qarşısında duran əsas çağırışlar – maliyyə investorların, eləcə də yüksək səviyyəli gənc kadrların bu sahəyə cəlb edilməsi müzakirə olunub.

Tədbirdə habelə kiçik tullantılarla enerjiyə artan tələbatın təmin edilməsi, yeni texnologiyaların tətbiqi ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və digər məsələlər diqqət mərkəzində olub. Bildirilib ki, enerji sahələrinin əsas missiyası dəyişilməz qalır - iqtisadi artım üçün lazım olan enerjini məsuliyyətlə vermək.

Səfər çərçivəsində SOCAR-ın da təmsil olunduğu 22-ci Abu-Dabi Beynəlxalq Neft Sərgi-Konfransı çərçivəsində SOCAR prezidentinin bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur.
Qeyd edilib ki, forum neft-qaz sahəsinin liderləri üçün platformanı təmin edəcək ki, onlar formalaşdırılan energetika landşaftına təsir edə bilsinlər.

Forumda kiçik tullantılarla enerjiyə artan tələbatın təmin edilməsi, yeni texnologiyaların tətbiqi ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və digər məsələlər diqqət mərkəzində olub.
Noyabrın 11-də SOCAR prezidenti ADIPEC neft sərgi-konfransının açılış mərasimində iştirak edəcək. Rövnəq Abdullayev SOCAR-ın stendinə baxış keçirərək, habelə bir sıra işgüzar görüşlər keçirəcək. 22-ci Abu-Dabi Beynəlxalq Neft Sərgi-Konfransı 11-14 noyabr 2019-cu il tarixində Abu-Dabi Milli Sərgi Mərkəzində təşkil olunacaq. Sərgi-konfransda 67 ölkəni təmsil edən 2200-dən çox şirkət son məhsullarını, xidmət və texnologiyalarını 135 ölkədən olan 145000-dən çox peşəkar iş adamı, o cümlədən 10400 konfrans iştirakçısına nümayiş olunacaq. Sərgi-konfrans çərçivəsində 160-dan çox müxtəlif formatlı sessiyalar keçiriləcək.

Əbu-Dabidə beynəlxalq neft-qaz məsələləri müzakirə edilib - FOTO - VİDEOƏbu-Dabidə beynəlxalq neft-qaz məsələləri müzakirə edilib - FOTO - VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 659   Tarix: 10 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ev yanıb. BİG.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 60 kvadratmetr olan birmərtəbəli iki otaqlı evin bir otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

27.04.2024 195
.

Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliklə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakını

27.04.2024 197
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

27.04.2024 433
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27.04.2024 312
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

27.04.2024 555
.

Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək

Rusiyanın daşqınlara məruz qalan Orenburq vilayətində 1,7 mindən çox ev söküləcək. Bu barədə yerli hökumət nümayəndələri xəbər veriblər. Bildirilib ki, Mənzil Qiymətləndirmə Komissiyası rayon üzrə ümumilikdə 5007 evə baxış keçirib. "Bunlardan 3201-i əsaslı təmir olunacaq, 1745-i təhlükəli hesa

27.04.2024 203
.

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağda

01:42 236
.

Qəzza zolağında dağıntıların təmizlənməsi neçə il çəkəcək?

"Qəzza zolağının minalardan təmizlənməsi və dağıntıların təmizlənməsi 14 il çəkəcək". Bunu BMT-nin minalarla mübarizə üzrə yüksəkvəzifəli rəsmisi Per Lodhammar bildirib. Onun sözlərinə görə, müharibə nəticəsində anklavın ərazisində 37 milyon tona yaxın dağıntı yaranıb. Eyni zamanda, partlamamı

11:10 0
.

Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan "MQ-9" PUA-sını vurublar

Husilər ABŞ-nin dəyəri 30 milyon dollar (50 milyon manat) olan "MQ-9 Reaper" pilotsuz uçuş aparatını (PUA) vurublar. Bu barədə Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nümayəndəsi Yəhya Sarı məlumat verib. Qeyd edək ki, bu, noyabr ayından bəri vurulan üçüncü "MQ-9 Reaper"

27.04.2024 183