Əli Kərimli niyə virtual müxalifətçiliyə keçdi? - Əli Əhmədov açıqladı

Əli Kərimli niyə virtual müxalifətçiliyə keçdi? - Əli Əhmədov açıqladıBaş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov "Virtual müxalifət" adlı məqalə yazıb.

BiG.AZ məqaləni təqdim edir:

"Azərbaycanda son vaxtlar yeni müxalifət növünün formalaşması heç kimə sirr deyil. Qısa şəkildə onu virtual müxalifət adlandırmaq olar. Müxalifətin bu növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur. Qədimdən mövcud olan virtual sözü o şeyi ifadə edir ki, fiziki olaraq mövcud deyil və yalnız kompüter şəraitində, fantaziyalarda görünür.

Virtual sözü kimi Əli Kərimlinin müxalifətçiliyi də qədimdir, 30-dan çox yaşı var. Real müxalifətçiliyin bir fayda vermədiyini anladıqdan sonra virtual müxalifətçiliyə keçib.

Virtual müxalifət özlüyündə siyasi prosesin ciddi iştirakçısı deyil. Belə olanda sual yarana bilər ki, bəs niyə ona diqqət ayırmalı oluruq. Bax bunun səbəbi var. Əvvəla, bir neçə personalı çıxmaqla, virtual müxalifətin "nümayəndələri" kimi özünü təqdim edənlər əslində pərdə arxasındadır və buna görə də kimliyi bəlli deyil. Sosial şəbəkələrdə özünü Azərbaycan müxalifətçisi kimi təqdim edib "canfəşanlıq" göstətənlər tamamilə mümkündür ki, azərbaycanlı və Azərbaycan vətəndaşı olmasın. Sosial şəbəkələrin yaratdığı anonimlik şəraiti bunu tamamilə mümkün edir. Son vaxtlar ölkədə siyasi proseslərə xarici müdaxilələr barədə aparılan diskussiyalar müəyyən dərəcədə həm də bu deyilənlərlə əlaqədardır.

ƏTRAFLI
REKLAM
İkincisi, siyasi proses vətəndaşın şəxsi iştirakını nəzərdə tutur, çünki söhbət konkret insanın iradəsinin ifadə olunmasından gedir. Yenə də həmin anonimlik, uydurma adlardan istifadə edilməsi belə bir şərtin reallaşmasını qeyri-mümkün edir. Fikir bildirən kimdir, etiraz edən kimdir, çağırış edən kimdir - bilinmir. Məlum deyil heç belə bir insan varmı, yaxud bir nəfər müxalif qondarma adlarla neçə nəfər kimi özünü təqdim edir. Demokratiyanın fundamental tələblərindən olan "bir nəfər bir səs" prinsipi sosial şəbəkələrdə beləcə ayaqlar altına atılır və nəticədə haqqında söhbət etdiyimiz virtual müxalifət yaranır.

Üçüncüsü, virtual müxalifət siyasi prosesin çirkabla, mənəviyyatsızlıqla doldurulmasına, mənəvi dəyərlərin tapdalanmasına unikal imkan yaradır. Sosial şəbəkələrdə müxalifətin təmsilçilərinin davranışı artıq nəinki hamıya bəllidir, hətta çox ciddi ictimai narazılıq yaratmağa başlayıb. Görünən odur ki, cəmiyyətdə nə qədər ciddi mədəniyyət qıtlığından, mənəvi çatışmazlıqdan əziyyət çəkən, adi tərbiyəsi olmayan varsa, hamısı virtual müxalifətin "siyasi qəhrəmanları"na çevrilib və mahiyyət etibarilə hakimiyyət iddiasında olan Əli Kərimlinin "kölgə hökumətini" təşkil edirlər. Təsəvvür edirsinizmi, kim daha pis tərbiyəsizlik edirsə, daha ağır söyüşlər söyürsə, o, gələcək virtual hakimiyyətdə daha yüksək vəzifələrə iddia edə biləcək. Lazımi təhsili, əxlaqı, mənəvi keyfiyyətləri olmayanlar, ancaq söyüş söyməyi, insanı təhqir etməyi bacaranlar və hakimiyyət iddiaçıları... Xatırlayırsınızsa, biz bu yolu bir dəfə keçmişik. 1992-1993-cü illərdə. Onda da bu yolla hakimiyyətə gələnlərin ən "parlaq" nümayəndələrindən biri məhz Əli Kərimli idi. Fərq bundadır ki, əvvəllər o, söyüş söyənlər komandasının sıravi üzvü idi, indi isə komandanın başında durur, tapşırıqlar verir.

Dördüncüsü, söyüş və təhqirlər virtual müxalifətin təkcə əxlaq məsələsi deyil. Söyüş söyməyi bacarmaq üçün əxlaqi keyfiyyətlərin çatışmazlığı mütləq şərtdir. Bununla belə, unudulmamalıdır ki, virtual müxalifətin söyüş və təhqirləri düşünülmüş taktukadır. Onlar anlayır ki, rəqabət apardıqları Yeni Azərbaycan Partiyasının yüksək tərbiyəsi, əxlaqı, mədəniyyəti ilə seçilən üzvlərinə qarşı intellektual yarışda qalib gəlmək imkanına malik deyillər. Ona görə də virtual müxalifətin ifasında siyasi-intellektual diskussiyaların yerini söyüş və təhqirlər tutur. Yəqin bir də ona ümid edirlər ki, mənəvi terror vasitəsilə Yeni Azərbaycan Partiyasının ləyaqətli insanlarını, gəncləri, oğlan və qızları çirkindirib mübarizə meydanında tək qalacaqlar. Ancaq başa düşə bilmirlər ki, bu mənəviyyat, bu əxlaqla, bu cür mübarizə forması ilə tamam tək qalıblar. Cəmiyyət onlardan üz döndərib.

Azərbaycan cəmiyyəti əxlaqi keyfiyyətləri yerində olmayan mənəvi terrorçuların və qaragüruhun hərəkətlərinə layiqli cavab verməyin yolunu yaxşı bilir. Belə olmasaydı, nə keçən əsrin 90-cı illərinin total böhranından, dövlətin iflasından xilas olmaq, nə də ölkəni qısa müddətdə bu qədər inkişaf etdirmək, müasirləşdirmək və gücləndirmək olardı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 586   Tarix: 17 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

28.04.2024 254
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

11:05 146
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28.04.2024 758
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28.04.2024 206
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 213
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 364
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

11:23 154
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 229
.

Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

Aktyor Taleh Yüzbəyovun bloger həyat yoldaşının başına iş gəlib. xəbər verir ki, bu barədə Xatirə öz sosial şəbəkə hesabında paylaşdığı bildirib. "Bəli, mənim həyat yoldaşım siqaretlə alnımı yandırdı" - deyə o bildirib. Xatırladaq ki, cütlüyün iki övladı var

11:37 169