"Uşaq dərsdən çox müəllimənin qısa geyimindən və dodaq boyasından danışır"- ARAŞDIRMA

"Uşaq dərsdən çox müəllimənin qısa geyimindən və dodaq boyasından danışır"- ARAŞDIRMADərs ili açılar-açılmaz ötən illərdən qalan narazılıqlar yenidən gündəmə gəlib. Valideynlərin əsas şikayətlərdən biri də müəllimlərin geyimidir.

Bununla əlaqədar News24.az-a danışan valideyn Əfruzə Əliyeva bildirib ki, övladı 2-ci sinifdə oxuyur: "Qızımın müəlliməsi qısa ətək geyinir, bahalı qır-qızıl taxır, qıpqırmızı dodaq boyası çəkir. Uşaq evə gələn kimi dərsindən, tapşırıqlarından çox müəllimənin geyimindən, taxdığı əşyalardan danışır. Olmaz axı.. Bilmirəm, uşağımızı moda öyrənməyə göndəririk, yoxsa dərs oxumağa".

Digər valideyn Mehriban Səfərova (ad şərtidir) da məktəbdə həm müəllimin, həm də dərs hissə müdirinin geyimindən narazıdır: "Biri dodağını şişirdib, o biri də elə kiprik qoyub ki, az qala yerə dəyir. Dırnaqları da elə uzundur, elə bil gözümüzü çıxaracaq, həddən artıq ənlik-kirşan. Müəllimə də elə köynək geyinir ki, bütün sinəsi çöldə qalır. Belə biabırçılıq olmaz, elə bil təhsil ocağı yox, hansısa səviyyəsiz yerdi…"

Məlumat üçün bildirək ki, Azərbaycanın orta ümumtəhsil müəssisələrində vahid məktəbli geyimləri tətbiq olunsa da, bu qayda müəllimlərə şamil edilmir. Bəs, görəsən, dünyadakı orta məktəblərdə bu məsələ necə tənzimlənir?

Xarici ölkələrdə müəllimlər necə geyinir?

Məsələn, Pakistanda müəllimlərin "dress kod"a (müəyyən peşə qrupuna aid geyim forması) riayət etməməsini təsəvvür etmək çətindir. Burada uzun illərdir müəllimlər milli geyimdə olurlar və cəmiyyətin qınaq obyekti olmaqdan ehtiyat edirlər. Pakistanda qaydalar çox sərtdir. Geyimin əsas atributu hicab sayılır, bədənlərinin hər hansı hissəsi görünə bilməz.

Türkiyədə isə müəllimlərin geyimi ədəb normaları və zövq nəzərə alınmaqla tətbiq edilir. Burada da baş örtüyü ilə məktəbdə dərs deyən müəllimlərin sayı artmaqdadır. İstanbul Universitetindən birindən bildirilir ki, müəllimlər çox ciddi geyinir, amma bununla bağlı rəhbərliyin hər hansı əmri yoxdur. Bir qayda olaraq ya dəst, ya da köynək geyinilir. Ən əsası odur ki, müəllim səliqəli geyinsin.

ABŞ-da ölkə miqyasında dress kodun zəruriliyi barədə vahid fikir yoxdur. Bu məsələlər hər bir ştatın, yaxud dairənin səlahiyyətinə daxildir. Lakin son illər bu mövzu ilə bağlı müzakirələr artmaqdadır. Uşaqlara münasibətdə forma tələbi artdıqca, müəllimlər üçün də müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlayır. Bu təşəbbüs ştatların özündən və dairələrdən deyil, valideynlərdən gəlməyə başlayır. Bu məsələdə ən mühafizəkar mövqe tutanlardan biri Arizona ştatıdır. Ötən illərdə məktəblərdən biri onun ardınca təhsil dairələri müəllimlərə qısa ətək, şortik cəlb edən, yaxud şəffaf paltar geyməyi qadağan etmişdi.

Nyu- York ştatında bir məktəbdə isə cins geyinmək qəti qadağan olunub. Bəzi məktəblərdə kişi müəllimlərinə bığ, saqqal saxlamaq, qadınlarda isə bəzək-düzək, kəskin makiyaj yasaq edilib. Lakin "dress kod"un pozulmasına qarşı ciddi cəzalar yoxdur. Amma bununla belə, müəllimlər uyğun olmayan geyimdə gələrsə, ya paltarını dəyişməsi üçün evə göndərilir, ya da nizam - intizam məsuliyyətinə cəlb edilir.

Koreyada isə geyimlə bağlı rəsmi tələblər olmasa da, hesab edilir ki, müəllim hamı üçün nümunə olmalıdır, ciddi və təmiz geyinməlidir. Siz burada şortik, mini yubka və həddən artıq zinət əşyları taxan müəllimlərə rast gələ bilməzsiz. İctimai rəy və valideyn iclasları da burada mühüm rol oynayır. Bu qaydalar yalnız xarici dilləri tədirs edən müəllimlərə şamil olunmur.

