"Bizim Cəbiş müəllim"in Makedonu - Kababçı Aqilin indiki halı

"Bizim Cəbiş müəllim"in Makedonu - Kababçı Aqilin indiki halıTanya ilə öpüş səhnəsi çəkiləndə Makedon - Aqil Ağacanov özü qəsdən səhvlərə yol verirmis ki, dubl təkrarlansın...

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir.

Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" ssenarisi əsasında görkəmli rejissor Həsən Seyidbəyli tərəfindən çəkilib.

Böyük Vətən Müharibəsində Azərbaycan neftinin nə dərəcədə rol oynaması haqqında fikirlər ilk dəfə olaraq "Bizim Cəbiş müəllim" filmində Nəcəfov obrazının dili ilə söylənilib:

"Böyük Vətən Müharibəsində Sovetlər Birliyi tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib".

Modern.az-ın məlumatına görə, filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndəriblər. Həmişə olduğu kimi, bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən həmin faktların çıxarılmasına göstəriş verir. Amma Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur, həmin kadrı saxlaya bilir.

"Bizim Cəbiş müəllim" filmindəki maraqlı obrazlardan biridi də Makedondur. Bu rolu əslən Bakının Prşağı kəndindən olan Aqil Ağacanov canlandırıb. Onu filmə təsadüfən çəkiblər.

Belə məlumat yayıb ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq, onu Makedon roluna sınaqlara çağırır. Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək.

Filmin rejissory olmuş Əbdül Mahmudov bu haqda Modern.az-a danışaarq deyib ki, əslində məsələ başqa cür olub:

"Deməli, görkəmli rejissor Həsən Seyidbəyli əslən Maştağadan idi, Pirşağıda da bağı vardı. Elə bir zaman idi ki, artıq ssenari hazır idi, aktyor seçimi mərhələsindəydik. Yazqabağı idi. Həsən müəllim mənə təklif etdi ki, bir yerdə gedib bağda çalışan ustaların məvacibini verək, həm də bir havamızı dəyişək. Razılaşdıq. Sən demə, hələ mənə qədər bağa gedib-gələndə tində durub meyxana deyən uşaqlar onun diqqətini cəlb ediblər. Bir yerdə gedəndə mənə dedi ki, fotoqraf da gəlsin. Onun istədiyi kimi də oldu. Getdik, ustaların maaşını verib geri qayıdanda tindəki uşaqlar, o cümlədən Makedon rolunun ifaçısı Aqil Ağacanov da orada oturmuşdu".

Elə bu dəmdə Həsən Seyidbəyli filmə çəkilməsi üçün Aqil Ağacanova "elçi" düşür, orada duran yeniyetmələrlə birgə meyxana deyib zarafatlaşır.

Əbdül Mahmudov bildirir ki, rejissor filmə çəkilmək təklifini edəndə Aqil bunu qeyri-ciddi qarşılayır. Həsən Seyidbəyli "oğlum, mən kinoçəkənəm, səni çəksəm, gələrsən?",- deyə soruşur.

Aqil də cavabında "mənim kinoda nə işim var", - deyir.

"Həsən müəllim təkid etməyə başladı ki, gözəl film olacaq, sənə yaxşı rol verəcəm və s. Aqil yeniyetmə idi. Elə bildi ki, onunla zarafat edirik. Sonra bildirdi ki, "əgər məhəllə uşaqlarını da çəksəniz, gələrəm".
Beləcə razılaşdıq. Bundan sonra dəfələrlə həmin məhəlləyə gedib Aqilin ailəsilə tanış oldum, onun özüylə yaxın münasibət qurdum. Filmdə Cahangir Zeynalov və Ziya Seyidbəylidən başqa, meyxana deyən uşaqların hamısı Aqilə görə kənddən gələn uşaqlar idi.

Cəbiş müəllimin uşaqları rolunda çəkilənlərdən 3 nəfəri Həsən Seyidbəylinin öz uşaqları idi. Ziya Seyidbəyli, Məryəm Seyidbəyli və Mehdi Seyidbəyli. Lap körpəni isə həmin məhəllədə yaşayan ailədən götürmüşdük".

Filmdəki meyxananın sözləri məşhur meyxanaçı Ağasəlim Çıldağa məxsusdur.

Əbdül Mahmudov:

"Ağasəlim Çıldağı biz özümüz dəvət etmişdik. Əslində meyxananı kadraxasında Ağasəlim Çıldağın tələbələri deyib. Hətta onların içində kiçik bir uşaq da var, Ağasəlim Çıldağ onu çox tərif edərək söyləyirdi ki, o böyük meyxanaçı olacaq. Amma təəssüf ki, sonra o uşaq qəzada öldü. Çəkilişlərin birində Arif Nərimanbəyov həmin uşaqdan əl çəkmədi ki, bir dənə ləntərani (ədəbsiz sözlər üzərində qurulmuş meyxana) desin, ona replikalar atırdı. Uşaq da olardı 14-15 yaşlarında. Ağasəlim müəllimə dedi ki, icazə ver, bu kişiyə meyxana deyim. Həsən Seyidbəyli də göz vurdu ki, de. Ağasəlim Çıldağ bilirdi ki, bu uşaq nəsə "korlayacaq". Arif müəllim də ağsaqqal adam idi. Amma özü "qaşınmışdı".

Uşaq meyxananı deyəndən sonra aləm bir-birinə dəydi. Həsən müəllim dedi: "Malçik, xvatit, bolşe ne nado".

Meyxana ilk dəfə məhz bu filmdə bir janr kimi tarixə düşdü, folklor sənəti kimi rəsmən öz təsdiqini tapdı".

Qeyd edək ki, Makedon rolunun ifaçısı Aqil Ağacanov hazırda Pirşağı kəndində yaşayır və pensiyaçıdır. O, uzun müddət Pirşağıda kababçı işləyib.

Deyirlər rejissor filmin çəkilişləri zamanı Aqilin bəzi kaprizlərinə dözməli olub. Məsələn, Tanya ilə öpüş səhnəsinin çəkilişində Makedon - Aqil Ağacanov özü qəsdən səhvlərə yol verirmis ki, dubl təkrarlansın və qızı bir neçə dəfə öpə bilsin. Bu yolla o, rus qızı Svetlanana Morşininanı bir neçə dəfə öpməyə nail olur.

Bunu Aqil Ağacanovun özü də çox sonralar etiraf edib.

"Tanya rolunu oynayan Svetlanana Morşininanı Bakıdakı rusdilli məktəblərdən birindən tapmışdıq", deyə rejissor Ə.Mahmudov bildirib.

A.Ağacanov 1949-cu ildə anadan olub. O, Pirşağıda kababçı Aqil kimi tanınır.

Yeri gəlmişkən, Aqil Ağacanov daha bir məşhur filmdə çəkilib. O, 2001-ci ildə lentə alınan "Yuxu" filmində polis əməkdaşı Mənsurov" (ləqəbi "Çənə") rolunu oynayıb.

Modern.az saytı Makedon rolunun ifaçısı – kababçı Aqil Ağacanovun ən son fotosunu təqdim edir. Fotonu elə dünən jurnalist Vüqar İmanov lentə alıb.

Aşağıda təqdim etdiyimiz şəkillərin arasında düz 50 il fərq var.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4100   Tarix: 12 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

TOP MP3