Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ

Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın (bundan sonra İTS) bütün ölkə üzrə tətbiqi məqsədilə keçən ilin sonlarında "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda (bundan sonra Qanun) dəyişiklik edilib və ölkə başçısı tərəfindən "Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" fərman imzalanıb. Fərmana uyğun olaraq "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (bundan sonra TƏBİB) publik hüquqi şəxs yaradılıb və bir çox dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi ilə bağlı qərar qəbul edilib.

BAKU.WS-in sorğusuna cavab verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi açıqlayıb ki, qanuna əsasən xidmətlər zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək.

Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir.

Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.

Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:

1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.
3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).

Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddırlar:

•18 yaşınadək şəxslər
•23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər
•Pensiyaçılar
•Sosial müavinət almaq hüququna malik olan şəxslər
•Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri
•Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar
•Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar

Bu güzəştlər yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7071   Tarix: 06 noyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

29.04.2024 207
.

Bu universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - FOTO

Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, buna səbəb saqqal saxlayan oğlanların dərsə buraxılmaması olub. Məsələ ilə bağlı sözügedən təhsil ocağı ilə əlaqə saxladıq. Universitetin mətbua

29.04.2024 661
.

Zaurla Günay Nəzringilin toyundan küsüb gedib?

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb. OLAY yazır ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barəd

29.04.2024 1610
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 189
.

Türkiyədə "TikTok" qadağan oluna bilər

"TikTok" platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər. Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib. "Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan "TikTok" ə

29.04.2024 131
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

29.04.2024 160
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

29.04.2024 354
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

29.04.2024 1562
.

12 gündür axtarılan 16 yaşlı qız qonşularının evində tapıldı

Türkiyədə 12 gündür itkin düşən qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı qız rayondakı qonşularının evində tapılıb. Qonşularının evdə olmadığını deyən ata "Qonşumuzun evində gizlənib, qonşumuz qayıdanda onun evdə olduğu müəyyənləşib, məhəllədən heç vaxt çıxmadığı məlum olub"

29.04.2024 872