"Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə bir sıra ciddi məqamlara diqqət yetirildi" - RƏYLƏR

"Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə bir sıra ciddi məqamlara diqqət yetirildi" - RƏYLƏR"Azərbaycanda pensiyanın, minimum əməkhaqqının, müavinətlərin artırılması alıcılıq qabiliyyətini də yüksəldib. Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirədə bir sıra ciddi məqamlara diqqət yetirilib. İclasda sosial müdafiənin gücləndirilməsi ilə bağlı məsələ əsas müzakirə mövzusu olub".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat Cavid Osmanov

"Azərbaycanda pensiyanın, minimum əməkhaqqının, müavinətlərin artırılması alıcılıq qabiliyyətini də yüksəldib".

"Prezidentin dediyi kimi, 2019-cu il sosial müdafiə ili kimi yadda qalacaq. Prezidentin imzaladığı iki sərəncamla minimum əmək pensiyası 200 manata, minimum əməkhaqqı 250 manata çatdırıldı. Bundan başqa, təqaüdlər, müavinətlər artırıldı. Xüsusi ilə qeyd etməliyəm ki, bəzi dövlət qurumlarında çalışanların əmək haqqı 40 faiz artırıldı. Azərbaycan pensiyanın həcminə görə MDB ölkələrində 3-cü yerdədir. Bütün bunlar alıcılıq qabiliyyətinə də müsbət təsir edir. Alıcılıq qabiliyyətinin yüksək olması sevindiricidir. Düşünürəm, bu istiqamətdə islahatlar davam etdiriləcək. Dövlət başçısı bu islahatların başlanğıc olduğunu qeyd edib" – deputat qeyd edib.

Deputat Tahir Rzayev "Report"a açıqlamasında bildirib ki, Azərbaycanda 2019-cu ildə pensiyanın, əməkhaqqının, təqaüdlərin artımı alıcılıq qabiliyyətinə müsbət təsir edib: "İnsanların vəsaiti nə qədər çox olarsa, alıcılıq qabiliyyəti də o qədər yüksək olar, bunlar bir-birilə vəhdətdədir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev sosial müdafiənin gücləndirilməsi istiqamətində böyük addımlar atır: "Doğrudan da, Azərbaycan vətəndaşları alıcılıq qabiliyyətinə görə öncül yerdədirlər. Dövlət başçısının sosial sahədə həyata keçirdiyi islahatlar insanların rifah halının yüksəlməsinə səbəb olub. Bu, alqışlanmalıdır. Qeyri-neft sektorunda artımın qeydə alınması da alıcılıq qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır".

Deputat Tahir Rzayev

"Prezidentin sosial sahədə islahatları davam edəcək".

T.Rzayev vurğulayıb ki, Prezidentin sosial sahədə islahatları davam edəcək: "Dövlət başçısı bunu çıxışlarında da qeyd edib. Biz qeyri-neft sektorunu inkişaf etdirməli, ölkəni investorlara cəlbedici etməliyik. Bu da insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 560   Tarix: 17 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788