Prezident fərman imzaladı - Yeni agentlik yaradılır

Prezident fərman imzaladı - Yeni agentlik yaradılırPrezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılsın.

"Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə" təsdiq edilir.

"Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 1-ci hissəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə həyata keçiriləcək.

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912, № 12 (I kitab), maddələr 2556, 2572; 2019, № 3, maddə 409, № 5, maddə 834) aşağıdakı dəyişikliklər edilir:

- 7-ci hissə ləğv edilsin;

- həmin Fərmanla təsdiq edilmiş Əlavə I – "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturu"nun 3-cü hissəsində "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi" sözləri "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi" sözləri ilə əvəz edilsin;

- həmin Fərmanla təsdiq edilmiş Əlavə II – "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə" üzrə:

4.3.1. 1-ci hissəyə, 7.6-cı, 7.11-ci, 8.2-ci, 8.53-cü, 8.67-ci və 18.5-ci bəndlərə "borcunun" sözündən sonra "və maliyyə öhdəliklərinin" sözləri əlavə edilsin;

4.3.2. 8.30-cu bənd aşağıdakı redaksiyada verilsin:

"8.30. "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət borcalmalarının həyata keçirilməsini, dövlət zəmanətlərinin verilməsini təmin etmək və dövlət borclarının ödənilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək, habelə Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcunu və maliyyə öhdəliklərini idarə etmək;";

4.3.3. aşağıdakı məzmunda 8.31-2-ci və 8.31-3-cü bəndlər əlavə edilsin:

"8.31-2. Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstərmək;

8.31-3. ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rolu olan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim etmək;";

- 8.33-cü bəndə "aparılmasını," sözündən sonra "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"nun vəsaitinin və" sözləri əlavə edilsin, habelə həmin bənddə "Nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi" sözləri "Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi" sözləri ilə əvəz edilsin;

- aşağıdakı məzmunda 8.34-1-ci bənd əlavə edilsin:

"8.34-1. Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə xüsusi maliyyələşmə prinsipləri, o cümlədən dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilməsi təklif edilən layihələr və təşəbbüslər üzrə dövlətin maliyyə öhdəliklərini hesablamaq, riskləri və onların bölgüsünü qiymətləndirmək, maliyyə təminatına dair rəy vermək və rəylə razılaşmayan tərəflərə onların yuxarı icra hakimiyyəti orqanına müraciət etmə imkanı barədə hüquqlarını izah etmək;";

- 10-cu hissə aşağıdakı redaksiyada verilsin:

"10. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir;

- 11-ci və 26-cı hissələr ləğv edilsin;

- 18.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

- müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;";

- 18.7-ci bəndə "tabeliyində olan digər qurumların" sözlərindən sonra "(Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla)" sözləri əlavə edilsin.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 39-1-ci hissəsində "Nazirliyin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin" sözləri "Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin" sözləri ilə əvəz edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 897   Tarix: 16 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862