Şəkli tanışlıq saytında icazəsiz paylaşılan vətəndaş nə etməlidir?

Şəkli tanışlıq saytında icazəsiz paylaşılan vətəndaş nə etməlidir?Vətəndaşın icazəsi olmadan onun şəklinin və telefon nömrəsinin sosial şəbəkələrdə və tanışlıq saytlarında paylaşılmasına görə heç bir məsuliyyət yoxdur.

Bunu E-huquq.az-a açıqlamasında Adəm Məmmədov vətəndaşın icazəsi olmadan onun şəklinin və telefon nömrəsinin sosial şəbəkələrdə və müxtəlif saytlarda paylaşılması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən icazəsiz paylaşıma görə nə inzibati, nə də mülki məsuliyyət var. Bununla belə, A.Məmmədov bildirib ki, həmin şəkil və telefon nömrəsini saytdan yığışdırmaq mümkündür. O, vətəndaşın bu məqsədlə məhkəməyə müraciət edə biləcəyini qeyd edib: "Vətəndaş məhkəməyə müraciət edib şəklinin və telefon nömrəsinin yığışdırılmasını tələb edə bilər".

Vəkil diqqətə çatdırıb ki, vətəndaşın sözügedən problemlə bağlı polisə, yaxud saytın rəhbərliyinə müraciət edərək şikayət etməsinin heç bir nəticəsi olmayacaq.

Şəkli icazəsiz paylaşılan vətəndaşın məhkəmədə mənəvi təzminat tələb etməsi məsələsinə gəlincə, A.Məmmədov vurğulayıb ki, dəymiş mənəvi ziyana görə ödənilən təzminat məbləğinin miqdarı elə də böyük olmur: "Təzminatın həcmi 100-200 manat civarında təşkil edir. Əgər vətəndaşın icazəsi olmadan paylaşılan şəkil seksual xarakterli deyilsə və digər neqativ məqamlar daşımırsa, burada heç bir qanun pozuntusu yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 787   Tarix: 17 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Diqqət! Bakı ilə bağlı XƏBƏRDARLIQ - Mayın 5-i saat 15-dən...

2024-cü ildə Günəşdə aktivlik pik həddə çatacaq. xəbər verir ki, bu da 2013-cü ildən sonra Günəşdə yenidən çoxlu sayda partlayışların olması anlamına gəlir. Bu aktivlik 10 ildən 14 ilədək davam edə bilər. Yerdə geomaqnit qasırğası may ayının 3-dən etibarən müşahidə olunmağa başlayıb. Qeyd edək ki, paytaxtd

04.05.2024 1033
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 92
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

04.05.2024 62
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 314
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 356
.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 162
.

XİN: NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. "Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlı

04.05.2024 155
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

04.05.2024 653
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

04.05.2024 339