Bakıda 400 manata toyuq satılır - FOTO
İnsanların gündəlik qida rasionunda ən tələbatlı məhsullardan biri şübhəsiz ki, toyuq ətidir.
Həm əti, həm də yumurtası üçün Azərbaycanda da toyuq bəslənməsinə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan digər məhsullarla müqayisədə quş ətinə və yumurtaya olan tələbatını tam şəkildə ödəyir. Azərbaycanda çoxlarının bilmədiyi dekorativ toyuq növləri də var ki, bunlara daha böyük maraq müşahidə olunur.
Dekorativ toyuq növlərinin ən çox satıldığı məkanlardan biri isə Sabunçu rayonu ərazisində yerləşən və "rus bazarı" adı ilə tanınan ticarət məkanıdır. Yalnız bazar günləri fəaliyyət göstərən bu bazarda müxtəlif növdə quşlar tapmaq mümkündür. Qiymətlər isə fərqlidir - 5 manatdan 250 manata qədər...
Kəsim üçün nəzərdə tutulan toyuqların qiyməti maksimum 10 manatdır. Dekorativ quşlara gəldikdə isə vəziyyət bir qədər dəyişir. Belə quşların minimum qiyməti 50 manatdır. Dekorativ quşların şahı isə "Brama"dır. Bu toyuq növü Asiyada yaransa da, sonralar ABŞ-a gətirilib, burada populyasiya olunub və hər kəs onu Amerikan sortu kimi tanıyır. "Rus bazarı"nda Bramanın qiyməti minimum 50 manatdan başlayır. "Brama" özü də bir neçə növə bölünür - "dark", "light" və "gold". Onların arasında ən çox tələbat "gold Brama"yadır. Bazarda "Brama"nın 10 günlük balası 3 manata, yumurtası isə 12 manata satılır.
Dekorativ quşlar arasında daha iki toyuq var ki, onlara da Azərbaycanda tələbat xeyli yüksəkdir. "Malin" və "Orpinqton" növü "Brama" ilə müqaisədə bir az xırdadır. Satıcılar bildirirlər ki, bu növ toyuqlar çox nadir hallarda ictimai yerdə açıq şəkildə satılır. Onların satışı yalnız sifarişlə həyata keçirilir. Öncə quşun şəkilləri alıcıya göndərilir və bəyənildiyi halda gəlib alır. Bu dekorativ toyuqların qiyməti isə 50 manatdan 400 manata qədər dəyişir.
"Orpinqton" gözəlliyindən əlavə, yumurtlama sayına görə də digərlərindən üstündür. Bu növdə toyuqlar ildə 160-170 yumurta yumurtlayırlar.
Satıcılar deyirlər ki, dekorativ toyuqları heç bir halda başqa növlərlə cütləşdirmək olmaz: "Belə olduqda onların yaşaması çox qısa çəkir və demək olar ki, əsl görkəmlərini itirirlər. Dekortiv toyuqlar maksimum 4-5 il yaşayır. Əsas şərt yemlərinə düzgün riayət etmək və hinlərini təmiz şəraitdə saxlamaqdır".
Satıcılar bildirirlər ki, bu cür toyuqları alanlar sıradan adamlar deyillər. Əsasən, imkanlı şəxslər belə toyuqları almaq həvəsində olurlar. Onlar dekorativ quşları bağ evlərində və ya hansısa obyektlərdə saxlamaq üçün alırlar. /Trend






BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda Gülayın gözəlliyi və təbii görünüşü ilə hər kəsi heyran edib. Onun paylaşımına çoxsaylı bəyəni, tərif gəlib. Sözügedən fotonu təqdim edirik:
14.12.2025 1021 Mənzurə Musayeva bu dünya ulduzunu tanımadı
ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb. xəbər verir ki, veriliş zamanı müğəni Mənzurə Musayevaya müğənni Şakiranın fotosu göstərilib. Sənətçi Şakiranı tanımadığını deyib. ifaçı "Xeyr, bu xanımı tanımıram. Mən bunu mütləq tanımalıyam?" deyərək fotoy
11.12.2025 628 Amerikada yaşayan Günel övladları ilə - Foto
Amerikaya köçən aparıcı Günel Musəvi övladları ilə görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, Hindistan vətəndaşı ilə ailə quran Günel qızı və oğlu ilə məktəbdə fotolar çəkdirib. O, paylaşımına "Övladlarımla məktəbdə ənənəvi nahar yeməyi" sözlərini yazıb
13.12.2025 350 Məşhur şoumenin 6-cı dəfə boşanmasının ŞOK səbəbi üzə çıxdı
Xəbər verildiyi kimi, məşhur şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik həyat yoldaşı Gülseren Ceylandan ayrılır. Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, ayrılığın əsas səbəbi böyük yaş fərqindən irəli gələn fikir ayrılıqları və bitib-tükənməyən mübahisələr olub. Mehmet Ali Erbi
14.12.2025 1014 Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm, coşqu və enerji dolu Demet Akalın konserti - FOTOLAR
Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib. BİG.AZ xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektlər
14.12.2025 527 Ögey qızının açıqlamaları "Nana"nın işinə son qoydu
"Kanal D" aparcısı Evrim Akın ilə yollarını ayırıb. Axşam.az xəbər verir ki, aparıcı son günlər keçmişinə dair iddialarla gündəmə gəlib. Bu səbəbdən kanal aparıcı ilə əməkdaşlığına son qoyub. Məlumata görə, proqram "Pazar Gezmesi" adı ilə yayımlanmağa davam edəcək və layihəni bunda
13.12.2025 544 Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızının ŞOK MESAJLARI üzə çıxdı - FOTOLAR
Müğənni Güllünün şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan qızı Tuğyan Ülkem Gülterin tutulmazdan az öncə rəfiqəsinə göndərdiyi mesajlar üzə çıxıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mesajlarda "Çamadanlarımı götürüb Yalovaya qayıdacağam" ifadəsi diqqə
13.12.2025 554 "Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO
"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır
14.12.2025 769 Faciəvi şəkildə ölən müğənninin həmin proqramdakı sözləri ürəkləri parçaladı - VİDEO
Məşhur sənətçi Alişan faciəvi şəkildə ölən müğənni Gül Tutla (Güllü) bağlı paylaşım edib. xəbər verir ki, Alişan Güllünün bir televiziya proqramında söylədiyi sözlərdən ibarət görüntünü bölüşüb. Videoda Güllü aparıcının "Sağ ikən çox az qonorarla səhnəyə çıxırlar. Allah qorusun, vəfat edəndən sonr
13.12.2025 627