Qadına zəhər verib öldürən cütlük: Qocanın dişlərini satıb narkotik aldılar, təsadüfən ələ keçdilər

Qadına zəhər verib öldürən cütlük: Qocanın dişlərini satıb narkotik aldılar, təsadüfən ələ keçdilərAtamın anası mənə o qədər zülm edirdi, döyürdü, alçaldırdı ki... Hətta bir dəfə başımı qırxmışdı. Məni ölməkdən betər eləmişdilər. Hər gün üzümə deyirdilər ki, dünyaya gəldiyin günə daş düşəydi... Mən də dözə bilmədim, bir gün bir dəst paltarımı götürdüm, 22 yaşında evdən getdim. Sonra bir adamla tanış oldum, o da məni həbsxanaya saldırdı.

Bunu Oxu.Az-ın müxbiri ilə söhbətində 4 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən 40 yaşlı Könül Məmmədova deyib.

Məhbus Məmmədova Könül Cabir qızı 1979-cu ildə Gəncə şəhərində anadan olub. Beş qardaşın bir bacısı olan qadın ailəsindən zülm gördüyünü, buna görə evi tərk edərək sərbəst həyata atıldığını deyib. Həyatda qarşısına çıxan insan isə onu uçurumun lap kənarına itələyib:

"Ailəm qız övladı istəməyib. Beş qardaşdan sonra dünyaya gəlmişəm. Əllərində olsa, məni öldürərdilər. Qardaşlarım həmişə məni döyüb, söyüb. Nəfəs almağa imkan verməyiblər. Anam da həmişə qardaşlarıma haqq qazandırıb.

Bir dəfə atamın anası məni möhkəm döydü. Qardaşım narkotik istifadəçisi olub, deyirdi ki, məni yaşamağa qoymayacaq. Mənə üz qarası olduğumu deyirdilər. Mənim üz qarası olduğumu bildirir, problem olaraq görürdülər.

Atamın anası mənim başımı qırxdı, buraxdı çölə. Atam rəhmətə gedib. Bilmirəm, bəlkə, sağ olsaydı, məni qoruyardı. Anama yalvarırdım ki, qardaşlarımın qarşısında məni qorusun. O da deyirdi ki, mən onlara heç nə deyə bilmərəm. Daha dözə bilmədim və 22 yaşımda evdən qaçıb Bakıya gəldim".

Bakıda şirniyyat və çörək sexlərində çalışan K.Məmmədovanı iş yoldaşı Rasim adlı bir kişi ilə tanış edib. Elə hər şey də bundan sonra başlayıb:

"Rəfiqəm məni "Əzizbəyov" metrostansiyasının (indiki "Koroğlu" metrostansiyası - red.) yanında Rasimlə tanış elədi. O, bir dəfə ailəli olub boşanmışdı. 2013-cü ilin dekabr ayında onunla tanış oldum və həyatımın qara günləri başladı. Mən heç bilmirdim ki, o, daha əvvəl həbsdə olub, narkoman olub. Biz onunla Siyarə Abdullayeva adlı yaşlı qadının evində kirayədə qalırdıq. Mənə zülm edirdi. Elə olurdu, iki gün gəlmirdi.

Biz onunla nikahsız da olsaq, ailə kimi yaşayırdıq, yaxın münasibətdə olurduq. Mən ona güvənirdim. Nə deyirdisə, çalışırdım, əməl edim. Qapını üzümə bağlayıb gedirdi. Bir müddət o qədər narahat oldum ki, ondan uzaqlaşmaq istədim. O qədər qorxurdum ki, bir dəfə evdən qaçmışdım. Avtovağzalda tapdı, polislərə də dedi ki, evdən pul oğurlayıb. Mənə dedi ki, bir də belə eləsə, bu qədər ucuz qurtulmayacam".

Məhkum deyir ki, Rasim qadının qızıl dişlərini götürmək istəyəndə ona mane olmağa çalışdığı üçün döyülüb:

"Yaşadığım insanla onun qonşusunun evində kirayə qalırdıq. Rasimin narkoman olduğunu çox sonra bildim. Arvad xəstə idi, mən də həm onunla həmin evdə qalırdım, həm də arvada baxırdım. Yaşadığım adam arvadın qızıl dişlərini aparıb satmaq istəyirdi. Ona dedim ki, yaşlı qadındır, eləmə. O sözlərimə görə məni döydü. Sən demə, bundan əvvəl də qadından telefonunu, pullarını alıbmış. Heç bir dediyimi eşitmədi, dişləri götürüb evdən çıxdı. Qadın çox ağladı. Mənə də dedi ki, sən bu kişinin yanında məhv olacaqsan, qaç.

