Gənc müəllim tələbə qızın qaçırılmasına etiraz etdi, təhqir olundu - VİDEO - FOTO

Gənc müəllim tələbə qızın qaçırılmasına etiraz etdi, təhqir olundu - VİDEO - FOTOGürcüstanın azərbaycanlılar yaşadığı Qardabani rayonunun Kalinino kəndində təhsil almaq istəyən qızların zorla qaçırılmasına etiraz edən gənc müəllim üzr istəməyə məcbur edilib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Həmid Sadıx adlı müəllim Feysbuk-da status yazaraq Təzəkənd kəndində dərs dediyi və bu il ali məktəbə qəbul olan qız şagirdinin avtobus dayanacağından zorla qaçırıldığını deyib:

"Vaxtilə dərs dediyim şagirdlərimdən birini zorla qaçırıblar. Bu gün universitetə ilk addımını atacaqdı, dayanacaqdan qaçırıblar. Bax belə murdar, əclaf adamlardan ibarətdir bizim icma. İndi ağsaqqallar düşəcək ortaya ki, barışın getsin".

Bundan sonra gənc müəllimə təzyiqlər başlayıb və kənd əhalisi bir yerə toplaşaraq Həmid Sadıxı da camaatın içərisinə gətiriblər. Orada gənclər onu döyməklə hədələyiblər. Gürcüstan televiziyasının hazırladığı reportajda görünür ki, cavan oğlanlar Həmid Sadıxın üzərinə hücum etmək istəyəndə kənardan "döymə" çağırışları eşidilir.

Burada kişilər gənc müəllimi onlardan üzr istəməyə məcbur ediblər və bunu videoya çəkərək sosial şəbəkələrdə yayımlayıblar. Bundan sonra isə vətəndaşlar müəllim Həmid Sadıxın müdafiəsi, gənc qızların zorla ərə verilməsinə etiraz üçün kampaniya başladıblar.

Gənclər #MənHəmidəm #MüəlliməToxunma həştəqləri ilə paylaşımlar etməyə başlayıblar. Həmid Sadıx daha sonra paylaşım edərək ümumi kənd əhalisini yox, zorakılığı, zorakılığa bəraət verənləri və vermək istəyən şəxləri təhqir etdiyini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1421   Tarix: 15 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı dünyanın "İdman Paytaxtı" seçilib - FOTO

Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. xəbər verir ki, bu gün beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin namizədliyinin təsdiqləndiyi bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi

06.05.2024 240
.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. report-a istinadən xəbər verir ki, onlardan biri - Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Qayımov Elşad Şiri

06.05.2024 430
.

""Luxe Home" tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"

"2014-cü ildən "Luxe Home" tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığınd

06.05.2024 357
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

06.05.2024 160
.

Yerlə bağlı XƏBƏRDARLIQ - 15-16 saat ərzində...

Yerdə qeomaqnit qasırğası başlayıb. xəbər verir ki, qeomatnit qasırğası orta həddən zəifə doğru dəyişəcək. Təbiət hadisəsi minimum 15-16 saat davam edəcək. Meteoroloq Mixail Leus qeyd edib ki, qeomatnit qasırğası zəifləsə belə meteohəssas insanlar üçün təsir gücünü itirməyəcək. Onlarda təzyiqin oynamas

06.05.2024 469
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

06.05.2024 233
.

Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də mətbuat konfransı keçirəcək. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Konfransın saat 12:00-da baş tutacağı qeyd edilib

06.05.2024 128
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

06.05.2024 141
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

06.05.2024 445