Günümüzü "QARA" edən AĞ əlcəklər - ALMAYIN!

Günümüzü "QARA" edən AĞ əlcəklər - ALMAYIN!Bü gün xanımların əksəriyyəti təmizlik işlərində qeyri-steril olunmuş əlcəklərdən istifadə edirlər.

Hansı ki, həmin əlcəklər kəskin qoxuya və allergik reaksiyalara malikdir. Bəzi xanımlar bildirirlər ki, adıçəkilən əlcəklərdən uzunmüddət istifadə etdikdən sonra əllərdə allergiya və suluqlar yaranır.

BiG.AZ xəbər verir ki, Həkim-dermatoloq Gülnar Məmmədova Redaktor.az saytına açıqlamasında bildirib ki, əlləri mikrob və bakteriyalardan qorunması üçün əlcəklərdən istifadə mütləqdir.

"Bəzi təmizlik işlərlə bağlı kimyəvi faktorlarla kontakt olur. Xanımda nəyəsə qarşı allergiya varsa, həmin işlər zamanı allergiya daha da kəskinləşir. Əvvəl dermatik, sonra suluqlar əmələ gəlir. Vaxtında müalicə olunmadıqda xroniki hala çevrilir".

Həkim bildirib ki, əlcəklərdən istifadə zamanı diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, rezin əlcəklər çox ziyanlıdır:

"Əsas da içində toz olan əlcəklər. Bu əlcəklər dərini daha çox qurudur və xüsusi iyi verir. Bu səbəbdən də asqırma ola bilər, müştərilərimə məsləhət edirəm ki,vinil əlcəklərdən istifadə etsinlər. Vinil əlcəklər rezin əlcəklər kimi eyni qutuda satılır,qiyməti də baha deyil".

Həkim qeyd edib ki, tibbdə istifadə olunan əlcəklər steril olunanlardır ki, onlar da əsasən əməliyyatlarda istifadə edilir. Təbii ki, rezin, yəni lateks tərkibli əlcəklər allergik reaksiyalar verir.

Dermatoloq rezin əlcəklərdən istifadə sonrası əllərdə allergiyanın yaranmaması üçün məsləhətlər də verib:

"Bu əlcəklərdən istifadə etməmişdən öncə krem, hər hansı qoruyucu yağların dəriyə çəkilməsi məsləhət deyil. Sadəcə,rezin əlcəkləri geyinməmişdən öncə pambıq əlcəklərin geyinilməsi məsləhət görülür. Üzərindən də rezin əlcək geyinilir. O zaman dəriyə heç bir ziyanı olmur".

Steril olunmamış əlcəklərin satışdan yığışdırılması üçün hər hansı bir təkliflərin olub-olmamasına gəlincə, həkim qeyd edib ki, belə bir təklif hazırda mövcud deyil:

"Elə bir təklif hələ ki, mövcud deyil. Sadəcə olaraq, allergik reaksiyaları olan xanımlar çalışsın ki, rezin əlcəklərdən istifadə etməsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1854   Tarix: 19 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914