Təhsil naziri 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində çıxış etdi - VİDEO

Təhsil naziri 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində çıxış etdi - VİDEOBu gün Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi öz işinə başlayıb.

BiG.AZ-ın verdiyi məlumata əsasən, Təhsil naziri Ceyhun Bayramov tədbirdə çıxış edərək sərginin əhəmiyyətindən danışıb.

Sərgiyə dünyanın 22 ölkəsindən 150-dək iştirakçı qatılıb.

Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunur. İştirakçılara "Rəqəmsal bacarıqlar", "Peşə Təhsili üzrə Dövlət Agentliyi", "Univerium" yataqxanası, "Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi", "Escape room", "Məktəbdənkənar fəaliyyət", "Təhsil Texnologiyalar Mərkəzi", "Gənc Müəllimlər Assosiasiyası", "Bir Tələbə-Könüllü proqramı", SABAH qrupları ilə bağlı stendlər və "Təhsil TV" Media Mərkəzi təqdim olunur.

Sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və digər ali təhsil müəssisələri iştirak edir.

Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

Üç gün davam edəcək sərgi barədə ətraflı məlumatı və elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür.

Sərgiyə giriş 9-11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri, eləcə də təhsil sektorunun peşəkarları üçün açıqdır.

Qeyd edək ki, təhsil sərgisi ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir.

Sərginin baş sponsoru "Kapital Bank"dır. Sərgi Təhsil Nazirliyi, eləcə də Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" şirkəti çıxış edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 477   Tarix: 10 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər. Bəs kişilər niyə tez ölür?. Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda

16:06 149
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 296
.

Sumqayıt sakini itkin düşüb

Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır

06.05.2024 470
.

Milli Məclis Mehriban Əliyevanı təbrik edib

Milli Məclis Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, müvafiq təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib. Deputatlar sədri

11:26 315
.

Bakıda oteldə zəhərlənərək ölən vəzifəli şəxslərlə bağlı QORXUNC İDDİA

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib. -a istinadla xəbər verir ki, oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. -ın əldə etdiyi məlumat

15:10 586
.

Rusiyada zəlzələ olub

Rusiyanın Kamçatka sahillərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,6 bal gücündə baş verib. Bu barədə Rusiya Geofizika Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Sakit okeanın Nikolskoye kəndindən 68 km aralıda, 61 km dərinlikdə yerləşib

14:02 38
.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır" - Simonyan

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi çox tez başa çatdırılmalıdır". xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda keçiriləcək görüşünə toxunaraq deyib. "Ümid ediri

06.05.2024 316
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Baləli ilə duet oxumağı ilə bağlı sualları cavablandırıb. BİG.AZ xəbər verir ki, o, Baləlini tanımadığını amma təklif gəlsə duet oxuya biləcəklərini bildirib. Müğənni qeyd edib ki, yaxşı səsi olub, gözəl əsərlər bəstələyən hər kəslə duet oxuya bilərəm

15:39 158
.

Sabah da yağış yağacaq

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayi

14:11 198