Xanhüseyn Kazımlı Milli Məclisə içkili gəlib? - ŞOK İDDİA

Xanhüseyn Kazımlı Milli Məclisə içkili gəlib? - ŞOK İDDİABir neçə gündür ki, sosial medianı deputat Xanhüseyn Kazımlının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı rabitəsiz çıxışını əks etdirən videogörüntü zəbt edib. Görüntülərdən aydın olur ki, millət vəkili fikirlərini ifadə edə bilmir, anlaşılmaz danışır.

Deputatın sözügedən videosunu izləyən sosial şəbəkə istifadəçiləri X.Kazımlının səhhəti ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. İddia olunur ki, deputat ciddi xəstəliyə düçar olub.

Qeyd edək ki, X.Kazımlı Milli Məclisin son iclasında da çıxış etmək üçün söz istəyib və eynən məlum videodakı kimi rabitəsiz danışıb. Deputatın çıxışı Milli Məclisdə gülüş doğurub və onun iclasa içkili vəziyyətdə gəldiyi ehtimal olunub.

Maraqlıdır, deputatın anlaşılmayan çıxışları nədən xəbər verir? həkimlər bu barədə necə düşünürlər?

AYNA-ya danışan tanınmış həkim Rəşid Mahmudov deyib ki, Xanhüseyn Kazımlının həkimə ehtiyacı var:

"Millətin də, dövlətin də dəyəri onun ziyalısıdır. Bir ziyalı ki yaltaqdır, vay o millətin halına. Onların hamısını ziyalılıqdan çıxarmaq lazımdır. Bunu isə biz - sən, mən etməliyik".

Həkim-nevroloq Qalib Əsədov isə bildirib ki, nitqin bu şəkildə pozulması bir çox səbəblərdən baş verə bilər:

"Düzdür, hər hansı bir şəxsi müayinə etmədən onun haqqında dəqiq diaqnoz qoymaq mümkün deyil. İnsanın xüsusi nevroloji statusunu dəqiqləşdirəndən sonra, demək olar ki, onda nə var. Ancaq belə rabitəsiz nitq yuxusuzluqdan, yorğunluqdan, hansısa kimyəvi dərmanların, müəyyən spirtli içkilərin təsirindən baş verə bilər.

Həmçinin, yaşı 70-dən çox olan bəzi insanlarda Altsheymer xəstəliyi müşahidə olunur. Həmin xəstəliyin daşıyıcılarında da bu şəkildə nitqin pozulması baş verir. Eyni zamanda, beyinin alın payında müəyyən problemlər, məsələn şiş varsa, o cümlədən insult, qansızma olanda da nitqdə pozulmalar yaranır", - deyə nevroloq vurğulayıb.

Q.Əsədov bir məsələni də qeyd edib ki, zehni problemi olan insanlar, adətən bunu özləri dərk etmirlər:

"Yəni heç kim ağlından şikayət etmir. Hətta dəlilər belə, özlərini ən ağıllı adam hesab edirlər və düşünürlər ki, onlarda hər şey əladır. Bunu kənardan müşahidə edənlər həmin şəxsə tövsiyə edə bilərlər ki, "artıq bəsdir".

Qeyd edək ki, deputat özü isə məlum videosuna görə sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasını anlamadığını bildirib:

"Ay qardaş, mən büdcə haqqında bir şey deməmişəm axı. İnsanların məni niyə tənqid etdiyini anlamıram. Həmin çıxışımda xoşagəlməz fikir səsləndirməmişəm. İnsanlar söhbətin nədən getdiyini bilmədiyi halda məni tənqid etməsinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1567   Tarix: 31 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988