"Harvard"da ermənistanlı naziri suallarımızla susdurduq - SOCAR-ın təqaüd proqramının məzunu

"Harvard"da ermənistanlı naziri suallarımızla susdurduq - SOCAR-ın təqaüd proqramının məzunuAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) uzun illərdir Azərbaycanda çoxsaylı sosial layihələr həyata keçirir. Bura şirkətin 2006-cı ildən indiyədək icra etdiyi Xarici Təqaüd Proqramı da daxildir. Həmin proqramın məzunlarından biri SOCAR-ın Strateji İnkişaf Şöbəsinin rəisi Samir Qurbanovdur.

"Finans.az" onun uğur hekayəsini elə öz dilindən təqdim edir.

"Bu proqrama kimi xaricdə təhsil mənim üçün dünən yaranan bir həvəs deyildi. Mən bundan öncə də xaricdə təhsil almışam. Bu, Böyük Britaniya hökumətinin xətti ilə olub. Hətta ayrı-ayrı dövrlərdə ABŞ hökumətinin xətti ilə də kurslarda olmuşdum. Sadəcə olaraq, daim öz üzərimdə işləmək, peşəkar kimi inkişaf etmək hər zaman həyat hədəfim olub. Buna görə də əvvəl hüquq sahəsində Britaniya hökumətinin xətti ilə həmin ölkənin aparıcı universtitetlərindən biri olan "University of London"da maliyyə hüququ ixtisası üzrə təhsil aldım. Müəyyən müddət keçəndən sonra anladım ki, biznesin idarəçiliyi sahəsində daha geniş perspektivlər açılmaqdadır. Çünki bu sahədə peşəkar top-menecerlər ölkədə azdır və onlara hər zaman ehtiyac var. Ona görə bu sahəyə daha çox diqqət ayırmağa başladım. SOCAR-ın Xarici Təqaüd Proqramı haqqında hələ 2012-ci ildə bu şirkətin hüquq idarəsində işə başladığım dövrdən xəbərdar idim. Zamanı yetişdiyində isə proqramın imkanlarından yararlanmaq üçün komissiyaya müraciət etdim və müsbət cavab alaraq SOCAR-ın xətti ilə xaricdə təhsil almağa getdim. Təhsilimi MBA proqramı üzrə 2017-2018-ci illərdə ABŞ-da yerləşən və dünyanın ən yaxşı biznes unversitetlərinin ilk beşliyində qərarlaşan Masaçusets Texnologiya İnstitutunda davam etdirdim.

Xaricdə yaşadıqca görürsən ki, oradakılar Azərbaycan haqqında yetərincə məlumatlı deyillər. Bu proqramın vacib məqamlarından biri isə ondan ibarətdir ki, xaricdə təhsil alan tələbələr oxuduqları universitetlərdə SOCAR-ın maddi və mənəvi dəstəyi ilə "Azərbaycan günü" təşkil edirlər. Bu tədbir çərçivəsində isə milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz təbliğ edilir, Azərbaycan həqiqətləri dünyaya çatdırılırdı.

Son qeyd etdiyim məqamla bağlı bir hadisəyə toxunmaq istəyirəm. Həmin dövr Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Harvard Hüquq Məktəbinə gəlmişdi. Harvardda tələbə olan digər həmyerlimizlə birgə o tədbirə getdim və suallarımızla həmin şəxsi susdurduq. O zaman Azərbaycanın aparıcı dövlət media qurumları bu hadisəyə diqqət ayırmışdılar. Bunu demək də məqsədim odur ki, xaricdə oxuyan hər bir azərbaycanlının vətənpərvərlik borcudur ki, olduğu yerdə ölkəmizi təbliğ etsin və millətimiz haqqında müsbət imicin formalaşmasına öz töhfəsini versin. Çünki digər millətlərin hörmət və sevgisini qazanmaq istəyən ilk növbədə öz millətini sevməli və ona hörmətlə yanaşmalıdır.

