Orduxanın dəstəsindəki "xüsusi təyinatlılar" – bacısı oğlunun üzünə niyə maska keçirdi...

Orduxanın dəstəsindəki "xüsusi təyinatlılar" – bacısı oğlunun üzünə niyə maska keçirdi...Hollandiyada yaşayan azərbaycanlı blogger Orduxan Temirxanın dəstəsində son vaxtlar maraqlı personalar görünməyə başlayıb. Onun keçirdiyi aksiyalarda zatən iştirakçılar az olur. Bunun səbəblərindən biri söyüşlə, təhqirlə zəngin çıxışlarının özünütəkrardan başqa bir şey olmadığıdı. İntellektdən, savaddan kənar bir adam illərdir bir neçə ifadəni, cümləni əzbərləyərək təkrar edir. Ona görə də Orduxanın bu tip çıxışları "tərəfdarlarını" bezdirib. Heç şübhəsiz, bu cür primitiv çıxışlar, hazırladığı bayağı videolar başqa izləyicilərin də marağını çəkmir. Yəqin bu səbəbdən də Orduxanın izlənmə sayı getdikcə aşağı düşür.

O.Temirxanın aksiyalarına qoşulanların sayının az olmasının bir başqa səbəbi də onun bu yalançı qəhrəmanlığına verilən təpkidi. Xaricdə yaşayan soydaşlarımız artıq başa düşürlər ki, xarici ölkədə yaşayıb, dövlətinə qarşı çıxmaq insana heç də başucalığı gətirən əməl deyil. Həmçinin insanlar anlayırlar ki, ölkə rəhbərliyinə bu cür ağır ifadələr ünvanlayan birinin yanında görünmək kiməsə yaxşı bir şey vəd etmir.Orduxanın dəstəsindəki "xüsusi təyinatlılar" – bacısı oğlunun üzünə niyə maska keçirdi...Buna baxmayaraq, Orduxan aksiyalara qoşulmaq üçün çağırışlar edir. Gəlməyənləri, yaxud gələndə üzünü gizlətmək istəyənləri yamanlayır. Orduxan Temirxan video-çarxlarında, sosial şəbəkə üzərindən etdiyi canlı yayınlarda kişilikdən, dürüstlükdən danışır. Amma Tural Əliyev ad-soyadlı bacısı oğlunun üzünü gizlətməsindən niyə bəhs etmir? Məsələ özünə gəldikdə mərdlik, dürüstlük unudulur deyəsən.

Belə çıxır, Tural Əliyevin təhlükəsizliyi Orduxan üçün çox vacibdi, amma ətrafındakı digər şəxslərin yox. Yəqin onlar Orduxanın yaxın qohumları olmadıqları üçün bu cür himayə edilmirlər.

Xatırladaq ki, bacısı oğlu üzünə maska taxaraq, onun aksiyalarına qoşulduğu günə kimi Orduxan belə imkanı heç kimə verməmişdi. Hətta o, bəzi mühacirləri bu istəyinə görə ağır tənqid etmiş, onları cəsarətli olmağa səsləmiş və üzünü gizlədənlərə öz ətrafında yer olmadığını söyləmişdi. Lakin məsələ bacıoğluna gəldikdə, kişiliyə, dürüstlüyə yanaşma tərzi də dəyişir...
Orduxanın dəstəsindəki "xüsusi təyinatlılar" – bacısı oğlunun üzünə niyə maska keçirdi...Musavat.com-un əldə etdiyi bilgiyə görə, Tural maska taxaraq, dayısının aksiyalarına qatıldıqdan sonra, Orduxan bəzi mühacirlərin də eyni üsulla onun aksiyalarında iştirakına göz yummaq məcburiyyətində qalıb. Son videolarda bu cür maskalı şəxsləri görmək mümkündür. Bu, eyni zamanda Orduxana bacısı oğlunu həmin maskalı şəxslərin içərisində "gizlətməyə" imkan verir.

Orduxan Turalın xaricdə oturum almasını da xüsusi taktika ilə həll etməyə çalışır, necə ki, hazırkı durumda ona aksiyalarda tanınmaması üçün üzünü örtməsini öyrətmişdi...

Musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3208   Tarix: 13 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 173
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 152
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

10:30 31
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

10:52 0
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

04.05.2024 246
.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

04.05.2024 236
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 196
.

Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanun

04.05.2024 181
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 230