Azərbaycanlı gənc Vyana Konservatoriyasına qəbul olundu

Azərbaycanlı gənc Vyana Konservatoriyasına qəbul olunduBakı Şəhər Mədəniyyət Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Avstriyanın F.Şubert adına Vyana Konservatoriyasına daxil olaraq böyük uğura imza atıb.

BiG.AZ Modern.az-a istinadən xəbər verir ki, dünyanın muxtəlif ölkələrindən onlarla abuturiyentin iştirak etdiyi qəbul imtahanlarında o, öz ifası ilə imtahan komissiyası üzvlərini valeh edib, onlar tərəfindən yüksək təhsil bazasına və istedada malik olduğu vurğulanıb. F.Şubert adına Vyana Konservatoriyasında 2019-cu il üçün fortepiano ixtisası üzrə ayrılan 5 yerdən 4-nə kitay, 1-nə azərbaycanlı tələbə qəbul olunub. A.Məmmədli bu təhsil ocağına MDB məkanı və Qafqaz regionundan qəbul olan yeganə tələbədir.

Bu münasibətlə Baş İdarənin rəisi Cəlil Məlikov Ayan Məmmədli ilə görüş keçirib. Onu əldə etdiyi uğura görə təbrik edib və bu konservatoriyada təhsil alacaq ilk azərbaycanlı tələbə olduğunu nəzərə alaraq dövlət tərəfindən təhsilinə dəstək veriləcəyini bildirib.

Uzun illər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində, respublikanın Əməkdar müəllimi Nazilə Yaqubovanın sinifində təhsil alan Ayan Məmmədlinin dəfələrlə respublikamızda və Estoniya, İtaliya, Malta, Rusiya, İngiltərə, Yaponiya, Niderland, Danimarka kimi ölkələrdə beynəlxalq müsabiqələrdə iştirak edərək qalib olması, hətta 2015-ci ildə Avstriyanın Zaltsburq şəhərində V.A.Motsart adına Beynəlxalq Pianoçular Müsabiqəsində "Qran Pri" mükafatına layiq görülməsi və digər nailiyyətlərinin bu uğurunda böyük rolu olub.

Ayan Məmmədli orta məktəbdə təhsil aldığı zaman öz çalışqanlığı ilə hərzaman seçilib. O, Bakı Atatürk Liseyini qırmızı diplomla bitirib, T.Quliyev adına onbirillik musiqi məktəbində isə fortepiano ixtisası üzrə ilk beynəlxalq müsabiqələr laureatıdır. Məktəbin çoxsaylı tədbirləri ilə yanaşı o, dünya ölkələri ombudsmanlarının Bakı görüşünə həsr olunmuş konsert, VII Qlobal Forum və.s kimi dövlət tədbirlərində iştirak edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 688   Tarix: 10 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 214
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 236
.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

14:14 176
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 289
.

Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının bir neçə deputatı mayın 2-də bələdiyyə, yerli və regional hakimiyyət orqanlarına seçkilər keçirildikdən sonra Baş nazir Rişi Sunakı vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Financial Times" nəşr

28.04.2024 272
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 204
.

5 gün əvvəl azadlığa çıxmışdı - Yenidən həbs edildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyevlə birgə həbs edilən, ötən həftə isə polis nəzarəti şərti ilə azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini əsaslı hesab edib. Qərar

13:59 248
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

11:05 267
.

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurub. BİG.AZ xəbər verir ki, bu barədə İranın dəstəklədiyi Livan Hizbullah açıqlama verib. Açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib. Qeyd edilib ki, bombardman İsrailin Livanın cənubundak

10:10 155