Ölmüş heyvanlardan 2 manatlıq sosiska hazırlayırlar? – VİDEO

Ölmüş heyvanlardan 2 manatlıq sosiska hazırlayırlar? – VİDEOHazırda mal-qoyun ətinin kiloqramı 10-12 manat, toyuğun kiloqramı 4-5 manatdır. Bazarlarda və bəzi marketlərdə isə 2-3 manata sosiska satılır. Bu səbəbdən də, ucuz qiymətə satılan sosiskaların nədən hazırlanması sual yaradır.

ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: "İçi nədir bilinmir. Allah bilir mənşəyi nədir o ətin. 2 manata sosiska olar? Yaxşısı budur normal qiymət olsun, amma keyfiyyəti də olsun".

Sakin: "Görünür xərc az çəkirlər və az qiymət qoyurlar. Xərc az çəkilirsə, deməli keyfiyyətli ət deyil".

Əksəriyyət hesab edir ki, rayonlardan ölmüş, xəstə heyvanlar paytaxta gətirilərək kolbasa və sosiska istehsal edən müəssisələrə verilir. Nəticədə bu gün bəzi marketlərdə ucuz qiymətə kolbasa və sosiskalar satılır.

Yusif Abbasov – Texnoloq: "3-2 manata hazırlanan kolbasa və sosiskanın mənbəyi məlum deyil. Yəni, hansı ətdən vurulub, necə vurulub, ət haradan alınıb, harada kəsilib və s. Tərkibindəki ətin qiyməti daha aşağı olmalıdır ki, bu 3 manata satsın".

Bəzi kolbasa və sosiskalara maya dəyərinin ucuz olması üçün müxtəlif kimyəvi maddələrin vurulması barədə iddialar da var. Həmin kimyəvi maddələr məhsulların ömrünü artırır.

İsa Əliyev – Qida mühəndisi: "Demək olar ki, içində çox az bir miqdar ətdən istifadə edirlər. Hətta o ətin özünün keyfiyyəti belə şübhə altındadır, sual altındadır və çox ucuz qiymətə məhsul ortaya çıxır".

Əkbər Əliyev – AQTA-nin Bakı Regional bölməsinin rəisi: "Elə olur ki, üzərinə yazırlar ki, qoyun quyruğu, amma faktiki məhsulun içində qoyun quyruğu yoxdur. Ümumiyətlə qoyun əti yoxdur, mal əti yoxdur. Yalnız toyuq ətindən istifadə olunur".

Marketlərdə ucuz qiymətə satılan həmin o sosiskaların istehsal edildiyi müəssisələrdən birinin qarşısındayıq. Çəkiliş etmək və istehsal prosesi ilə yaxından maraqlanmaq istəyirik. Görək necə olur ki, həmin sosiskalar belə ucuz qiymətə satılır.

Müəsssisənin texnoloqu Samir İsayev deyir ki, ölkə bazarında təklif olunan sosiskaların əksəriyyəti toyuq ətindən hazırlanır. Ucuzluğun əsas faktoru da budur.

Samir İsayev – Texnoloq: "Toyuq ətinin hazırda bazardan sümükdən ayrılmış vəziyyətdə 3 manat civarənda tapmaq olur. hətta çəkilmiş hissələrini 1.80-2 manat civarında marketlərdə də görə bilərsiniz farş halında çəkiliş satılır".

İstehsalçı şirkət sosiskaların marketlərdə ucuz olmasını həm də endirimlə əlaqələndirir. Əvvəldən müəyyən edilmiş plana uyğun olaraq, məhsulun qiyməti maya dəyərindən də aşağı salınır. Bu da müəssisələrin reklam siyasəti ilə bağldır.

Samir İsayev – Texnoloq: "Marketlərlə işbirliyimiz nəticəsində belə qərara gəlinir ki, ucuz qiymətə satılsın. Müştəriləri toplamaq üçün, müştəriləri cəlb etmək üçün marketlərin də bizdən istəkləri olur və onlar da öz növbəsində onu çox baha satmayacaqlarına söz verirlər".

İstənilən halda, mütəxəssislər istehlakçıları müxtəlif qida məhsulları alarkən, diqqətli olmağa, uzun qiymətə aldanmamağa çağırır.

Əkbər Əliyev – AQTA-nin Bakı Regional bölməsinin rəisi: "Xüsusilə məhsulların markalanmasına diqqət yetirməlidilər. Əgər həmin məhsulların üzərində onun istehsalçısı, tərkibi haqqında dəqiq məlumat yoxdursa, şübhələnirlərsə bu cür məhsulları alınmamalıdılar".

Əgər vətəndaşların məhsulların tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat vermələri tövsiyyə olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1241   Tarix: 07 oktyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kral ailəsində növbəti addım: Endryu malikanəni tərk etməlidir

İngiltərə kralının kiçik qardaşı, keçmiş şahzadə Endryu Vindzor qəsri yaxınlığındakı malikanəsindən çıxarılacaq və Sandrinqemdə yerləşən kral mülkündəki bağ evinə köçməyə məcbur ediləcək. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, Kral II Çarl

11:49 173
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

16:01 174
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

15:10 212
.

Süni intellektli çatbot qətldə ittiham olunur

ABŞ-da süni intellektlə işləyən çatbot ilk dəfə bir insanın qətlində dolayı yolla iştirak etməkdə ittiham olunub. xarici mediaya istinadən xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb. Məlumata görə, 56 yaşlı Stein-Erik Selberg 83 yaşlı anası Syuzan Adamsı öldürdükdən sonra intihar edib. İstinta

10:53 172
.

Avropa Rusiyaya xəbərdarlıq etdi

Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə

16:10 177
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

14:04 245
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

19:45 65
.

Müqayisə ilə böyüyən uşaqlar: valideyn sevgisinin səssiz sınağı - PSİXOLOQDAN AÇIQLAMA

Valideynin öz övladını başqasının uşağı ilə müqayisə etməsi cəmiyyətimizdə çox vaxt "motivasiya" adı altında təqdim olunur. Halbuki bu cür müqayisələr uşağın inkişafına təkan verməkdən çox, onun özünə inamını sarsıdır, daxili dünyasında səssiz bir mübarizə yaradır. "Bax, filankəsin uşağ

16:29 207
.

Ölkəmizdə humanizmin növbəti təntənəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri xalqımızın özünə inamını, güvənini daha da artırıb, eyni zamanda Azərbaycan dövlətçiliyini xeyli gücləndirib. Parlaq zəfərimizin beşinci ildönümünü "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz qürurlu bir mərhələdə Preziden

10:35 217
.

TOP MP3