Bakının ölümə aparan qaranlıq yolları: Kimlər tədbir görməlidir? - VİDEO

Bakının ölümə aparan qaranlıq yolları: Kimlər tədbir görməlidir? - VİDEOBakının mərkəzi küçələri günün qaranlıq saatlarında işıqlandırılsa da, təəssüf ki, bunu bütün yollara şamil etmək olmur. Ətraf qəsəbələrdə isə vəziyyət daha da acınacaqlıdır. Müəyyən ərazilər var ki, avtomobillərin intensiv hərəkət etdiyi yollarda belə işıqlandırma yoxdur. Və təbii ki, bu da həmin yollarda qəzaları qaçılmaz edir.

ARB TV əməkdaşları məsələni araşdırmaq üçün üz tutublar Bakının işıqsız qalan yollarına.

Hal-hazırda Zığ - Hövsan şosesində dirəklərin quraşdırılmasına baxmayaraq heç birində işıq yanmır. Bu yolda sürücülərə çətin anlar yaşadan digər səbəb isə gecə saatlarında dairənin mövcudluğunu göstərən işıq dirəklərinin heç birində işığın yanmamasıdır. Yolu tanımayan sürücü üçün bunun nə demək olduğu məlum məsələdir. Bu yoldan mütəmadi istifadə etməyən şəxs son anda gördüyü dairədə qəzadan yayınmaq, yaxud geriyə dönmək üçün qəfl əyləci basır və bu zaman özü ilə bərabər həm də arxada hərəkət edən digər nəqliyyat vasitəsi üçün qəza şəraiti yaratmış olur.

Sürücü: "Bu yolun qaranlıq olması çox problem yaradıb. Piyada keçidlərini görmək çox çətinləşir. Bu yolu işıqlandırsalar daha yaxşı olardı. Çünki bir-iki dəfə başıma gəlib, az qalsın piyadanı vuracaqdım. Eyni zamanda piyada nişanlarını da görmək çətindir".

Zülmət qaranlığa bürünən digər yol isə Abşeron rayonunun Höküməli, Qobu, Güzdək qəsəbələri, eləcə də Qaradağ rayonu istiqamətində gedən magistral yoldur. Bəs yolların işıqlandırılması işi hansı qurumun üzərindədir? Kim bu işə əncam çəkməlidi? Bu suallarla üz tutduq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Şəhər İşıqlandırma İdarəsinə. Qurum mövcud vəziyyətə bu cür aydınlıq gətirməyə çalışdı.

Məhərrəm Babayev - Bakı Şəhər İşıqlandırma İdarəsinin baş mühəndisi: "Yolda servis tərəfindən işlər tam başa çatmayıb, işlər tam yekunlaşdırıldıqdan sonra işıqlar yandırılacaq. Mərdakan, Qala yolu, dairəvi yol, Hövsan yolu və digər yerlərdə təmir işləri tam başa çatmayıb. Sözügedən yollar bizim idarənin balansına verilmədiyi üçün həmin yerlərdə işıqlar yanmır".

Adıçəkilən qurumun - Avtomobil Yolları Dövlət Agentliyinin də məsələ ilə bağlı mövqeyini öyrəndik. Qurum rəsmisi deyir ki, Bakı Şəhər İşıqlandırma İdarəsinin fikirlərilə razılaşmaq mümkün deyil.

Hidayət Rüstəmov – AAYDA-nın rəsmisi: "Düzdür Bakı şəhərində hər yerdə işıqlandırma sistemi yoxdur. Ancaq o bizim xidmətimizdə vəya bizim balansımızda deyil. Yolu biz yenidən qurduğumuza görə o mənada deyirlər ki biz baxırıq".

Qeyd edək ki, ötən il ölkə prezidenti "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Məqsəd isə ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir. Yolların ölüm əvəzində işıq saçması üçün aidiyyatı qurum və ya qurumların üzərinə düşən vəzifə də təbii ki, məlumdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 729   Tarix: 20 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsrailin hücumu nəticəsində 1 sivil öldü

İsrail hərbi qüvvələri Livanın cənubuna hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 1 israilli mülki vətəndaşın öldürülüb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyata keçirib. Qeyd olunu

26.04.2024 124
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

26.04.2024 135
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

26.04.2024 114
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26.04.2024 443
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 327
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 348
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 357
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

26.04.2024 230
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

26.04.2024 587