Namiq Qaraçuxurlu «Sarı» ilə də düz 40 dəfə söz güləşdirdi

Namiq Qaraçuxurlu «Sarı» ilə də düz 40 dəfə söz güləşdirdiBəzi insanlar söz güləşdirməyi sevirlər və bunun sayəsində hətta maddi durumlarını da tənzimləyənlər var. Söz çəkişməsini özünə peşə kimi seçən və söz ustası adını qazanan Namiq Qaraçuxurlu «Sarı» ilə də düz 40 dəfə söz güləşdirdi…

1.Günə baxmaqdan zövq alırsan, aya?

– Aya da, günə də birlikdə baxmaqdan zövq alıram.

2.Düşdüyün bəladan qurtula bildin?

– Qurdlar imkan versə, qurtularam.

3.Etdiyin səhvlərə görə cavab vermisən?

– Yox, çünki etdiyim səhvlər sual formasında olmayıb.

4.İlk dəfə görüşdüyün qızın adı yadındadı?

- Adı yox, amma peşəsi «akuşerka» idi.

5.Milyoner qızın sevgisi səni ram edə bilər?

– Məni adi qızın sevgisi ram edə bilər.

6.Bəs sən qızı necə ram edə bilərsən?

– Öz səmimiyyətimlə.

7.Bir əldə bir-birindən xəbərsiz iki qarpız tutmusan?

– Çalışmışam tutum, amma qarpızlar bir az ağzıcırıq olublar.

8.Şəkinin halvası gözəldi, qızları?

– Hər bölgənin qızları gözəldi, amma Şəkinin halvası qeyri-adidir.

9.Bəs Montində kim yaşayır?

- Montin əhalisi.

10.Aygünə istədiyini niyə vermirsən?

– Məncə, Aygünə istədiyini vermişəm.

11.O sənə efirdə evlənmək təklifi etdi, amma sən…

– Mən də bayırda elədim o təklifi.

12.Uşaqlıq illərini yadına salanda pərt olmursan?

– Yox-yox.

13.Axırıncı dəfə valideynlərini nə vaxt görmüsən?

– Bu ayın əvvəlində.

14.Səni ona bağlayan məhəbbət, pul, şöhrət, yoxsa ehtirasdır?

- Hmm… Məhəbbət. Amma ən çox sənətə məhəbbət.

15.Zövqünə uyğun qadın görəndə yaşını nə vaxt soruşursan?

– Ümumiyyətlə, yaş verməyi bacarmıram, ona görə də soruşmuram.

16. Prodüserin Ataş sənin hər işinə kömək edir?

– Bacardığı işlərə.

17.Bəs sən onun?

– Mən də bacardığım işlərə.

18.Aygün Kazımova səni əsəbiləşdirəndə qapını çox möhkəm çırpırsan?

– Çırpıram, amma içəridən.

19.İşinə görə yaltaqlıq etmisən?

– Həyatda ən zəhləm getdiyi xüsusiyyətdir.

20.Aygündən sonra yolunu düz getmisən?

– Bir az da düzəltmişəm.

21.Xarici görünüşün sənə dar ayaqda kömək edib?

– Dar ayaqda yox, amma dəfələrlə kömək edib.

22.Bəs populyarlığın?

– Kömək eləyib.

23.Deyilənə görə, bir vaxtlar səni varlı bir qadın maliyyələşdirirdi?

– Harda idi məndə o bəxt? Əgər varlı qadın məni
maliyyələşdirsəydi, «Rəvayət» klipini Fransada çəkdirərdim.

24.Onda alfons olmaq keçib ürəyindən?

– Yox! Bizim nəsildə edə adam olmayıb.

25. Bəs ürəyində kim var indi?

– Ürəyimdə yaxınlarım, əzizlərim.

26.Səncə, toyuq niyə yumurtlayır?

– Onu vadar edən var, xoruz vadar edir.

27.Baltadan istifadə etmisən?

– Yox, onu KVN-şiklər istifadə elədi.

28.Bəs KVN sənin başını «baltalayanda» əsəbiləşdin?

– Əksinə, gülmüşəm.

29.Moskva iş adamı səni də dəvət etmişdi?

– Əksər tədbirlərinə dəvət edir.

30.Sənə Moskvada 100 min dollar niyə vermişdilər?

– Hmm… Dolanmağım üçün…

31. Könülü Aygünə dəyişdin, bəs Aygünü dəyişməyin vaxtı deyil?

– Məncə, yox.

32.Könlündən kim keçir indi?

- Könlümdən… Cabbar.

33.Səhər oyananda ilk olaraq «Sabahın xeyir»i sən deyirsən, o?

- Hmm… Səhər fanatlarımdan alıram ilk mesajı.

34.Aygün – aparıcı, müğənni, ana, dost, sevgili – hansı onda daha yaxşı alınır?

– Mənim üçün dost.

35.Kondisionerin pultunda neçə düymə var?

– O baxır onun şalvarına.

36.Xumar Qədimovaya salam verirsən?

– Çoxdandır görmürəm, amma görəndə salam verəcəyəm.

37.Son aldığın ayaqqabının qiyməti?

– 350 manat.

38.Röya toya çağırsaydı, gedərdin?

– Getməzdim, amma pul göndərədim.

39.Sən də iyləməyi sevirsən?

– Gülü? Bəli!

40. Söhbət «Sarı» güllərdən gedir…

– …(susaraq gülür)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 12229   Tarix: 15 oktyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

04.05.2024 397
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

05.05.2024 493
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntüləri yayımlanıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin fotoları təqdim edirik:

05.05.2024 1415
.

Yıldız Tilbe qəzaya düşdü

Türkiyəli müğənni Yıldız Tilbe ötən gün qəza keçirib. Axşam.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, ifaçının idarə etdiyi maşın eyni istiqamətdə hərəkət edən digər avtomobilə çırpılıb. Qəza nəticəsində ölən və yaralanan olmayıb. Günah Tilbedə olduğu üçün o, cəzalandırılı

04.05.2024 363
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 571
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 1008
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 421
.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 1053
.

Nigar Camal məşhur aparıcının anasını əsəbləşdirdi - VİDEO

Tanınmış aparıcı Ranar Musayev anasının Nigar Camalla görüntülərini paylaşaraq onların münasibətlərindən söz açıb. xəbər verir ki, Ranar Musayevin sözlərinə görə, yaxın dost olduqları üçün Nigar Camal ona və anasına evi sahmana salmaqda kömək edib. "Deməli, bir gün Nigar bizə evi yığışdırmağa kömə

05.05.2024 1066