SOCAR qeyri-neft sektorunda daha hansı işlər görə bilər?

SOCAR qeyri-neft sektorunda daha hansı işlər görə bilər?Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı vacib hədəflərdən hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə çıxışlarında qeyri-neft sektorunun inkişafı məsələsinə xüsusi diqqət ayrıldığını vurğulayıb. Bu sahəsinin inkişafı rəqəmlərdə də aydın nəzərə çarpır. Belə ki, bu ilin 8 ayında ölkənin qeyri-neft sektorunda 3%, qeyri-neft ixracında 17% artım qeydə alınıb. Gələn il Azərbaycanda qeyri-neft sektorunda artımın 3,3% səviyyəsində olacağı proqnozlaşdırılır.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) da qeyri-neft sektorunun inkişafı istiqamətində işlər görür. Qeyd edilməlidir ki, qeyri-neft sektorundakı artımda SOCAR-ın Sumqayıtda yerləşən Karbamid və "SOCAR Polymer"in Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının istehsal həcmləri böyük yol oynayır.

SOCAR qeyri-neft sektorunda daha hansı işlər görə bilər?Bəs SOCAR-ın qeyri-neft sektorunun inkişafı üçün missiyası necə olmalıdır? Bu sahədə daha hansı işləri görməlidir?

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi Azərbaycanda bütün dövlət qurumlarının, dövlət müəssisələrinin vəzifələrindən biridir. Bununla belə, onun fikrincə SOCAR-ın fəaliyyətinin təyinatına görə bu vəzifələr heç də ilk sıralarda dayanmır, SOCAR-ın öz öhdəlikləri var: "SOCAR neft sənayesinin inkişaf etdirilməsi, neft gəlirlərinin artırılması istiqamətində maksimum performansı təmin etməlidir. Çünki SOCAR Azərbaycan brendi olaraq dünya bazarında tanınan şirkətdir. SOCAR öz fəaliyyəti ilə Azərbaycanı beynəlxalq bazarlarda təmsil edir. Amma nəzərdə almaq lazımdır ki, Azərbaycanın neft strategiyası əsasən orta və uzunmüddətli dövrdə neft gəlirlərinin qeyri-neft sahəsinə transformasiyasında resurs asılılığının azaldılmasına hədəflənən strategiyadır. İqtisadiyyatın şaxələndirilməsi iki istiqamətdə - üfüqi və şaquli istiqamətdə aparılır".

O qeyd edib ki, SOCAR iqtisadiyyatın şaquli istiqamətdə diversifikasiyası üçün müəyyən məsuliyyət daşıyır. Ekspert vurğulayıb ki, xam məhsulu dünya bazarlarına çıxarmaqla, müəyyən qədər emal prosesindən keçən məhsulu dünya bazarlarına təklif etmək arasında fərq var və mövcud olan çeşid üzərində çeşidləndirilmənin, emalın aparılması şaquli diversifikasiyadır və SOCAR-ın bu istiqamətdə öhdəlikləri var: "Resursun qısamüddətli satışındansa, onun uzunmüddətli dövrdə emal prosesindən keçirilib satışının təmin edilməsi yaradılan əlavə dəyərin həcmini əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda, SOCAR müxtəlif digər istiqamətlərdə də əsas investor kimi iştirak edə bilər. Azərbaycan iqtisadiyatı, xüsusilə, istehsal mühiti demək olar ki, xam, işlənməmiş iqtisadiyyatdır. SOCAR kifayət qədər vəsaitlərinin idarə edilməsinə nəzarət edən qurumdur və investisiyalarının şaxləndirilməsi, yəni resursların istismarından əldə olunan gəlirlərin yönləndirilməsi istiqamətində qeyri-neft sektoruna çox ciddi yatırımlar edə bilər. Son illərdə SOCAR bu istiqamətdə addımlar atır".

