Bazarlarda piştaxtaları payızlıq meyvələr bəzəyir - QİYMƏTLƏR - VİDEO

Bazarlarda piştaxtaları payızlıq meyvələr bəzəyir - QİYMƏTLƏR - VİDEO
Bir müddətdir ki, bazarlarda payızlıq meyvələrin satışı başlanılıb.

Nar, xurma, mandarin, heyva və limon və digər payızlıq meyvələr bazarlarda piştaxtaları bəzəyir.

Xezerxeber.az-ın məlumatına görə, meyvələrin görünüşü kimi qiymətləri də müxtəlifdir. Qiymətlər 1 manat - 1 manat 50 qəpik arasında dəyişir.

Satıcıların sözlərinə görə, meyvələr yeni çıxdığından qiymətlər bir az bahadır, amma yaxın vaxtlarda ucuzlaşması gözlənilir.

Alıcıların isə qiymətlərə münasibətləri birmənalı deyil.

Hazırda bazarda yerli meyvələrlə yanaşı, daha çox xarici meyvələr var. Amma sentyabr ayının sonuna kimi payızlıq bütün yerli məhsulların satışa çıxarılacağı gözlənilir.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1047 Tarix: 21.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər