Universitetlərin kafedra müdiri olan məmur və deputatlar - SİYAHI

Universitetlərin kafedra müdiri olan məmur və deputatlar - SİYAHIDövlət strukturlarında çalışan bir sıra yüksək çinli məmurlar, eləcə də, bəzi deputatlar paralel olaraq elm və təhsil sahəsində də işləyirlər. Universitetlərdə işləyən məmur və deputatların bir çoxu kafedra müdiri kimi fəaliyyət göstərirlər.

Onların buna necə vaxt çatdırdığı başqa yazının mövzusudur.

Modern.az universitetlərdə kafedra müdiri vəzifəsini tutan məmur və deputatların kimlər olduğunu araşdırıb.

Bakı Dövlət Universitetində (BDU) digər ali məktəblərə nisbətdə kafedra müdirləri olan məmur və ya deputat daha çoxdur.

Sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov hazırda BDU-da Ali riaziyyat kafedrasının müdiridir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiridir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da BDU-da vəzifə tutan məmurlar sırasına daxildir – o, Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiridir.

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov BDU-da Politologiya və sosiologiya kafedrasının müdiri vəzifəsində də çalışır.

BDU-da kafedra müdiri olan xeyli deputat var. Belə ki, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Konstitusiya hüququ, deputat Yaqub Mahmudov Qədim dünya və orta əsrlər tarixi, deputat Nizami Cəfərov Ümumi dilçilik, deputat Bəxtiyar Əliyev isə Psixologiya kafedrasının müdiridir.

Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov bildirib ki, onlarda vəzifə tutan iki deputat var: Sahibə Qafarova Beynəlxalq əlaqələr üzrə prorektordur, xanım deputat filologiya üzrə elmlər doktoru, professordur. Deputat Sevinc Fətəliyeva isə İngilis filologiyası kafedrasının müdiridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib ki, deputat Hüseynbala Mirələmov Neftin, qazın nəqli və saxlanılması kafedrasının müdirdir. Professor və texnika elmləri doktorudur.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədovanın sözlərinə görə, eks-nazir Əli Abbasov Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının müdiridir. Eks-maliyyə naziri, BMT-nin "Sülh səfiri" Əvəz Ələkbərov "Maliyyə və maliyyə inistutları" kafedrasının müdiridir. Onların heç biri hazırda məmur statusu daşımır.

Bakı Ali Neft Məktəbi mətbuat xidmətinin əməkdaşı Zöhrab Süleyman qeyd edib ki, ali məktəbdə məmur fəaliyyəti ilə məşğul olan və ya deputat mandatı daşıyan kafedra müdiri yoxdur.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyəva vurğulayıb ki, Baş nazirin birinci müavini Yaqub Eyyubov İnşaat fakültəsindəki Qruntların mexanikası, bünövrələr və özüllər, yeraltı qurğular kafedrasının müdiridir.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin əməkdaşı Cavid Zeynallının sözlərinə görə, kafedra müdirlərindən heç biri məmur və ya deputat kimi fəaliyyət göstərmir.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Qəzənfər Həmidoğlu bildirib ki, deputat Rüfət Quliyev İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının müdiridir. İqtisad elmləri doktoru, professordur.

Sumqayıt Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin müdiri Nazxanım Cəlilli qeyd edib ki, universitetdə kafedra müdirləri arasında ikinci bir işlə məğul olan şəxs yoxdur. Onlar yarımştat müəllim və kafedra müdiri kimi fəaliyyət göstərirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 855   Tarix: 08 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib. Daxili İşlər Nazirliyindən BİG.AZ-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb. Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiklər

18.05.2024 216
.

İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bu barədə xəbər verir

18.05.2024 162
.

Bişkekdə yataqxanada baş verən qarşıdurmadan sonra son vəziyyət açıqlanıb

Gecə saatlarında Bişkekin mərkəzində, yataqxanada baş verən qarşıdurmadan sonra vəziyyət sabitləşib. Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. "Bişkek şəhərində vəziyyət sabitdir, hazırda ərazidəki vəziyyət polisin tam nəzarəti altındadır. Mitinqin bütün iştirakçılar

18.05.2024 165
.

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib. -ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan önc

18.05.2024 172
.

Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb

Hacıqabulda 14 yaşlı yeniyetmə bıçaqlanıb. APA xəbər verir ki, Hacıqabul sakini, 2010-cu il təvəllüdlü Əli Qoçaliyev bıçaqlanma diaqnozu ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mil-Muğan bürosunun sorğusun

18.05.2024 194
.

Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs

18.05.2024 562
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

18.05.2024 474
.

Məleykə Abbaszadə: "Ola bilsin ki, model dəyişsin"

"Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir". "Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sıfır balla da attestat alan var: "Amma bu balla universitetə qəbu

18.05.2024 341
.

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla...

5 nəfər ailə üzvünü öldürən Əhməd Əhmədov barədə qalmaqallı açıqlama ortaya çıxıb. Belə ki, onun azadlığa çıxma ehtimalının olduğu bildirilib. Bu barədə "Yeni Sabah"a sabiq polkovnik, hüquqşünas Şəmsəddin Əliyev açıqlama verib. Bildirib ki, Əhməd müalicəsini tamamladıqdan sonra cəmiyyətə inteqrasiy

18.05.2024 474