"Səfirlərimizə edilən hücumların arxasında xarici xüsusi xidmət orqanları dayana bilər" — Hərbi ekspert diplomatlarımızın MÜDAFİƏSİNƏ QALXDI

"Səfirlərimizə edilən hücumların arxasında xarici xüsusi xidmət orqanları dayana bilər" — Hərbi ekspert diplomatlarımızın MÜDAFİƏSİNƏ QALXDIAzərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalarının qarşılaşdığı ciddi problemlərdən biri də yerli diaspora təşkilatları ilə işləməkdir. Bu barədə Sonxeber.az-a hərbi-siyasi icmalçı Ramil Məmmədli məlumat verib. Daha dəqiq desək, bəzi diaspora təşkilatlarının real olmayan və bəzən imkanlardan daha çox tələb üzərində qurulan istəkləri ilə bağlıdır. Bəzi diaspora təşkilatları səfirliklərimizin - diplomatik missiyalarımızın beynəlxalq qanunlarla tənzimlənən fəaliyyət imkanlarına, daha dəqiqi iş arealına məhəl qoymadan səfirlərimizə qarşı tələblər irəli sürürlər. Bir çox hallarda isə məlum səbəblərdən bu tələblər icra oluna bilmir, nəticədə isə diasporaya rəhbərlik edən şəxslərdə Azərbaycan diplomatlarına - səfirlərinə qarşı kin formalaşır. Bu kin həmin ölkənin sərhədlərini aşaraq vətənə - Azərbaycana da çata bilir. Yəni, diaspora rəhbəri ilə səfir arasındakı "iks" ölkədəki nifaq Bakıdakı mətbuat orqanlarının səhifələrində yer alır.

Diaspora rəhbəri və ya buna iddialı şəxs Azərbaycandakı əlaqələrini işə salaraq yerli mediaya çıxış əldə edir və bununla da səfirə qarşı kompaniyaya rəvac verilir. Belə vəziyyətdə həm səfir, həm də Azərbaycanın diplomatik nümayəndəliyi problemlərlə qarşılaşmalı olur. Real vəziyyəti anlatmaq imkanı olmayan (Buna bəzi hallarda Azərbaycan qanunları icazə vermir) səfir mətbuatda və sosial şəbəkələrdə qınaq obyektinə çevrilir. Diplomatik missiyalarda çalışanlar bilir ki, səfirin özünümüdafiə imkanları da qeyd etdiyim kimi çox məhduddur.

Keçək məsələnin digər tərəfinə...Perspektivli diplomatların ələ alınması, onların nüfuzdan salınması xarici kəşfiyyat orqanlarının fəaliyyət istiqamətinə daxil olan işlərdən biridir. Bu işdə milliyyətcə azərbaycanlı olan və həmin xarici ölkələrdə yaşayan diaspora nümayəndələrindən, bu tipli təşkilatların bəzilərinin rəhbərlərindən istifadə edilir. Bu inkar edilməz məsələlərdir və belə praktikalar artıq mövcuddur. Yəni səfirlərə edilən açıq hücumlar (media və sosial şəbəkələr vasitəsilə) və onların nüfuzlarının aşağı salınmasına yönələn işlərin arxasında həmin ölkələrin xüsusi xidmət orqanlarının durmadığına kim qarant verə bilər?! Axı, səfir və səfirlik həm də mənsub olduğun ölkə - böyük ailə deməkdir.

Ailənin daxilində olan məsələlərin kənara çıxarılmasında maraqlı qüvvə kim ola bilər? Bu işi görənin ya xisləti normal deyil, ya da həmin ölkənin maraqlarına xidmət etməyən Azərbaycan səfirinin cəzalandırılmasını istəyən xüsusi xidmət orqanları.

Fikrimcə, Azərbaycan dövləti və aidiyyatı qurumlar ölkə mətbuatına yol açan bu tipli anti-səfir kampaniyalarının qarşısını almalıdır. Unutmamalıyıq ki, indi daha "özümüz deyib, özümüz eşitmirik". Artıq bizi internetin imkanlarından istifadə etməklə hər bir məkandan izləmək mümkündür. Gəlin dövlətin maraqlarını bütün meyarları ilə qoruyaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 699   Tarix: 22 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179