Prezidentlə xanımını toya dəvət edən şəhid ailəsi: "Bizə qonaq gələcəklərini bilmirdik"

Prezidentlə xanımını toya dəvət edən şəhid ailəsi: "Bizə qonaq gələcəklərini bilmirdik"Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksinin açılışında iştirak ediblər. Açılışdan sonra ölkə başçısı xanımı ilə birlikdə Xocalı rayonundan olan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın evində qonaq olub.

Səmimi söhbət zamanı şəhid ailəsi Prezident və Birinci xanımı oğlunun toy məclisinə dəvət edib. Ölkə başçısı məmnuniyyətlə toyda iştirak edəcəklərini bildirib.

Şəhid xanımı Fəridə Cabbarova Azvision.az -a açıqlamasında bildirib ki, Prezidentin onun evinə gələcəyindən xəbərsiz olub və son anda məlumat alıb.

İki oğul anası olan F.Cabbarova bundan əvvəl Lökbatan qəsəbəsində yerləşən qəzalı binada yaşayıb: "Bilirdim ki, mənə şəhid ailəsi, eləcə də məcburi köçkün ailəsi kimi ev verəcəklər. Ancaq dünən "Qobu Park-2" yaşayış kompleksinin ilk sakini olacağımı, Prezident və xanımının bizə qonaq gələcəyini bilmirdim. Bizim üçün sürpriz oldu".

F. Cabbarova, həmçinin ölkə başçısını və xanımını oğlunun toyuna dəvət etməsindən danışıb. O, hələ toyun vaxtının bəlli olmadığını deyib.

"Cənab prezident söhbət zamanı məcburi köçkünlərin "çörək pulu" xərclərinin 50 faiz artırılmasından danışdı. Bundan əlavə, şəhid, məcburi köçkün ailələrinə dövlətin qayğısından söz açdı. Bizim ailənin çətinlikləri ilə maraqlandı. Bir süfrə arxasında çay içdik. Kədərli çıxışım onları da kövrəltdi. Böyük bir mükafatın, səmimiyyətin qarşısında başqa bir istəyim yox idi. Ani olaraq ağlıma gəldi ki, Prezidentimizi və Mehriban xanımı kiçik oğlum Nicatın toyuna dəvət edim. Oğlumun 29 yaşı var, mənzil probleminə görə onu evləndirə bilmirdim. Dedim ki, ev məsələmiz də düzəldi, bu yaxınlarda kiçik oğlum Nicata toy edəcəyik. Arzu edərdim ki, xeyir-duasını dövlət başçısı versin, çünki oğlumun atası yoxdur. Toyun vaxtı bəlli deyil. Toyumuz nə vaxt olacaqsa, iştirak edəcəklər. Mütləq onları dəvət edəcəyəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2498   Tarix: 09 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459