SOCAR milli iqtisadiyyatın formalaşması nöqteyi-nəzərdən böyük rol oynayan qurumdur
SOCAR qeyri-neft sektorunda daha hansı işlər görə bilər?Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov isə bildirib ki, SOCAR Azərbaycan iqtisadiyyatı üçün strateji sistem məzmunlu bir qurumdur: "SOCAR-ın Azərbaycan iqtisadiyyatının inkişafında rolu buna uyğun da olmalıdır. Bu şirkət faktiki olaraq Azərbaycan iqtisadiyyatının böyük hissəsini özündə cəmləşdirib. Azərbaycanın ÜDM-nin, dövlət büdcəsinin, tədiyyə balansındakı müsbət saldonun formlaşmasında neft sektorunun xüsusi rolu var. Amma dünyada baş verən proseslərə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi prosesi həyata keçirilir. Bunun üçün də qeyri-neftdən daha çox qeyri-xammal inkişaf etdirilməlidir. Bu inkişaf üçün də investisiyalar lazımdır, çünki dünya iqtisadiyyatında hansısa dayanıqlı, ciddi iqtisadi nailiyyətlərə çatmaq üçün investisiyalar son dərəcə önəmlidir. İnvestisiya resursları baxımından kreditləşmənin genişləndirilməsi prioritet rol oynamalıdır. Mən demirəm ki, burada bütün yük SOCAR-ın üzərinə düşməlidir. Amma müəyyən mənada SOCAR-a ümid etməliyik. Çünki SOCAR milli iqtisadiyyatın formalaşması nöqteyi-nəzərdən böyük rol oynayan qurumdur. Burada əsas məsələ ondan ibarətdir ki, SOCAR öz investisiya portfelinə malikdir".

Professor bildirib ki, SOCAR-ın investisiya portfelində daha çox milli iqtisadiyyata yönəlik sahələrin, paketlərin olması son dərəcə önəmlidir və bu istiqamətdə addımlar atılır: "SOCAR daha çox çalışır ki, ölkə iqtisadiyyatına investisiyalar yatırsın. Burada ən önəmlisi proritetlərin müəyyənləşdirilməsidir, çünki iqtisadiyyat mürəkkəb prosesdir. Bəzi sahələrə yatırılan investisiyalarda effekt bir il, bəzilərində 10 il, bəzi sahələrdə 1%, bəzi sahələrdə 80% olur. Ona görə də burada investisiya siyasətinin düzgün formlaşdırılması, yüksək əlavə dəyər tutumlu sahələrə aid məhsulların istehsalı, eyni zamanda insan kapitalına yönəlik investisiyaların xüsusi çəkisinin artımı çox önəmlidir".

O bildirib k, SOCAR-da sadalanan istiqamətlərdə işlər aparılıb: "İnanıram ki, yaxın illərdə SOCAR-ın bu istiqamətə yönələn işləri daha da artacaq. Burada neft-kimyasından, qaz kimyasından söhbət gedə bilər".

Onun sözlərinə görə, SOCAR-ın potensialı və aidiyyatı dövlət dəstəyi də var. E. Məmmədov SOCAR-ın güclü investor kimi beynəlxalq imicinin də formalaşdığını vurğulayıb: "SOCAR Avropada, Türkiyədə, qonşu dövlətlərdə investisiyalar həyata keçirir. SOCAR Azərbaycanın brendidir və bu brend Azərbaycan iqtisadiyyatının, qeyri-neft yüksək texnoloji sektorun inkişafında bu brend aktiv iştirak etməlidir. İnanıram ki, görülən işlərin sayı daha da artacaq və neft-kimya, qaz-kimyası sahəsində daha böyük layihələrin şahidi olacağıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 676   Tarix: 16 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

12:33 0
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 268
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 432
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 213
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 229
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28.04.2024 241
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 235
.

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurub. BİG.AZ xəbər verir ki, bu barədə İranın dəstəklədiyi Livan Hizbullah açıqlama verib. Açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib. Qeyd edilib ki, bombardman İsrailin Livanın cənubundak

10:10 107
.

Türkiyənin 15 vilayəti üçün XƏBƏRDARLIQ edildi - FOTO

Türkiyənin 15 vilayəti üçün sarı kod xəbərdarlığı edilib. bu barədə "Haber Global"a istinadən xəbər verir. Meteorologiya Ümumi Müdirliyi yeni həftənin ilk günü üçün hava proqnozunu açıqlayıb. 15 əyalət üçün kod sarı xəbərdarlıq edilərkən, bu əyalətlərdə tufan gözlənildiyi bildirilib. Meteorologiy

10:05 228