"Johnson & Johnson" şirkəti əks təsirə görə 8 milyard dollar cərimə olundu

"Johnson & Johnson" şirkəti əks təsirə görə 8 milyard dollar cərimə olundu

"Johnson & Johnson" şirkətinin şizofreniya əleyhinə dərmanı süd vəzisi toxumlarının böyüməsinə səbəb olub.

BiG.AZ-ın vesti.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Wall Street Journal" yazır.

Belə ki, Merilend sakini Nikolas Mürrey "Johnson & Johnson" şirkətini "Risperdal" antipsixoz preparatının əks təsiri haqqında lazımi xəbərdarlıq etmədiyi üçün məhkəməyə verib.

İddiaçının sözlərinə əsasəni, o, uşaqlıqda (2003-dən 2008-ci ilə qədər) şizofreniya və ikiqütblü pozğunluğun müalicəsi üçün nəzərdə tutulan dərmandan istifadə edib. Preparatın əks təsiri nəticəsində onun süd vəzisi toxumları böyüyüb.

İddiaçı, şirkəti risklər haqqında bildiyi halda həkimləri yetərincə məlumatlandırmamaqda ittiham edir.

Nəşr qeyd edir ki, daha öncə, 2015-ci ildə bu məsələylə bağlı çıxarılan məhkəmə qərarına əsasən, şirkət 1,75 milyon dollar təzminat ödəməli olub. Daha sonra bu məbləğ 680 min dollaradək azaltdılıb. Lakin iddiaçı apellyasiya şikayəti verib.

Hazırda Filadelfiya məhkəməsi Mürreyin xeyrinə qərar çıxararaq "Johnson & Johnson" şirkətini 8 milyard dollar ödəməyə məcbur edir.

"Johnson & Johnson" məhkəmə qərarıyla razı deyil və şikayət edərək "bu əsassız hökmü ləğv etmək" niyyətindədir.

Natəvan Baxşiyeva

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 221 Tarix: 09.10.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər