Siz hələ belə dəqiq qadın sürücüyə rast gəlməmisiniz - VİDEO

Siz hələ belə dəqiq qadın sürücüyə rast gəlməmisiniz - VİDEO
Kadrlar az müddət ərzində 10 milyondan çox baxış yığıb

Bu xanım "ən dəqiq və ən ehtiyatlı sürücü" seçilib. Maraqlı hadisə Çinin Şençjen əyalətində yerli sakin tərəfindən qeydə alınıb.

BiG.AZ avtosfer.az-a istinadən xəbər verir ki, görüntülərdə, qadın qırmızı rəngli avtomobili ilə dolmuş avtodayanacaqda dayandığı görülür. Ancaq o, maşınların arasında dar bir boş yeri gözdən keçirərək aşağı enir. Bundan sonra qadın çantasından inşaatda istifadə olunan metri çıxararaq avtomobilin enini ölçür.

Kadrlar qısa olduğundan qadının bu cəhdi necə başa çatdığı izləyənlər üçün naməlum qalıb.

Sosial mediada yayımlanan video az müddət ərzində 10 milyondan çox baxış yığıb və o, istifadəçilər tərəfindən 1000-dən artıq şərh toplayaraq "ən dəqiq və ən ehtiyatlı sürücü" adını qazanıb.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1412 Tarix: 15.09.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər