Novruz Məmmədov: "Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir"

Novruz Məmmədov: "Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir""Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir".

"Report" xəbər verir ki, bu sözləri Baş Nazir Novruz Məmmədov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasındakı çıxışında deyib.

Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən danışan Novruz Məmmədov bildirib ki, dövlətlərimizin başçılarının bir-birinə göstərdiyi səmimi dəstək və qardaşlıq münasibətləri hər birimiz üçün örnəkdir. Bunun nəticəsidir ki, hər iki dövlətin imza atdığı iri beynəlxalq layihələr uğurla həyata keçirilir. Birgə həyata keçirdiyimiz layihələr bizi daha da gücləndirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və eləcə də digər layihələr təkcə ölkələrimiz üçün deyil, bütün regionumuz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə də töhfə verir.

Baş Nazir qeyd edib ki, indiyədək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın keçirilən 7 iclasında həllini gözləyən bir çox məsələlər üzrə qərarlar qəbul edilib, onların icrası təmin olunub. Həmçinin ali və yüksək səviyyəli görüşlərdə bir çox mühüm məsələlər müzakirə edilib və imzalanan sənədlərdə nəzərdə tutulmuş müddəalar bizə daha fəal çalışmaq üçün geniş imkanlar yaradıb. Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə ildən-ilə daha da genişlənməsi və möhkəmlənməsi bunun bariz nümunəsidir.

Novruz Məmmədov deyib: "Bildiyiniz kimi, ticarət-iqtisadi, nəqliyyat, rabitə, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekologiya, su təsərrüfatı, təhsil və digər sahələrdə daha da dərinləşən münasibətlərimiz iki qardaş ölkənin mənafeyinə və xalqlarının gələcəyinin firavan olmasına xidmət edir".

Baş Nazir diqqətə çatdırıb ki, qarşılıqlı sərmayə qoyuluşunun səviyyəsi bizi məmnun edir. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Bu mənada Petkim neft-kimya kompleksini və Star neft emalı zavodunu xüsusi qeyd etmək istərdim. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın və etibarlı tərəfdaş olsun.

"Azərbaycanın müstəqilliyinin bərpasının ilk günlərindən Türkiyə daim bizim yanımızdadır", - deyən Novruz Məmmədov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. İndiyədək bütün sahələrdə göstərilən yardımlara, xüsusən də Azərbaycan üçün çox böyük önəm daşıyan müdafiə, müdafiə sənayesi, tibb və təhsil sahələrində köməyi yüksək qiymətləndiririk. Ermənistanın hərbi təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına göstərilən daimi dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 352   Tarix: 16 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mayın ilk gününün havası açıqlandı

May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperatur

30.04.2024 339
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

30.04.2024 863
.

Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər öldü

Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz vaxtı silahlı hücum olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb. "Taliban" administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Kani Metin sosial media platformasında verdiyi açıqlamada bildirib ki, dünən axşam yerl

30.04.2024 176
.

Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Bu gün Bakının Binəqədi, həmçinin Masallı, Kürdəmir və Yardımlı rayonlarında qaz təchizatında fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, "Alatava" qazpaylayıcı stansiyasınd

30.04.2024 608
.

"Selfie" çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı

"Selfie" çəkərkən qəzaların baş verdiyi ölkələrin siyahısı yayımlanıb. Məlum olub ki, ölənlərin əksəriyyəti Hindistandadır. Məlumata görə 2014-cü ildən bəri 49 ölkədə 399 nəfər "selfie" çəkməyə çalışarkən həyatını itirib. Onlardan 199 nəfəri hindistanlı, daha 29 nəfər isə amerikalıdır

30.04.2024 326
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30.04.2024 470
.

Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuşda delimitasiya məsələsini xalqına bir stəkan su ilə izah edib. Bu barədə o, "Dövlət haqqında söhbətlər" adlı videoçarxında danışıb. Hökumət başçısı bildirib ki, dövlətlərdə suverenliyin ən mühüm atributu xalqın öz hüquq və vəzifələrinin dairəsin

30.04.2024 455
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 767
.

"Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir"

"Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir. Daha doğrusu, hər kəs bir daha şahid oldu ki

30.04.2024 228