Bakıda milyonlarla dövriyyəsi olan cinayətkar şəbəkə ələ keçdi - RƏSMİ

Bakıda milyonlarla dövriyyəsi olan cinayətkar şəbəkə ələ keçdi - RƏSMİBaş Prokurorluq tərəfindən digər hüquqi mühafizə orqanları və müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə iqtisadiyyatın inkişafına başlıca əngəl hesab edilən belə hallara qarşı mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır və onları törətmiş şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

BiG.AZ prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-istintaq tədbirləri ilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) almadan pul vəsaitlərinin müəyyən xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərilməsindən ibarət qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan cinayətkar şəbəkənin qanunsuz əməlləri ifşa edilib.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İskəndərov Rəşad İmran oğlunun 2018-2019-cu illər ərzində faktiki olaraq bank fəaliyyəti ilə məşğul olaraq tanışı Mustafa Kılıç Murat oğlu və digər bir qrup şəxslərlə qabaqcadan əlbir olub Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən ofisində gizli formada qeydiyyatını və mühasibatlığını aparmaqla ona müraciət edən ayrı-ayrı şəxslərdən aldığı müxtəlif məbləğlərdə pul vəsaitini Türkiyə Respublikasında qəbul etməli olan şəxslərə təhvil verilməsini təşkil etməsinə, habelə eyni məqsəd və üsulla həmin ölkədə fəaliyyət göstərən belə qruplar tərəfindən qəbul edilmiş pul vəsaitlərinin Azərbaycan Respublikasında ayrı-ayrı şəxslərə çatdırılması müqabilində ümumi dövriyyəsi 88 milyon 744 min ABŞ dolları və 6 milyon 110 min Avro təşkil edən (həmin dövrün məzənnəsi ilə ümumilikdə 162 milyon 720 min manat) 14 min 553 qanunsuz əməliyyat nəticəsində 1 milyon 344 min manat məbləğində pul vəsaitini gəlir qismində əldə etməsinə, eyni zamanda həmin pul vəsaitini Kılıç Mustafa və başqaları ilə aralarında bölərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı Rəşad İskəndərovun ofis kimi istifadə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospektində yerləşən 7 saylı evin 17 nömrəli mənzilinə baxış zamanı oradan sonuncuya məxsus olan 4 ədəd noutbuk, 1 ədəd stolüstü komputer, 118 min ABŞ dolları, 61 min manat, 1.125 AVRO pul vəsaiti, 2 ədəd mobil telefon aşkar edilərək götürülüb.

İş üzrə Rəşad İskəndərov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla ölkə iqtisadiyyatının inkişafına əngəl törədilməsinə yönəlmiş bu növ pozuntuların qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlərin görülməsi davam etdiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1163   Tarix: 06 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880