SOCAR-ın Strateji İnkişaf Şöbəsinin rəisi Samir Qurbanov

"Bu gün dövlətin kadr siyasətinin əsas fokusu ən yaxşı kadrları işlə təmin edib onlara perspektivlər açmağa yönəldiyindən, dövlət hər hansı bir sahənin təkmilləşdirilməsi istiqamətində bu cür gənclərin konstruktiv təkliflərinə daim açıqdır. Günümüzün gəncləri dövlət tərəfindən heç zaman olmadığı qədər böyük dəstək alırlar. Bu mənada onlar belə bir zamanda yaşadıqları üçün çox şanslıdırlar".

Xaricdə aldığım biliklər praktik olaraq hər zaman gərəkli olub. Bundan əvvəl maliyyə hüququ sahəsində təhsil alandan sonra vətənə qayıdanda da həmin biliklərimi uğurlu şəkildə bank sistemində tətbiq edə bildim. İndi də idarəçilik sahəsində əldə etdiyim peşəkar vərdişlər iş prosesində geniş şəkildə tətbiq edirəm. Onların sayəsində böyük layihələrin icrası zamanı öz töhfəmi verə bilirəm. Digər tərəfdən, həmin biliklər köhnəlməsin və hər zaman günün tələblərinə cavab versin deyə əldə etdiklərimlə kifayətlənməyərək daim üzərimdə işləyirəm. Bu gün başqa təşkilatlarla müqayisədə SOCAR-da bu biliklərin tətbiq edilməsi üçün geniş imkanlar var. Çünki şirkət daim böyüməkdə olduğundan hər zaman yüksək ixtisaslı, peşəkar kadrlara ehtiyacı duyulur. Bu mənada özümü çox xoşbəxt hesab edirəm ki, geri dondükdən sonra əldə etdiyim bilikləri bu sahədə geniş şəkildə tətbiq etmək imkanına sahibəm.

Dövlətin xaricdə təhsil alıb qayıdan gənclərə dəstəyi məsələsinə toxunaraq bir məqamı xüsusi vurğulamaq istəyirəm. SOCAR-ın timsalında dövlət hər hansı bir gənci oxumağa yollayırsa artıq bununla həmin gənclərə öz ilkin dəstəyini vermiş olur. Şəxsi qənaətimə görə gəncin ölkəyə qayıdıb heç bir təklif irəli sürmədən oturub dövlətdən dəstək gözləməsi düzgün yanaşma deyil. Oturub gözləmək yerinə ağıllı təkliflərlə çıxış edərək, özləri həmin qapıları döyərək daim dövlətə, ictimayətə dəstək olmağa çalışmalıdır. Bu gün dövlətin kadr siyasətinin əsas fokusu ən yaxşı kadrları işlə təmin edib onlara perspektivlər açmağa yönəldiyindən, dövlət hər hansı bir sahənin təkmilləşdirilməsi istiqamətində bu cür gənclərin konstruktiv təkliflərinə daim açıqdır. Günümüzün gəncləri dövlət tərəfindən heç zaman olmadığı qədər böyük dəstək alırlar. Bu mənada onlar belə bir zamanda yaşadıqları üçün çox şanslıdırlar.

SOCAR-ın Xarici Təqaüd Proqramının bu gün üçün uğur göstəricisi illərdir davam etməsində və ondan minə yaxın gəncin yararlanmasındadır. Proqramın uğurla reallaşdırılması ilk növbədə, başda ölkənin ali rəhbərliyi olmaqla şirkətin rəhbərliyinin effektiv idarəçiliyinin və praqmatik yanaşmasının məntiqi nəticəsidir. SOCAR bu tip layihələrlə nəinki neft qaz səhəsində lider olduğunu, həmçinin sosial bir misiyanın daşıyıcı olduğunu da ortaya qoymuş olur. Bu proqramın Azərbaycan iqtisadiyyatı üçün yüksək peşəkarlıq səviyyəsinə malik kadrların yetişdirilməsində, gələcəyin kadr bankının yaradılmasında rolu danılmazdır. Bu gün SOCAR-ın özündə dünyanın bir çox aparıcı ali təhsil ocaqlarında təhsil almış çoxsaylı yüksək ixtisaslı kadrlar fəaliyyət göstərir. Şirkət bu cür gənclərin ölkədə və cəmiyyətdə layiqli yerini tutmaları yönündə daim dəstəyini əsirgəmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 495   Tarix: 18 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

TOP MP3