Rafael Ağayev: "Məktəbi demək olar oxumamışam, müəllimlər yola verib" - FOTO

Rafael Ağayev: "Məktəbi demək olar oxumamışam, müəllimlər yola verib" - FOTODünya karatesinin "Qara brilliant"ı, 5 qat dünya, 10 qat Avropa çempionu olan Rafael Ağayevi qarşıda daha məsul yarış gözləyir. Belə ki, ilk dəfə karate Yay Olimpiya Oyunlarının siyahısına salınıb. Dünya miqyasında öz sözünü demiş 34 yaşlı idmançımızdan hər kəs Tokio-2020-də qızıl medal gözləyir. Rafaelin də arzusu dünyanın ən böyük idman yarışından çempion kimi qayıtmaqdır.

BiG.AZ xəbər verir ki, qafqazinfo-ya müsahibə verən idmançı Minskdəki Avropa Oyunlarının finalında uduzub ağlamasından, "Yaxşıların yaxşısı" seçilmək şansından və Olimpiya Oyunlarından danışıb:

- 34 yaşda hələ də idmana davam edirsiz. Artıq karyeranızı bitirmək haqqında düşünürsünüz?

- Kim hansı işlə məşğul olursa onu sevməlidir. Sevgi olduqda uğur da gəlir. Çempion olmaqdan çox onu qorumaq lazımdır. Mənim həm işimə sevgim var, həm də uğurlara doymuram. Buna görə hələ də davam edirəm.

- Sizcə, Rafael Ağayev yeni uğurlar qazana biləcəkmi?

- Özümü 26-27 yaşda hiss edirəm. Düşünürəm ki, hələ də bacararam. Kənardan səslənən fikirlər isə belədir ki, artıq idmandan getməliyəm. Lakin bir qızıl medal qazanan kimi hamı bu fikri unudur. İdmançının hər zaman formada qalmasının yaşla əlaqəsi yoxdur. Düzgün məşq və sistem formada qalmağıma kömək edir.

- Minskdə keçirilən Avropa Oyunlarında finalda uduzduğunuz üçün ağladınız. Gümüş medalı uğursuz nəticə sayırdız?

- Hər kəs qızıl medal qazanmaq istəyir. Bundan öncə də 2013/2014-cü illərdə belə hadisə olmuşdu. Zədə almışdım və yarışa çıxmışdım. Yenə eyni hal oldu. Çox eşidirəm ki, deyirlər karyeranı bitirməlisən. Hər şeyi deməyin qaydası var. İdmançını "sındırmaq", sıxmaq olmaz. Əgər bu gün Rafael Ağayev 75 kq çəkidə dünyanın 100 idmançısı arasında top üçlükdədirsə, deməli davam etməyə dəyər. Artıq karate 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına salınıb. Əvvəlcə ora lisenziya qazanmağa çalışacam. Məqsədim Olimpiya Oyunlarında medal qazanmaqdır. Qızıl olsa, çox sevinərəm. Olmasa da medal qazanmaq lazımdır.

- Minskdəki yarışdan sonra çox tənqid edildiniz. Ümumiyyətlə, sizi tənqid edənlərə hər hansı cavab vermək istədiniz?

- Həyatda pislik etmək, kiminsə adına söz çıxarmaq çox asandır. Neçə illərdir ki, haqqımda yazırlar. Elə olub ki, instaqramda nəsə yazıblar və onlara mesaj yazıb sonra silmişəm. Cavab vermək istəməmişəm. Düşünmüşəm ki, səbr etmək lazımdır. Kompüter arxasında şirə dönən insanlar var. Yazırlar və düşünmürlər ki, nə cavab alacaqlar. Mənim üçün insanların fikirləri, azarkeşlərin dəstəyi önəmlidir. Amma kiminsə fikri ilə yaşamıram. Biz məğlub da ola, qalib də gələ bilərik. Əsas odur ki, kişi kimi uduzasan. Biz də insanıq, robot deyilik. Çalışırıq ki, himnimizi səsləndirək. Avropa Oyunlarından öncə hamının bilmədiyi şeylər var idi. Yarışdan iki ay əvvəl zədə almışdım və əzələlərimdə yırtıq var idi. Həkimlər hətta yarışa çıxmağa icazə vermirdilər. 17 iynə vurulmuşdu mənə. Elə də döyüşlərə çıxdım. Finalda rəqib mənə çox gözəl zərbə endirdi və mən də həmin zərbəni "buraxdım". Bir az məni bu sıxdı. Əlbəttə ki, birinci olmaq istəyərdim. Avropa Oyunlarının ikiqat qalibi olardım. Hər şeyin öz ləzzəti var.

- Olimpiya Oyunlarında qızıl medal qazanıb karyeranı bitirmək haqqında düşünmürsünüz?

- Hər kəsin istəyi var. Ən böyük arzularımdan biri Azərbaycana Olimpiya Oyunlarında qızıl medal qazandırmaqdır. Özüm heç vaxt bu turnirin iştirakçısı olmasam da, dostlarımdan Olimpiya medalının başqa olduğunu eşitmişəm. Hacı Əliyev və başqaları həmişə bildirir ki, bu medal başqa daddır. Həmin idmançılar mənə deyir ki, 3-4 dəfə dünya çempionu olmaqdansa, bir dəfə Olimpiya medalı qazanmaq yaxşıdır. Heç kimə paxıllıq etmirəm, təki hamısı medal qazansın, amma mən də bunu əldə etmək istəyirəm.

- Bu il "Yaxşıların yaxşısı" seçilməyə Azərbaycandan iki namizəd var. 75 kq çəkidə siz və xanım idmançımız İrina Zaretska...

- Hər il belə bir seçim edilir. Zaretska da dünya çempionudur. Ötən il bu mükafatı almışdım. Qarşıda cəmi 1 yarış var. Təəssüf ki, cari ildə 4 finalda uduzmuşam. Mənim çəkimdə yapon Ken Nişimura 2 dəfə qızıl medal qazanıb. İspaniyada keçiriləcək turnirdə mən qalib olsam, "Yaxşıların yaxşısı" adını yenidən qazana bilərəm.

- Razısız ki, karate Bakıda keçirilən ilk Avropa Oyunlarından sonra məşhurlaşdı?

- Karateçilərimiz həmişə ölkəyə medal qazandırıb. Lakin Avropa Oyunları bayram idi və daha çox medal əldə etməli idik. Hər müğənninin bir klipi olur ki, onu məşhurlaşdırır. Bizim də idmançılarımız Avropa Oyunlarında "partlatdı". Nəticədə məşhur olduq və karate daha çox sevilməyə başladı.

- Bir müddət karate müəllimi kimi çalışmısınız. Niyə davam etmədiniz?

- Bir müddət gənclər millisində çalışdım. Həmin vaxt Avropa çempionatı Bakıda keçirilirdi. Hər şey yaxşı oldu. Ayxan Mamayev və Asiman Qurbanlı qızıl medal qazandılar, İlahə Qasımova isə bürünc medal əldə etdi. Öz karyeramı bitirdikdən sonra Azərbaycanda "Ağayev karate məktəbi" açmaq istəyirəm. Karateni davam etdirib idmançı yetişdirmək fikrindəyəm.

- "Qara brilliant" ləqəbi sizə motivasiya verir?

- Heç vaxt ləqəbim olduğuna görə xüsusi nəsə düşünməmişəm. Kimsəyə də deməmişəm ki, filan ləqəb mənimdir. 2004-cü ildə Avropa çempionatından sonra Beynəlxalq Karate Federasiyasının prezidenti Antonio Espino demişdi ki, bundan sonra karatenin "Qara brilliant"ı Rafael Ağayevdir. Ondan sonra "Karatenin Maradonası", "Karatenin Messisi", "Karatenin Ronaldosu" da eşitmişəm. Məndə "Pantera" ləqəbi də var. Brilliantın necə yüksək dəyərli olduğunu bilirsiniz. Hər halda kim nəyə layiqdirsə, o ləqəbi də verirlər. Dünyanın bütün məşhur idmançılarında ləqəblər var. Bu ləqəblə razıyam (gülür).

- Sizə bir çox klublardan təklif gəlsə də, "Qəbələ"də qalmısız. Niyə xarici klublara üz tutmamısınız?

- Xarici klublardan çox təkliflər gəlib. Azərbaycanda qalmaq istədim. Tale Heydərova, Fariz Nəcəfova təşəkkür edirəm. Bu klubun şərəfini qorumaqdan çox şadam. Bir ailəyik, hər bir işçi bizim üçün dəyərlidir. Bu klub üçün əlimdən gələni edəcəm. Üzərimdə əziyyətləri böyükdür.

- Uzun müddət əvvəl verdiyiniz müsahibələrin birində demişdiniz ki, gələcəkdə millət vəkili olmaq istəyərəm.

- Yadımda deyil, amma niyə də olmasın. Gələcəkdə əgər belə bir şey mümkün olsa, təbii ki, millət vəkili olaram. Azərbaycan adına, hansı işlə ölkəmə kömək olacağamsa buna hazıram.

- Rafael Ağayev haqqında ən çox vurğulanan məqam özündənrazı olmasıdır. Bu barədə xeyli yazılır, danışılır...

- Çox gözəl şeydən söz açdınız. Düzdür, indiyə qədər kimsə gəlib üzümə deməyib ki, "Rafael, səndən zəhləm gedir", amma danışılanları bilirəm. İnanırsınız ki, hardasa bir məkanda oturmuşam və yanımdakı stolda oturanlar deyib ki, "Rafael özündənrazıdır". Fikir verməmişəm. Çünki hər insanın fikrinə normal yanaşıram. 5 barmağın 5-i də bir deyil. Hamı məni sevə bilməz. Hər şey istədiyimiz kimi olsa, həyat mənasız olar. Allah məni belə yaradıb. Boyum, üz quruluşum, qaşqabaqlı olmağım Allah verdiyidir. Özündənrazı görünürəm, amma insanı tanımadan qərar vermək olmaz. Məndə də belə şey olub. Bir insandan xoşum gəlməyib, amma tanış olduqdan sonra elə düşündüyümə peşman olmuşam. Əvvəllər belə düşünənlər daha çox idi. İndi də var, lakin o qədər deyil. Gərək hər kəsi yaxından tanıyasan.

- Bu yaxınlarda sizinlə bağlı maraqlı bir şey olmuşdu. Fransada insanlar sizdən avtoqraf almaq üçün uzun bir növbə gözləyirdilər.

- Demək olar ki, bir çox ölkələrdə bu olur. Hər zaman insanlar avtoqraf almaq istəyirlər. İnsanın enerjisini alsalar da, heç kəsə "yox" demək istəmirəm. Allaha təşəkkür edirəm ki, milyonlarla insanın içindən məni seçib və çempionluqlar yaşamışam. Portuqaliya və Serbiyada yarışdan əvvəl 400-ə yaxın insanla şəkil çəkdirmişdim. Yalnız döyüşə çıxmağıma az qalmış insanlar yaxınlaşanda "yox" deyirəm. Bir çox ölkələrdə idman zallarında şəkillərim var. Maraqlısı odur ki, xarici ölkələrdə sıravi vətəndaşlar yol gedərkən mənə yaxınlaşıb şəkil çəkdirmək istəyiblər. Buna çox sevinirəm.

- "Adidas"la müqavilə imzalayan tək-tük idmançılarımızdansız. Adətən belə böyük şirkətlər xarici idmançılarla müqavilə imzalayır...

- 4 illik müqavilə imzalamışdıq. Ötən il müqaviləmiz bitmişdi. Elə bilmişdilər ki, karyeramı başa vururam (gülür). Həmin il Avropa çempionu oldum, dünya 3-cülüyünü qazandım. Müqaviləni daha 2 il müddətinə yenilədik. Artıq 6 ildir ki, birlikdəyik. Azərbaycanda səhv etmirəmsə, məndən başqa yalnız Hidayət Heydərovun onlarla müqaviləsi mövcuddur.

- Oğlunuz da sizin yolunuzu davam edəcək?

- O, mənim tək oğlumdur və onu çox istəyirəm. Elə bir insanam ki, hisslərimi biruzə verməkdə çətinlik çəkirəm. Hələ cəmi 2 yaş 6 aylıqdır. Mənim yolumu gedəcəyini indidən demək olmaz. Bütün valideynlər kimi əsas istəyim oğlumun xoşbəxt olmasıdır. Yəqin ki, 3 yaşından gimnastika ilə məşğul olmağa başlayacaq. 6 və ya 7 yaşından hansı idman növünə marağı olduğunu soruşacam. Əsas istəyim odur ki, oğlum futbolçu olsun. İtaliyanın "Yuventus" klubunda çıxış etməsini arzulayuram. Özümə futbolçu olmaq qismət olmayıb. Oğlumdan bunu görmək istəyərdim. Ümid edirəm ki, futbolu sevməsə, karate ilə məşğul olar. İstəyərəm ki, az da olsa, oğlum əziyyətlə böyüsün. Hər şeyi əldə etmək onun üçün asan olmasın. Çətin gün görsün.

- Valideynləriniz siz idmanla məşğul olarkən qarşı çıxmadılar?

- Mən orta məktəbi demək olar ki, oxumamışam. Lakin burdan mənə dəstək olan bütün müəllimlərimə təşəkkür edirəm. Çox dəcəl olmuşam. Yola veriblər, deyiblər ki, heç olmasa, 3 dərsdə otur sənə qiymət yazacağıq. Cəmi 2 fəndən özüm qiymət almışam. İki beşim olub, biri əmək, digəri bədən tərbiyəsi dərsindən.

- Son zamanlar ölkədə qadın zorakılığı müzakirə olunur. Xarici ölkələrdə bu cür hallarda tanınmış simalar qadınlara dəstək olur. Bizdə isə aktivlik görünmür...

- Fikrimcə, ehtiyacı olan, köməyi olan hər kəsə dəstək olmaq lazımdır. Lakin bunu reklam etmək lazım deyil. Heç kim bilmədiyi şeyi yazmasın, deməsin. Lakin vətəndaşlarımıza dəstək hər kəsin borcudur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1512   Tarix: 16 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal

Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7

04.09.2021 627
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126