Braziliyada müəllimlərin "dress kodu"nu məktəb rəhbərliyi, bələdiyyə məktəblərində mer, universitetlərdə isə rektor müəyyən edir. Geyim normasının pozulmasına görə müəllimlər bir günlük təhsildən kənarlaşma, töhmət və cərimə tətbiq edilməklə cəzalana bilər. Amma iqlim şəraitindən asılı olan ərazilərdə isə müəllimlər dərsə cins geyimdə, köynəkdə və ya futbolkada gələ bilər.

İsraildə havaların isti keçməsinə baxmayaraq, Təhsil Nazirliyi bir neçə dəfə "dress kod" tətbiq etməyə cəhd edib. Əsasən qızların açıq geyimlərinə məhdudiyyətlər var. Narazılıqlara baxmayaraq, ictimai yerlərdə, xüsusən məktəblərdə ədəb qaydalarına riayət edilməsi tələb olunur.

Müəllim şou adamı deyil...

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, Azərbaycanda müəllim geyimi ilə bağlı məsələ bir neçə dəfə gündəmə gətirilsə də, bununla bağlı hər hansı tədbir görülməyib: "Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif peşə sahiblərinin xüsusi geyimləri var. Nəyə görə müəllim üçün xüsusi geyim olmasın?! Azərbaycanda məktəbli geyimi haqqında əmr var. Amma müəllimlərin geyimi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur. Şübhəsiz ki, müəllimin geyimi ciddi, rəsmi olmalıdır, fərqlənməlidir. Digər tərəfdən bizim mentalitet var. Vahid müəllim forması olmadığına, qanunvericilikdə bu nəzərdə tutulmadığına görə, hansısa müəllimi geyiminə görə ittiham etmək, yaxud ona qarşı hər hansı bir cəza tətbiq etmək və yatənbeh etmək olmur. Amma şübhəsiz ki, müəllimin geyimi intizamdır, mədəniyyətdir. Ona görə də, hesab edirəm ki, müəllim klassik formaya üstünlük verməlidir. Müəllim şou əhli deyil axı. O, açıq-saçıq geyinərsə, əlbəttə ki qınağa səbəb olacaq. Çünki müəllim ən şərəfli peşədir və biz ona etalon kimi baxırıq. Müəllimin geyimində hər hansı bər-bəzək yolverilməzdir.
Xüsusən qadınlar şəhər məktəblərində öz geyimlərini nümayiş etdirmək üçün gəlirlər, bunun üçün toy var, digər yerlər var. Məktəbdə imkan daxilində ciddi geyinməlidirlər".

"Xüsusən şəhər məktəblərində müəllimlər öz geyimlərini nümayiş etdirmək üçün işə gəlirlər..."

N.İsrafilov onu da əlavə edib ki, bir müddət əvvəl Sumqayıt məktəblərində qadınlar üçün ayrıca, kişilər üçün ayrıca müəllim forması tətbiq olundu: "Amma sonra davam etdirilmədi. Bunu hansısa kollektivlər könüllü şəkildə etsə, sözsüz ki o biri məktəb də baxıb edəcək. Beləlilklə də, məsələ ictimailəşər, gündəmə gələr. Bizdə bütün peşə sahiblərinin demək olar ki, geyim forması var. Biz axı "müəllim nümunədir" deyirik. Nəyə görə müəllim geyiminə görə də nümunə olmasın? Dünya ölkələrində ayrı-ayrı universitetlərdə tələbələr formalar geyinirlər. Bu məsələ gündəmə gətirilsə, ictimailəşsə, rayon, şəhər üzrə müsbət nəticə əldə edilə bilər, təlim-tərbiyə prosesinə də böyük təsir edə bilər".

Bakı Dövlət Unuversitetinın gender və tətbiqi psixoloqiya kafedrasının dosenti Rövşən Cavadov isə bildirir ki, müəllimin geyimi uşaqlar üçün modeldir: "Dərs deyən şəxs elə olmalıdır ki, onun geyimi, davranışı şagirdlərin diqqətini başqa yerə yönəltməsin. Eyni zamanda çox səliqəli olmalıdır. Çünki müəllim təpədən-dırnağadək uşaqlar üçün modeldir. Geyim, davranış modeli. Hər kəsi öz arxasınca apara biləcək nümunə. Həmin nümunəvi şəxs adət- ənənəni də nəzərə almalıdır. Müəllim açıq -saçıq geyimdə şagirdin qarşısında oturarsa, o bunu bir nümunəvi davranış, nümunəvi geyim kimi qəbul edəcək. O cür də geyinəcək. Getdikcə də, cəmiyyət çılpaqlaşacaq".

"Müəllimlər üçün vahid geyim forması müəyyən olunmayıb"

Mövzu ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən məsələyə belə münasibət bildirdilər: "Ümumtəhsil məktəblərində müəllimlər üçün vahid geyim forması müəyyən edilməyib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2779   Tarix: 19 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245