Arvad da ona hədə-qorxu gəlmişdi ki, səni polisə verəcəm, tutduracam. Mən məktəb oxumamışam, savadsızam. Öz adımı belə yaza bilmirəm. Məni aldatdı, mən isə onun məqsədini başa düşmədim. Elə bildim, məni sevir. Bir neçə gün sonra Rasim mənə üç dənə həb verdi - biri uzun, biri yumru, biri də yastı. Soruşdum ki, nə dərmanlarıdır. Dedi, yaşlı qadındır, şəkər, ürək və təzyiq üçündür, sən bunları ver, içsin. Mən də inandım, verdim. Dedi, birinci şəkər dərmanını ver. Aradan bir 10 dəqiqə keçdi, mən həyətdə paltar yuyurdum.

Yuxarı qalxanda gördüm ki, arvad ölüb. Zəng elədim Rasimə, dedim ki, tez gəl, arvad ölüb. Gəldi, mənə bir neçə sənəd imzalatdılar, dedilər ki, bunlar sənin xeyrinədir. Mən orda nə yazıldığını bilmirdim. Sonra dedi ki, ölüb-ölüb, bunun mənə dəxli yoxdur. Gəldi, paltarlarını götürdü, çıxıb getdi.

Sən demə, evdən çıxan kimi polisə zəng vurub ki, filan ünvanda adam ölüb, yanında da filankəs var. Polislər gəldi. Məni bölməyə, arvadı da morqa apardılar. Həmin sənədlərdə nə yazıldığını bir də Ağır Cinayətlər Məhkəməsində hakim mənim imzaladığım kağızı oxuyan zaman bildim.

Yazılmışdı ki, guya mən arvadı boğmuşam. Sonra mənə dedilər ki, göstər, görək, arvad harda uzanmışdı, necə yaxınlaşdın, necə oldu? Mən də həmişə arvadın uzandığı yeri göstərdim. Amma sən demə, mən imza atmaqla həmin cinayəti öz boynuma götürmüşəm".

Məhkum qadın deyir ki, Rasimlə onun rəfiqəsi əlbir olub və bütün cinayətin onun üzərində qalması üçün plan qurublar:

"Rəfiqə bildiyim qız mənim həyatımı məhv etdi"

"Mən bölmədən çıxandan sonra rəfiqəmin yanına gedib, hər şeyi ona danışdım. O da mənə dedi ki, ən yaxşıs, get, polisə hər şeyi etiraf elə. Mən də gedib hər şeyi etiraf elədim, danışdım. Məndən soruşdular ki, niyə əvvəl demirdin bunları? Mən də izah etdim ki, qorxurdum, məni ölümlə, başımı kəsəcəyi ilə hədələyirdi.

Çox sonra bildim ki, Rasimlə mənim rəfiqəm əlbir imiş. Rasim ona tapşırıb ki, Könül bura gəlsə, onu məcbur elə, hər şeyi etiraf etsin. Mən, sadəcə, arvada dərman vermişdim və niyyətim də onu öldürmək deyildi. Mənə şəkər dərmanı olduğunu demişdi. Qızıl dişi, pulları apardı, hər şeyi o elədi. Sonra cinayət mənim üzərimdə qaldı.

Rəfiqə dediyim qız mənim həyatımı məhv etdi. Hadisə yerində şəkillərimi çəkdilər, dedilər ki, sənin xeyrinədir, amma hər şey əksinə oldu. İndi o da həbsdədir. Mənə 15 il cəza kəsdilər. O, beş il sonra, mən isə 9 il 2 ay sonra azadlığa çıxacam. Bütün ömrüm burada çürüyür".

Könül Məmmədova deyir ki, etdiklərindən çox peşmandır:

"Mən savadsızlığın bəlasına düşdüm. Kaş o dərmanı ona verməyəydim. Ailəmin günahıdır ki, mən bu zülmdəyəm. 2014-cü ildən, 5 il 5 aydır həbsdəyəm, bir nəfər də olsa, yanıma gəlməyib. Qardaşlarım qoymur ki, anam görüşümə gəlsin. 2028-ci ildə cəza müddətim bitir. Həbsdən çıxanda 48 yaşım olacaq. Tək istədiyim bir balaca ev tapıb, yaşamaqdır.

O ailəni mən bundan sonra heç görmək, bilmək istəmirəm. Mənim kimi insanlar var, yoxsa yoxdur, bilmirəm. Amma yazıb-oxumağı bilməmək məni bu günə saldı. Əgər oxumağı bilsəydim, dərmanın üzərində yazılanı oxuyardım və heç vaxt o qadına onu verməzdim. Ailəmi heç vaxt bağışlamayacam. Çox peşmanam, amma bundan sonra heç nəyi dəyişə bilmərəm. Odur ki, istəmərəm ki, mənim yaşadıqlarımı kimsə yaşasın".

K.Məmmədova dörd aylıq övladını da döyülərkən pilləkənlərdən yıxıldığı üçün itirdiyini deyir. Həyata tutunmaq üçün övladına sarılacağını düşünən qadın ondan da öz cahilliyi ucbatından məhrum olduğunu dilə gətirib.

Bütün bunlar məhbusun öz dilindən danışdığı həyat hekayəsidir.

Lakin onun məhkəmə işində hadisələr bir qədər fərqli göstərilib. Məlumata görə qətlin üstü təsadüfən açılıb.

Belə ki, Kürdəmir rayonu Şilyan kəndinin ərazisində rayon sakinləri Cabir Əhmədov, Ayaz Cəfərov və Gəncə şəhər sakini Könül Məmmədova ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə Kürdəmir Rayon Polis Şöbəsinə gətiriliblər.

Araşdırma zamanı K.Məmmədova 2014-cü il yanvar ayının 11-də tanışı Rasim Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən oğurluq etmələrini etiraf edib.

K.Məmmədova sonrakı araşdırmalar üçün Ucar Rayon Polis Şöbəsinə təhvil verilib.

Ucar Rayon Polis Şöbəsində K.Məmmədovanın tanışı R.Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən üzərində 15 qızıl diş olan protezi və təqaüd kartını oğurlamaları, yanvar ayının 17-də K.Məmmədovanın cinayəti gizlətmək üçün S.Abdullayevanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.

Məlum olub ki, qətli törədən Könül Məmmədova əvvəllər Siyarə Abdullayevanın evində kirayənişin olub. Yataq xəstəsi olan S.Abdullayevanın evində kirayə qalan zaman onun qızıl dişləri olan protezi K.Məmmədovanın diqqətini cəlb edib.

Ona görə də bu barədə tanışları olan Cabir Əhmədov və Ayaz Cəfərova danışıb. Plan hazırlayan dəstə üzvləri S.Abdullayevanın evinə giriblər. Protezləri oğurlayan zaman qadın Könülü tanıyıb. Ona görə də izi itirmək məqsədilə S.Abdullayevanı boğaraq öldürüblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 780   Tarix: 16 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər. Bəs kişilər niyə tez ölür?. Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda

16:06 129
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

14:00 454
.

Milli Məclis Mehriban Əliyevanı təbrik edib

Milli Məclis Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, müvafiq təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib. Deputatlar sədri

11:26 314
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

06.05.2024 468
.

"Nigar Arpadarai tapılmır" - Seçicilər

29 saylı Səbail Seçki Dairəsindən Milli Məclisin üzvü seçilən Nigar Arpadarai seçiciləri ilə ünsiyyətdən yayınır. Bu barədə -ya müraciət edən Səbail Rayonunda yaşayan bir qrup sakin bildirib. Aralarında 44 Günlük Vətən Müharibəsinin iştirakçısı olan sakinlər deyir ki,müxtəlif problemlərinin həlli il

10:58 548
.

Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO

Müğənni Nadir Qafarzadə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər bildirilib. Qeyd edilib ki, sənətçi səhhətində problem yarandığından hazırda xəstəxanadadır və onun təzyiqi dünən 190-dan çox olub. Sənətçi ilə canlı bağlatı yaradılacaq

14:57 287
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 276
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Baləli ilə duet oxumağı ilə bağlı sualları cavablandırıb. BİG.AZ xəbər verir ki, o, Baləlini tanımadığını amma təklif gəlsə duet oxuya biləcəklərini bildirib. Müğənni qeyd edib ki, yaxşı səsi olub, gözəl əsərlər bəstələyən hər kəslə duet oxuya bilərəm

15:39 144
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

10:45 496