"Məcburi köçkünlər üçün tikilən bəzi qəsəbələr istifadəyə hazırdır"

"Məcburi köçkünlər üçün tikilən bəzi qəsəbələr istifadəyə hazırdır"

Bu ilin sonuna qədər Dövlət Komitəsi tərəfindən 3700-dən çox məcburi köçkün ailəsi üçün mənzillər tikilib təhvil veriləcək.

BiG.AZ xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məcburi köçkünlər üçün tikilən bəzi qəsəbələr istifadəyə hazırdır, bəzilərində isə son tamamlanma işləri aparılır:

"Şirvan şəhərində 685 ailəlik qəsəbə, Beyləqan rayonunda 146 ailəlik fərdi ev tikilib və artıq məcburi köçkünlərə təhvil verilir. Orada yaşayış var. Göyçay rayonunda bir bina təhvil verilməyə hazırdır. Həmçinin, Göygöl və Ucar rayonlarında qəsəbələr tikilir. Kürdəmirdə isə 560 ailəlik qəsəbə yaxın günlərdə təhvil veriləcək".

"İki gün öncə Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınan “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib. Orada 1300 ailə məskunlaşdırılacaq. Həmin mənzillərdə özəl sektor tərəfindən mətbəx mebelləri qoyulur. Soyuducalar hədiyyə olunur. Yəni özəl sektor tərəfindən inşa edilən mənzillərdə qayda belədir. Dövlət Komitəsi tərəfindən isə tikilən mənzillərə mətbəx avadanlıqları verilir. Hazırda bu istiqamətdə püşkatma mərhələsinə başlanılıb. Mənzillər isə ailə sayına uyğun olaraq bölüşdürülür".

Dövlət Komitəsinin sədri 2020-ci ildə görüləcək işlərdən danışıb: "Gələn il üçün təkliflərimiz hazırlanıb. Harada nə tikiləcəksə bu barədə müvafiq işlər görüləcək. Hələ ki, bununla bağlı ali rəhbərliyə məruzə olunacaq. Büdcəyə uyğun olaraq tikinti işlərinə başlanılacaq".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 527 Tarix: 10.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər